Edward Snowdendən jurnalistlərə telefon hədiyyəsi

Edward Snowden

Rusiyada sığınacaq tapan ABŞ xüsusi xidmətlərinin keçmiş əməkdaşı Edward Snowden iPhone6 üçün xüsusi telefon qabının hazırınması üzərində işləyir. Bu barədə CNN xəbər verir.

Edward Snowden deyir ki, müasir smartfonlar hətta təyyarə rejimində də GPS siqnalları verməkdə davam edir. Ona görə xüsusi xidmətlər bu telefona uzaq məsafədən də qoşulub, telefonu yara və istədikləri informasiyanı götürə bilərlər.

Edward Snowden telefon üçün elə qab hazırlayır ki, bu qab GPS siqnallarının, telefondakı informasiyaların götürülməsinin qarşısını alacaq, telefonun işinə isə mane olmaycaq.

Edward Snowdenə Sinqapurda yaşayan amerikalı haker Andrew Huang yardım edir. Layihənin büdcəsi azdır, yalnız şəxsi ianələrdən ibarətdir.

Edward Snowden bu telefon qabını jurnalistlər və hüquq müdafiəçiləri üçün nəzərdə tutur, ancaq deyir ki, izlənməyini istəməyən hər bir kəs bu telefon qabından yararlana bilər.