Elektrik təyyarələri dövrü gəlir

İsrail startapı Eviation Aircraft regional elektrik təyyarəsi layihəsini təqdim edib. İlk uçuş 2018-ci ilin sonu üçün nəzərdə tutulub.

Alice adlanan təyyarə bir dəfə enerji yığmaqla 960 km-ə qədər uça bilir. Onun Tesla maşınlarından on qat daha böyük-980 kilovat-saatlıq batareyası var.

Təyyarənin uzunluğu 12 metrdir. Qanadların uzunuluğu 13.5, çəkisi 5900 kq-dır.

Şirkət gələcəkdə təyyarənin batareya tutumu daha artıq -1300 km məsafə qət edə biləcək versiyasını hazırlamağı planlaşdırır.

Təyyarəyə iki ekipaj pilot və 6-9 sərnişin yerləşə bilər.

Elektrik təyyarələri qənaətcil, daha sürətli, səssiz və çevrə dostu olacaq.

Şirkət təyyarəni əsas şəhərlər arasında qısa səyahətlər üçün nəzərdə tutub.

Təyyarənin qiyməti təxminən 2.5 milyon dollar olacaq.