Yeni UAZ-ın fotoları yayılıb

Ulyanovsk avtomobil zavodunda (UAZ) hazırlanan UAZ-3170 krossoverinin fotoları internetə "sızıb".

Yeni modelin fotosu "VKontakte" sosial şəbəkəsində «Российский автопром» səhifəsində yerləşdirilib.

Bəzi məlumatlara görə, UAZ-3170 dondurulmuş vəziyyətdədir. Həmin məlumatlarda deyilir ki, UAZ-ın prioriteti "Patriot"un bərpasıdır.

Bu vaxta qədərsə bildirilirdi ki, UAZ yeni 3170-in zahiri görünüşünü xaricdə hazırlatdırır, və bununla bağlı "NAMİ" studiyasında çox sayda konsepsiya hazırlanıb.

UAZ-3170 bütün təkərlərin müstəqil şəkildə asıldığı ən yeni çərçivəsiz platforma əsasında yaradılır. "NAMİ" dizaynerlərinin təklif etdiyi variantlardan başqa, "Pininfarina" atelyesinin modelləri də var idi. Bundan sonra isə layihənin "dondurulduğu" bildirilirdi.