Apple Pokemon Go-dan 3 milyard qazanacaq

Pokemon Go

Apple şirkətinin Pokemon Go oyunundan qazancı 3 milyard dollar olmalıdır. Bunu Needham&Co broker şirkətinə istinadla Reuters xəbər verir.

Oyun telefona pulsuz yüklənir. Bəs onda Apple nədən qazanacaq?

Reuters yazır ki, Apple böyük qazancı oyuna əlavələrdən gütürəcək. Bunlar isə pulladır. Məsələn, PokeCoins adlı oyun valyutasının 100 dənəsi 99 sentdir.

Needham broker şirkətinin analitiki Laura Martin deyir ki, Pokemon Go-ya əlavələrə pul xərcləyənlər Candy Crush populyar oyunana pul xərcləyənlərdən çoxdur. Candy Crush-in isə 2013-2014-cü illərdə gəliri 1 milyard dollar olub.

Pokemon Go 35 ölkədə oynanılır. 18 iyula kimi təkcə ABŞ-da 21 milyon adam bu oyunu mobil telefonuna yükləmişdi.

Oyun çıxandan Apple şirkətinin səhmləri 5 faiz bahalanıb.

Oyunu yaradan Nintendo şirkətinin isə bazar qiyməti 2 dəfə qalxdı.