ABŞ daha Internetə nəzarət etmir

Bu günlərdə ABŞ İnformasiya və Kommunikasiya Milli Agentliyi (NTIA) ilə İnternetdə elektron ünvanlar məkanını idarə edən ICANN korporasiyası arasında rəsmi müqavilənin vaxtı bitib. Bu haqda məlumat ICANN rəsmi internet saytında dərc edilib.

Beləliklə, bundan sonra ABŞ hakimiyyətinin hüquqi olaraq İnternet idarəetməsində heç bir rolu qalmayıb. Elektron şəbəkədə domen adlarını – saytların ünvanlarını əvvəlki kimi ICAAN idarə edir, lakin bundan sonra şirkət fəaliyyətini ölkə rəsmiləri ilə razılaşdırmalı deyil.

...domen adlarını – saytların ünvanlarını əvvəlki kimi ICAAN idarə edir, lakin bundan sonra şirkət fəaliyyətini ölkə rəsmiləri ilə razılaşdırmalı deyil.

NTIA-ya görə, ICANN 2014-cü ildən başlayaraq “özəlləşdirmə” proqramını həyata keçirib və nəticədə şirkətə nəzarət edən bir qrup yaradılıb. Buraya texniki ekspertlər, alimlər və adi internet istifadəçiləri daxildir – onlar ICANN rəhbərliyi tərəfindən qəbul edilən qərarlara təsir göstərmək iqtidarındadırlar.

Qeyd edək ki, ICANN bir neçə dəfə ABŞ hökuməti ilə müqaviləni dayandırmaq istəsə də, qarşı tərəf imtina edib. Bəzi mütəxəssislrərin fikrincə, ABŞ, bu müddət ərzində, əlində olan hüquqi imkanlardan şirkətə təzyiq üçün sui-istifadə edə bilərdi.

Son illər ərzində Rusiya da daxil olmaqla bir çox ölkələr ICANN-ın nəzarətinin hər hansı bir beynəlxalq təşkilata, məsələn BMT-yə verilməsi ilə bağlı mövqelərini səsləndiriblər.

Buna da bax: Stiven Xokinq: Planeti tərk etmək insanların yeganə ümididir

Bu yeniliklərdən sonra şəbəkə istifadəçilərinin heç bir dəyişik hiss etməyəcəkləri qeyd edilir.

İP adres və domen adlarını idarə edən vahid şirkət – ICANN ABŞ hökumətinin iştirakı ilə 1998-ci ildə yaradılıb. Korporasiyanın vəzifələri siyahısına domen adlarının bölüşdürülməsi, yeni domenlərin yaradılması və digər xidmətlərin nizamlanması daxildir.

Financial Times qeyd edir ki, ICANN qərarların qəbul edilməsinin qeyri-şəffaf mexanizminə və üzərinə düşən öhdəliklərə nəzarəti itirməsinə görə tez-tez tənqidlərə tuş gəlirdi.