Keçid linkləri

Təcili xəbərlər

Telefonun 70 ilə etdiyini "Angry birds" 35 günə etdi


-

Texnologiya ağlasığmaz sürətlə inkişaf edir.

Bir neçə il əvvələcən noutbukları nazik dizaynda hazırlamaq mümkün deyildi, amma indi elektronika mağazalarında onların yerini qalınlığı təxminən 1 sm., çəkisi isə təxminən 1 kiloqram olan modellər tutub.

Köhnə mobil telefonlarla çəkilən şəkillər əsasən aşağı keyfiyyətli olurdusa, müasir telefonlar faktiki olaraq səyahətə çıxanda fotoaparat da götürməyi lazımsız edir.

Carl Benedikt Frey, Michael Osborne və Oksford Universitetinin iki iqtisadçısı Citi GPS (GLOBAL PERSPECTIVES & SOLUTIONS) hesabatı hazırlayıblar.

Hesabatda deyilir ki, telefonun 50 milyon istifadəçiyə çatması üçün 70 il gərək olub. Ancaq "Angry Birds" (mobil cihazlar üçün oyun) 35 günə 50 milyon istifadəçi toplayıb.

Müəlliflər daha bir maraqlı müqayisə aparıblar. WhatsApp və... xristianlığın müqayisəsi.

Xristianlığın 19-cu əsrə qədər özünə cəlb etdiyi insan sayına WhatsApp səbəkəsi 6 ildə nail olub.

Hesabata əsasən, telefonun 75, radionun 38, televiziyanın 13, internetin 4, Facebookun 3.5 ilə, Angry Birds-ün isə cəmi 35 günə 50 milyon istifadəçisi olub.

XS
SM
MD
LG