Keçid linkləri

Təcili xəbərlər

Kredit dərdi, yoxsa "sivil toplum" açılımı


Rəşid Hacılı
Rəşid Hacılı

Rəşid HACILI, Media Hüququ İnstitutu

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı “hökumətin QHT fəaliyyətinə yaşıl işıq yandırdığı”na dair bəzi media qurumlarının günlərdir sürən kampaniyasına reaksiya verib

Get-gedə pisləşən maliyyə durumuyla üzləşən hakimiyyətin, dünənədək cəmiyyətə yad və düşmən kimi təqdim etdiyi Qərb ölkələrinə işi düşüb. Bütün avtoritar, səriştəsiz və özündənrazı rejimlərin gec-tez düşdüyü bu durumda, deyəsən, başqa yol qalmır.

Hökumətyanlı media artıq bir neçə gündür QHT-lərlə, donorlarla və qrantlarla bağlı sərt rejimin yumşalmasından danışır. Qrantların qeydiyyatında “bir pəncərə” sistemini tətbiq edən prezident fərmanı vətəndaş cəmiyyətinin həyatında yeni və xoşbəxt dövrün başlanğıcı kimi təqdim edilir.

QHT-lərə yaşıl işıq?

Dünən hökumətin təbliğatçısı olan bir media sevinclə yazıb ki, bəs guya QHT fəaliyyətinə yaşıl işıq yandırıblar.

Dünən hökumətin təbliğatçısı olan bir media sevinclə yazıb ki, bəs guya QHT fəaliyyətinə yaşıl işıq yandırıblar. Bütün məhdudiyyətlər götürülüb. Bir neçə, yenə hökumətyanlı QHT rəhbəri və funksioneri də bəyan edib ki, Mədən Sənayesində Şəffaflıq Koalisiyasına (ingiliscə qısaltması “EITI”) üzv təşkilatlarla bağlı bütün problemlər aradan qalxıb. Onların rəhbərləri təqib olunmur, bank hesablarındakı həbslər, saxta vergi aktları və sanksiyalar, saxta cinayət işləri götürülüb. Qrant müqavilələrinin qeydiyyatı ilə bağlı da heç bir problem qalmayıb.

Koalisiya üzvü olan təşkilatlardan birinin rəhbəri Oqtay Gülalıyev barədə 4 il əvvəl başlanmış cinayət işinə də bu günlərdə xitam verilib.

Sanki vətəndaş cəmiyyəti yalnız EITI üzvləridir…

Çəkinmədən bəyan edirlər ki, bu “yaxşılıqları” məhz EITI üzvləri üçün ediblər. Sanki vətəndaş cəmiyyəti məhz elə bu EITI üzvləridir və onlardan kənarda hər hansı QHT və vətəndaş cəmiyyəti yoxdur. Təbii ki, hökumətin əlaltısı olanlardan başqa.

Bu arada 2013-2014-cü illərdə hakimiyyətin QHT-lər, hüquq müdafiəçiləri üzərinə “xaç yürüşü”ndən, Prezident Administrasiyasından gələn sifarişli vergi yoxlama və aktlarından, prokurorluğun qondarma ittihamlarından, məhkəmə şouları və hökmlərindən peşman olduqlarını, utandıqlarını az da olsa “biruzə vermədən”.

Yasaqlar götürülməyib

Rəsul Cəfərovun, İntiqam Əliyevin, Ənnağı Hacıbəylinin, Əsabəli Mustafayevin, Emin Hüseynovun, Leyla Əliyevanın şəxsi hesabları hələ də həbs altındadır. Mənim şəxsi hesablarım da o cümlədən.

Rəsul Cəfərovun, İntiqam Əliyevin, Ənnağı Hacıbəylinin, Əsabəli Mustafayevin, Emin Hüseynovun, Leyla Əliyevanın şəxsi hesabları hələ də həbs altındadır. Mənim şəxsi hesablarım da o cümlədən.

Hüquq Maarifçiliyi Cəmiyyətinin, Azərbaycan Hüquqçular Assosiasiyasının, Media Hüququ İnstitutunun, Demokratiya və İnsan Haqları Resurs Mərkəzinin bütün bank hesabları da eləcə. Prokurorluğun Ağır Cinayətlərin İstintaqını aparan İdarəsinin təqdimatıyla bu qadağanı Səbail Məhkəməsi qoyub.

İntiqam Əliyev saxta ittiham və məhkəmə qərarlarından sonra çəkdiyi qanunsuz cəzaya əlavə olaraq hələ də sınaq müddəti adıyla cəza çəkməkdə davam edir.

“Rəsmi ərizə”də yazmalısan ki…

İndi bu qısıq president fərmanından sonra genış “atəşfəşanlıq” edən mediaya bu tapşırığı verənlərin məqsədi nədir?

Ənnağı Hacıbəylinin, Əsabəli Mustafayevin ölkədən çıxışına qoyulmuş qadağa götürülməyib.

Bir çox QHT-nin bank hesablarına Ədliyyə Nazirliyinin saxta faktlara əsaslanan məktubuyla qoyulmuş qadağa hələ də qüvvədədir. Bu qadağanı götürə bilmək üçün “rəsmi” olaraq hakimiyyət əlaltısı QHT-lər sırasına daxıl olmaq barədə ərizə vermək lazımdır. Bunsuz nə qrantları qeydə alacaq, nə də hansısa iş görməyə imkan verəcəklər.

Ölkədən gedib-gəlmək hüququna hələ qadağan qoyulmamış şəxslərin sərhəddə alçaldıcı “şəxsi axtarış”a məruz qalmalarını da buraya əlavə etsək, mənzərə bir az da durular. İndi bu qısıq president fərmanından sonra genış “atəşfəşanlıq” edən mediaya bu tapşırığı verənlərin məqsədi nədir?

Məqsəd nədir?

Yəni ölkənin problemlərinin – insan haqlarının bərbaddan bərbad vəziyyətinin, vətəndaşlarımızın hər addımda hakimiyyətin özbaşınalıqları, korrupsiya və ədalətsizlikləri altında əzilməsinin – dilə gətirilməsindən əsəbiləşən hökumətin “sivil toplum” açılımı etmək “niyyətinə” sevinclərini gizlətmək istəmirlər? Özü də kimlər – son 3 ildə bu topluma olmazın çirkab atmaqdan sevinc duyanlar?

Təbii ki, yox, səbəb bu deyil.

Buna da bax: Gənclər siyasətə gələrsə...

Hökumət kredit istəyir

İki il öncə neft pulları içində məst olub bayılan hakimiyyətə indi pul lazımdır. Kredit üçün yalvaranda onlara deyirlər ki, vətəndaş cəmiyyətini belə əzəndə kredit reytinqin aşağı olacaq.

Qısası, hökumət kredit istəyir.

Ona vətəndaş cəmiyyəti, QHT-filan lazım deyil.

Vətəndaş cəmiyyəti, QHT-lər demokratik rejimlərə, vətəndaşlarını, onların normal yaşayışını, firavanlığını, haqlarını düşünənlərə lazımdır.

P.S.: Ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, EITI kimi təşkilatlar, sadəcə, '"abırlı" görünmək naminə hökumətə şərtlər qoyur, onu bəzi yarımçıq addımlar atmağa məcbur edir, sonda da onunla dil tapırlar.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG