Microsoft Edge digər internet brauzerlərdən daha təhlükəsizdir.
Bu barədə “NSS Lab” araşdırma şirkətinin hesabatında qeyd olunur.
Hesabatda bildirilir ki, Microsoft Edge istifadəçiləri zərərli proqramlardan, Google Chrome və Mozilla Firefox-la müqayisədə daha etibarlı qoruyur.
Şirkətin mütəxəssisləri bu üç brauzeri reklam xarakterli zərərli proqramlar, fişinq hücumları zamanı sınayıb.
Buna da bax: İlin 50 ən yaxşı mobil prorqamı
Fişinq internet fırıldaqçılığın bir növüdür. Bu üsulla internet istifadəçilərinin bank hesabları, kredit kartlarının məlumatları və digər vacib məlumatlar ələ keçirilir.
Sınaqda proqramların ən son versiyalarından istifadə olunub – Google Chrome 53.0.2785, Microsoft Edge 38.14393.0.0 və Mozilla Firefox 48.0.2..
MOZİLLA FİREFOX SONUNCU OLDU
Sınağın nəticəsi göstərib ki, Microsoft Edge fişinq tipli internet ünvanları 91.4% aşkar edə bilib. Brauzer internet istifadəçilərinin ən çox rastlaşdığı “SEM” tipli zərərli proqram əlavələrini da 99% əngəlləyib.
İkinci yerdə 82.4 % və 85.8 % göstəriciləriylə Google Chrome qərarlaşıb. Mozilla Firefox isə 81,4% və 78,3% göstəricilərlə sınaqdan digər iki brauzerlə müqayisədə daha uğursuz çıxıb.
Qeyd edək ki, Microsoft Edge “NSS LAB” şirkətinin apardığı aylıq sınaqlarda ilk dəfə iştirak edib.
“Microsoft” şirkəti bu ilin sentyabr ayında istifadəçilərin məlumatlarını qorumaq üçün Edge brauzerinə yeni müdafiə sistemi artırıb.