Keçid linkləri

.

Sənət küçələrdə...

İngilis qraffiti rəssamı Banksy-yə qədər sənət salonlarda, emalatxanalarada, dörd divar arasına yaranırdısa, Banksy sənəti küçəyə çıxardı. Küçələr sənət emalatxanası, sərgi salonları oldu. Artıq istəyini, etirazını sənətinlə həm də küçədə edə bilərsən.

Onun yaradıcılığı yeni etiraz dalğalarında az sezilən, amma dərin təsir edən küçə sənətçilərinin əsas ilham qaynağına çevrilib.

İstanbulda “Gezi” qraffitilərindən sonra, Kiyev küçələrində buna bir daha əmin oldum.

Ukrayna paytaxtında sənət adamları özlərini mübarizənin bir hissəsinə çevirmiş vəziyyətdədir.

Maydanda mağarlardan biri rəssam, qraffiti ustalarının emalatxanasıdır. Çəkilmiş əsərlər Kiyev küçələrində etirazın başlandığı gündən günümüzə qədər baş vermiş hadisələrin bənzərsiz təsviridir.

Amma o qədər özünəməxsus işlənib ki, adam bu əsərlərdən gözünü ayıra bilmir.

Misal üçün, yüksək çinli polis məmuru bir əsərdə bu fotodakı kimi yaradılıb.

Yorğun optimistlər

Keçmiş prezident Viktor Yanukovych-in hakimiyyəti qoyub ölkədən qaçması ilə elə təəssürat yaranmışdı ki, Kiyev küçələrindəki barrikadalar qaldırılacaq, etirazçılar evlərə qayıdacaq. Amma belə olmadı. Barrikadalar yenə də etirazçılar üçün “ev”-dir.

Söhbət etdiyimiz etirazçılar bildirirlər ki, barrikadalar may ayındakı prezident seçkilərinin nəticələri açıqlanana qədər davam edəcək.

Onların fikrincə, seçkilərin nəticələrindən çox şey asılıdır. Çünki Kiyevə “turist” adı ilə yerləşmiş rus desantlar hər an hər şey edə bilərlər.

Nisbətən sakitlik şəraitində barrikadaların darıxdırıcı olduğunu bəzən hiss edirik. Etirazçılar burda sırf barrikada boş qalmasın deyə əyləşirlər.

Bir barrikadada isə stolüstü futbol oynayan iki gənc etirazçı gördük.

Görünür, onlar darıxmamağın yolunu tapıblar. Onlar bekarçılıq olan kimi növbə ilə stolüstü futbol oynadıqlarını deyib gülürdülər.
Yeraltı Maydan

Gündüzlər Meydanda mitinqlər davam etdiyi, insanla dolu barrikadalarda qızğın söhbətlər getdiyi vaxtda, onun altı gecələr heç də rəngarəngliyini itirmir.
Maydana yaxın gecə klubları heç nə olmamış kimi fəaliyyət göstərir. İnsanlar canlı musiqi sədaları altında istirahət edir, əylənirlər.

Belə yerlərin birinə biz də baş çəkdik. İnsanlar ölkəni bürüyən həyəcana baxmayaraq istirahət etməyi bacarırlar.

Adam belə yerdə bir az qaldıqdan sonra yerin üstündə - Maydanda qızğın mitinqlərin getdiyini demək olar ki, unudur. Ta o vaxta qədər ki, anidən müğənni ifa etdiyi mahnını qurtarandan sonra “Slava Ukraine” deyir və hamı onun səsinə səs verərək bağırır: “Geroym Slava”.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG