Keçid linkləri

Rövşən Ağayev

Təqvim

Azərbaycandakı hazırkı iqtisadi şərtlərin manatın "sərbəst üzən məzənnə" rejiminə keçidini mümkünsüz etməsilə bağlı ötən həftə yazıma xeyli irad və rəylər gəldi. Müzakirlər isə davam edir.

Azərbaycandakı hazırkı iqtisadi şərtlərin manatın "sərbəst üzən məzənnə" rejiminə keçidini mümkünsüz etməsilə bağlı ötən həftə yazıma xeyli irad və rəylər gəldi. Müzakirlər isə davam edir.

Əsas arqumentlərdən biri də Rusiya və Qazaxıstanda niyə sərbəst məzənnə rejiminin mümkün olması ilə bağlıdır. Sual verirlər: niyə təngə və rubl üzə bilir, manat yox?

Görünən budur ki, "mümkündür" deyənlərin sayı daha çoxdu. Əsas arqumentlərdən biri də Rusiya və Qazaxıstanda niyə sərbəst məzənnə rejiminin mümkün olması ilə bağlıdır. Sual verirlər: niyə təngə və rubl üzə bilir, manat yox?

MDB-nin resurs ölkələri içərisində iqtisadiyyatın şaxələnməsinə görə Rusiya və Qazaxıstan lider, Türkmənistan və Azərbaycan autsayderdi – bu arqumenti kənara qoyuram.
İqtisadiyyatın dollarlaşma səviyyəsinə görə, Azərbaycanın uyğun göstəricisi həm Rusiyadan, həm Qazaxıstandan az qala 2 dəfə yüksəkdir - bu arqumentin dən dərininə getmirəm.

Hər bir təhlilçinin sərbəst məzənnə rejiminə keçidin mümkün olub-olmaması məsələsində öz arqumenti var. Mənim arqumentim yalnız ödəmə balansına söykənir. 3 ölkənin ödəmə balansının nəticələrini nəzərdən keçirək:

Yalnız valyuta ehtiyatlarının 1.2 mlrd. əriməsi və ölkəyə uçota alınmayan kanallar vasitəsilə daxil olan valyuta kütləsi hesabına tədiyə balansının açığını qapatmaq mümkün olub.

Azərbaycan - tədiyə balansında 1.2 mlrd. USD kəsir yaranıb. Maliyyə hesabının kəsiri 2 mlrd. USD olub. Cari hesablar balansını kəsiri də 1.1 mlrd. USD olub. Yalnız valyuta ehtiyatlarının 1.2 mlrd. əriməsi və ölkəyə uçota alınmayan kanallar vasitəsilə daxil olan valyuta kütləsi hesabına tədiyə balansının açığını qapatmaq mümkün olub.

Qazaxıstan - tədiyyə balansında 250 mln. USD müsbət saldo yaranıb. Birbaşa investisiya kimi ölkə iqtisadiyyatına 15.2 mlrd. USD sərmayə daxil olub. Cari hesablar balansında 5.5 mlrd. USD kəsir yaransa da, maliyyə hesabının kanalları üzrə ölkəyə valyuta axınlarının üstün həcmdə daxil olması tədiyyə balansında kəsir yaranmasına imkan verməyib

Rusiya - tədiyyə balansında 10.1 mlrd. USD müsbət saldo yaranıb. Ölkədən kapital axını ən pik göstərici ilə müqayisədə 5 dəfədən çox azalıb. Qazaxıstandan fərqli olaraq ölkəyə birbaşa və portfel investisiyaların həcmi kiçikdir və nəticədə maliyyə hesabı çərçivəsində ölkəyə nəinki xarici investor və kreditorlar hesabına valyuta axınları olub, əksinə ölkənin maliyyə öhdəliklərində (-) 13 mlrd. USD-ə azalma qeydə alınıb.

Əvəzində cari hesablar balansında 15 mlrd. USD-dən çox müsbət saldo yaranıb, Rusiya bankların xaricdəki aktivlərin geri gətirilməsi sayəsində ölkəyə 23 mlrd. USD vəsait daxil olub. Nəticəni bir daha xatırladıram - Rusiyanın tədiyə balansında 10 mlrd. USD-dən çox profisit yaranıb.

Diqqət edin - bu ölkələrin hər ikisində tədiyyə balansının ən mühüm 2 hesabından birində müsbət saldo yaranıb və bunun sayəsində valyuta bazarında sabitliyi təmin etmək mümkün olub. Azərbaycan hər 2 hesabda defisit qeydə alınıb.

Diqqət edin - bu ölkələrin hər ikisində tədiyyə balansının ən mühüm 2 hesabından birində müsbət saldo yaranıb və bunun sayəsində valyuta bazarında sabitliyi təmin etmək mümkün olub. Azərbaycan hər 2 hesabda defisit qeydə alınıb.

Və son nəticə - hazırda Rubl dollar qarşısında ən uczulaşdığı həddlə (79 rubl=1 USD) müqayisədə 25% dəyər qazanıb (hazırda 59.5 rubl = 1 USD).
Hazırda təngə dollar qarşısında ən uczulaşdığı həddlə (384 təngə=1 USD) müqayisədə 14% dəyər qazanıb (hazırda 333 təngə=1 USD).
Azərbaycan manatı isə əksinə son 1 ildə dollar qarçısında ən yüksək dəyər qazandığı həddlə (1.43 manat = 1 USD) müqayisədə 24% dəyər itirib (hazırda 1.77 manat=1 USD).

