Microsoft Surface Pro planşeti ilə milyard dollarlıq zərər etdi

Microsoft Surface Pro tablet

-

Planşet bazarına Surface Pro ilə girən Microsoft milyard dollarlıq zərərlə üzləşib.

iPad və Android planşetləri ilə rəqabət üçün geciksə də, böyük məbləğli reklamlarla öz planşetini yaradan Microsoft bu işə girdiyinə peşman olub.

Microsoftun açıqladığı hesabata görə, firma Surface planşetlərindən 1.73 milyard dollar zərər edib. Üstəlik bu zərər getdikcə artır. Belə bir halda Microsoft-un Surface-i istehsala nə qədər davam edəcəyi insanları maraqlandırır.

Şirkətin yeni CEO-su Satya Nadella-nın zərər gətirən məhsulları dayandırmağa maraqlı olduğu deyilir. 2014-cü ilin sonunadək bu məhsulların arasına Surface planşetləri də qatıla bilər.