Keçid linkləri

Təcili xəbərlər

Həqiqət olan və hökumətin bizə sırıdığı


Rusiya bizə silahı satır, ermənilərə pulsuz verir - günahkar Qəbrdir.

Rusiya Ermənistanda 14 minlik qoşun saxlayır - rədd olsun Amerika.

Rusiya Ermənistan iqtisadiyyatının ən böyük investorudur, ölkəni Kreml saxlayır - Avropa ikiüzlüdür.

Rusiya Qarabağı ermənilər üçün işğal edib, indi də əlində saxlayır - Almaniya dağılır.

Rusiya Ermənistanla ən yüksək səviyyəli hərbi ittifaq qurub, qoşunlarını birləşdirir, Ermənistana daş atmağa da qoymur - NATO müsəlmanları qırır.

Rusiya 300 ildir başımıza oyun açır - Bizim öz yolumuz var.

Rusiyadan qorxurlar, bunu anladım, amma qorxu və sevgi başqa məsələdir axı. Hökumətin içində Rusiya komandası Kremli sevir, dindar kəsimin bir hissəsi Rusiya Əsədə dəstək verir deyə, Putini sevir, SSRİ xiffətini çəkən kəsim Moskva aşiqidir - belə bir qəribə durumdayıq.

P.S. İndi biriləri çıxıb yazacaq ki, Qərb süddən çıxmış ağ qaşıq zaddı?! Qərb pisdir, amma Ermənistanla birgə qoşun yaratmayıb, Ermənistanda qoşun saxlamır, mənim torpaqlarımı işğal etməyib, 20 Yanvarı, Xocalını Qərb törətməyib. Qərb nefti çıxarıb, daşıyıb, satıb 140 milyard dollar verib bizim hökumətə, hökumət də Qərbi söyür, Avropaya, ABŞ-a bu da azdlr...

Ən son yazılan

XS
SM
MD
LG