Keçid linkləri

Facebook-un yeni axtarış sistemi nəyi axtaracaq?


Mark Zuckerberg Graph Search haqda təqdimat edərkən

Mark Zuckerberg Graph Search haqda təqdimat edərkən

-
Dünyanın ən böyük sosial şəbəkəsi Facebook yanvarın 15-də Graph Search axtarış sistemini təqdim edib. Azadlıq FM sistemin mahiyyəti barədə informasiya texnologiyaları üzrə mütəxəssis Şaiq Muradovun fikirlərini öyrənib:

- Graph Search adət etdiyimiz axtarış sistemləriylə oxşardımı?

- Yeni axtarış sistemi sosial axtarış sistemidir. Bizim adət etdiyimiz axtarış sistemləri bütün saytlar üzrə axtarış həyata keçirir. Facebook isə öz daxilində olan məlumat bazası üzrə axtarış sistemi yaratdı. Bu «event» elan edildikdə müxtəlif texnologiya saytları, informasiya texnologiyaları mütəxəssisləri belə proqnoz verirdilər ki, Facebook-un yeniliyi ağıllı smartfonlar və ya Google-a rəqib olan bir axtarış sistemi ola bilər. Facebook isə özünün unikal daxili axtarış sistemini elan etdi.

- Facebookun bu yeniliyi digər axtarış sistemlərinə rəqib ola bilərmi?

- Əvvəlcə bir qədər sistemin mahiyyətini açaq. Facebook Graph Search sistemindən hələ ki, limitli sayda istifadəçilər yararlana bilir. Çünki test rejimindədir. Sistemdən istifadə üçün xüsusi səhifədə növbəyə yazılmaq lazımdır. Yenilik hamı üçün açıq elan edildikdən sonra belə yalnız ingilis dilində fəaliyyət göstərəcək. Digər tərəfdən bu sistemdə insanlar, məkan, fotolar üzrə axtarış mümkündür. Statusların, paylaşmaların axtarışı nəzərdə tutulmur. Məsələn, biz Facebook dostlarımızın ziyarət etdiyi ölkələri, tövsiyyə etdiyi restoranları, filmləri axtara bilərik. Yəni, yenilik sosial axtarışa yönəlib.

- Graph Search istifadəçilərin yararlana bilməsi üçün asan sistemdirmi?

- Yeniliklər başlanğıcda birmənalı qəbul olunmur. Ancaq Facebook məhsullarını istifadəçilərinə təqdim edə bilir. Düşünürəm ki, Graph Search yararlı olacaq. Hələlik sistem ingilis dilli istifadəçilər üçün də səmərəli olmaya bilər. Çünki bizim Facebook-da bəyəndiklərəmiz, tövsiyyə etdiklərimiz o qədər də real olmaya bilər. Nə vaxtsa tövsiyə etdiyimizi artıq tövsiyə etməyə də bilərik. Düşünürəm ki, önümüzdəki illərdə sistem daha faydalı olacaq.

- Sistemin qeyri-ingilis dillilər üçün tərcümə imkanları məhduddur?


- Sistemdə axtarış standart axtarışdan fərqlənir. Sual-cavabın əsasında qurulub. Təkcə tərcümə yox, sistemin texniki cəhətdən sualları başa düşmək məsələsi var. Düşünürəm ki, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra digər dillərə tərcümə oluna bilər. Ümid edirəm Azərbaycan dilində də tərcümə edilər.

- Sosial şəbəkələrlə müqayisədə bu xidmət yenilik sayıla bilərmi?

- İnternet sosiallaşır. Məsələn, Bakıda restoran axtarmaqdansa dostlarımın tövsiyə etdiyi restoranları bilmək daha yararlı ola bilər. Buna ənənəvi axtarış cavab verə bilməyəcək. Ancaq Facebookda 500-600 dostumuz varsa, bu axtarış bizim üçün səmərəli ola bilər. Düşünürəm ki, internetin inkişafı üçün çox gözəl töhfə verəcək.
XS
SM
MD
LG