Bir maraqla nüans da var: Qazaxıstan Mərkəzi Bankının valyuta ehtiyatları 2014-cü ilin iyulundan indiyədək 3 mlrd. USD artaraq 30 mlrd. USD çatıb, Azərbaycan Mərkəzi Bankının ehtiyatları 4 dəfəyədək azalaraq 15.3 mlrd. USD-dən 4 mlrd. USD-ə enib.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Mərkəzi Bankın 2017-ci ilin pul siyasətinin istiqamətləri ilə bağlı bəyanatında verilən mesajlarda manatın gələcək taleyinə münasibətdə hökumətin davranışları aşkar yazılıb.

Mərkəzi Bankın 2017-ci ilin pul siyasətinin istiqamətləri ilə bağlı bəyanatında verilən mesajlarda manatın gələcək taleyinə münasibətdə hökumətin davranışları aşkar yazılıb.

Bank qeyd edir ki, üzən məzənnə rejiminə tam keçid istiqamətində addımlar davam etdiriləcək.

...bütün təhlilçilər bilir ki, bu gün hökumətin iştirakı olmadan milli iqtisadiyyat valyutaya real tələbin ən yaxşı halda 50%-ni ödəmək imkanındadır. Belə vəziyyətdə tam sərbəst üzən məzənnəyə keçid mümkün deyil.

Azərbaycan iqtisadiyyatının problemlərini, mövcud sturkturunu, həmçinin tədiyyə balansının bütün mövqeləri üzrə valyutaya tələb və təklifin real miqyasını qiymətləndirmək imkanında olan bütün təhlilçilər bilir ki, bu gün hökumətin iştirakı olmadan milli iqtisadiyyat valyutaya real tələbin ən yaxşı halda 50%-ni ödəmək imkanındadır.

Belə vəziyyətdə tam sərbəst üzən məzənnəyə keçid mümkün deyil.

Bunu Mərkəzi Bankdan yaxşı bilən ikinci bir təsisat və ya şəxs də yoxdu. Sadəcə Bank demək istəyir ki, yenə də neft bahalanmayacaqsa, bazarın ehtiyaclarına uyğun valyuta təklifi ilə tələbin qarşısına çıxmaq mümkün olmayacaqsa, milli valyutanın yenə də ucuzlaşacaq və biz bunun adını "tam üzən məzənnəyə keçid istiqamətində islahatların davam etdirilməsi" qoyacağıq.

MB bəyanatında vəziyyətin yaxşı olmayacağına aşkar eyhamlar var. Məsələn, qeyd edir...

MB bəyanatında vəziyyətin yaxşı olmayacağına aşkar eyhamlar var. Məsələn, qeyd edir: "Neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır". MB-nin dediyi bu stiuasiyanın mənası odur ki, gələn il də ödəmə balansında kəsirin olacağı realdır.

Bəyantda verilən daha bir mesaj: "Dövlət sektorunun xarici borc ödənişləri ilə bağlı irihəcmli valyuta öhdəlikləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi kapital və maliyyə hesabına təsir edəcək. Qeyd olunan amillərin təsiri altında tədiyə balansında gözlənilən irihəcmli kəsirin idarə edilməsi makroiqtisadi sabitliyə təsir edəcək". Bunun açılışı odur ki, hökumətə xarici borcların qaytarılması və xaricdəki layihələrə (TANAP, TAP və s.) kifayət qədər böyük valyuta lazım olacaq və bu daxili valyuta bazarında vəziyyəti daha da qəlizləşdirəcək.

Bunun açılışı odur ki, hökumətə xarici borcların qaytarılması və xaricdəki layihələrə (TANAP, TAP və s.) kifayət qədər böyük valyuta lazım olacaq və bu daxili valyuta bazarında vəziyyəti daha da qəlizləşdirəcək.

MB qeyd edir ki, xarici valyutada bir sıra öhdəliklərin məqsədyönlü tənzimlənməsi üçün taktiki tədbirlərə əl atılacaq və bu addımlar manatın məzənnəsinə olan təzyiqləri əhəmiyyətli neytrallaşdırmağa imkan verəcək. Bunun açılışı isə odur ki, hökumət Neft Fondundan dövlət büdcəsinə transfertlər etmədən birbaşa hökumətin xarici öhdəlikləri üçün xarici aktivlərdən yararlana bilər. Bunu hansı mexanizmlərlə edəcəklər, onu da zamanında görmək mümkün olacaq. İl boyu xarici borclanmanın sürətlə artırılması da yəqin ki, həmin taktiki addımlar sırasındadır.

MB-nin qeydlərindən belə aydın olur ki, valyuta bazarında iştirak etməyə hazırlaşmır, amma bir istisna ilə- məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmağa ehtiyac olarsa, bazara müdaxilə edə bilər.

Amma aydın olmur ki, "məzənnənin kəskin dəyişkənliyi" dedikdə hansı hədd nəzərdə tutulur. MB üçün məzənnənin 5, 15 yoxsa 50% dəyişməsi "kəskindir"?

Bu sənəddə aydın görünür ki, 2017-ci ildə iqtisadi proseslər sadə vətəndaş üçün nə qədər dumanlı görünürsə, ölkədə makroiqtisadi stisusiyanı proqnozlaşdırmağa və tənzimləməyə məsul olan əsas təsisatlardan biri kimi MB üçün də əhəmiyyətli dərəcədə qeyri-meəyyəndir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Davamı

XS
SM
MD
LG