Keçid linkləri

Təcili xəbərlər

Şimpanzelər balalarına "dayə tuturmuş"


Şimpanzelər öz balalarını ana südündən daha tez ayırmaq üçün onları "dayələrə" verirlərmiş. Alimlər özlərinin bu tapıntıları barədə məqaləni "Royal Society Open Science" jurnalında dərc ediblər.

Toronto Universitetindən olan tədqiqatçılar Uqandanın cənub-qərbindəki Kibale milli parkında 42 ana-bala cütlüyünü maşahidə ediblər. Alimlərin məqsədi balalara alloparental qayğını tədqiq etmək olub. Alloparental qayğı başqa fərdlərin balasının qayğısına qalmasıdır.

Buna da bax: İnsan, öldürmək həvəsində digər primatlara oxşayıb

""Dayələri" ilə daha çox vaxt keçirən balalar bundan sonra daha az süd içirdilər. Bu o deməkdir ki, onların qida baxımından analarından müstəqil olması "dayələri" olmayan meymun balaları ilə müqayisədə daha tez baş verirdi", - tədqiqatın aparıcı müəllifi Yuliya Badesku deyir.

Alimlər bildirirlər ki, bu üsul dişi şimpanzelərin yeni balanı dünyaya gətirməsinə imkan verir. Ancaq heç də bütün dişilər öz balalarını "dayələrin" yanında qoymurlar. Hətta bəzi şimpanze icmalarında buna çox az təsadüf olunur. Bu isə reproduktiv strategiyanın əsnəkliyini göstərir.

Badescu və həmkarları başqa bir tədqiqat zamanı aşkar ediblər ki, ana şimpanzelər bəzən hətta laktasiya dövrü başa çatandan sonra da öz balalarını rahatlıq üçün "dayələrə" verirlər.

Ən son yazılan

XS
SM
MD
LG