iPhone 6 üç gündə 10 milyon satılıb

iPhone 6

-
iPhone 6 və İphone 6 Plus üç gündə ən az 10 milyon ədəd satılıb.

Bu barədə Apple şirkəti açıqlama verib. Şirkətin keçənilki modelləri iPhone 5S və iPhone 5C də satışa təqdim edildiyi ilk üç gün ərzində 9 milyon ədəd satış rəqəminə çatmışdı.

Yeni iPhone-lar ABŞ-la birlikdə İngiltərə, Fransa, Almaniya, Avstraliya, Yaponiya, Sinqapur, Porto Riko və Hong Kong-da satışa çıxarılıb. İlin sonuna qədər bu telefonların 115 ölkədə satışı planlaşdırılır.

Apple şirkətinin CEO-su Tim Cook isə iPhone üçün aldıqlarını tələblərin şirkətin gözləntilərini keçdiyini bildirib.

Qeyd edək ki, iki illik sözləşməyə görə, iPhone 6-nın qiyməti 199 dollardan, iPhone 6 Plus-un qiyməti isə 299 dollardan başlayır.