Keçid linkləri

Son zamanlar Dünya siyasi səhnəsində sərt dil, incidici üslub, opponentlərin fikirlərinə aqressiv münasibət artıb. Belə bir üslub və siyəsət dili dünyada hakim olduqca vətəndaşlar, siyasi təşkilat mənsubları arasında gərginlik də artır. Ayrı fikrə, başqa düşüncəyə, fərqli baxışlara tolerantlıq azaldıqca, dünya siyasəti aşırı uclara yuvarlanır.

Siyasət dilinin sərtləşməsinin əsasları da var: Uzun illərdir ki, Dünya siyasətinə “politkorretlik” adı altında yalan və düşüncələri gizlətmək hakim kəsilmişdi.

Siyasət dilinin sərtləşməsinin əsasları da var: Uzun illərdir ki, Dünya siyasətinə “politkorretlik” adı altında yalan və düşüncələri gizlətmək hakim kəsilmişdi. Siyasi elitaların xalqdan qopması, toplumdan uzaqlaşması, iqtisadi, sosial böhranlar, etnik və dini problemlərin artması, hətta, səhv və çox zərərli olan “multikulturalizm” konsepsiyası – bütün bunlar son illərdə “anti-elita” liderlərini, aşırı uc fikirləri olan siyasətçiləri önə çıxartdı.

Amma bu üslub öz-özlüyündə ciddi təhdidlər daşıyr, toplumları bölməyə, siyasi tolerantlığı aradan qaldırmağa yönəlib. Hələ ki, belə siyasi dil uğur hekayəsi qurur, bunun özü də təhlükə mənbəyidir. Lberalizmin böhranı anlaşılandır, ancaq əvəzinə yeni heç nə gəlmir, əksinə, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində olan militarist, millətçi, hətta şovinist üslub yenə önə çıxır. Biz tarixə baxıb dərs almasaq, bu üslub Avropada, Dünyada yeni fəlakətlərə yol aça bilər.

Siyasətçi “500 avroluq” əsginaz deyil ki, hamı onu sevsin. Biz dəyərləri və prinsipləri daha çox önə çəkməli, ölkədə məhz ideloji kəsimlərin formalaşmasına çalışmalıyıq.

Siyasətçi öz auditoriyasını düzgün təsbit etməli, hamının xoşuna gəlməyə çalışmamalıdır. Siyasətçi “500 avroluq” əsginaz deyil ki, hamı onu sevsin. Biz dəyərləri və prinsipləri daha çox önə çəkməli, ölkədə məhz ideloji kəsimlərin formalaşmasına çalışmalıyıq. Çünki, dünyada “sağ-sol davası” gedəndə, vətəndaşların ideoloji kimliklərinin formalaşması baş verəndə bizlər bu proseslərdən kənarda qaldıq. Bu isə ciddi təhdiddir, siyasətçilər populizmə yuvarlanmamalı, öz tərəfdar kütləsiniə şəxslərə pərəstiş üzərindən, “lider nə dedi – haqlıdır”, yanaşmasından deyil də, məhz dəyərlərə hörmət üzərindən xitab etməlidir.

Təəssüf ki, Azərbaycanda iqtisadi və sosial vəziyyət pisləşir, getdikcə də pisləşəcək. Belə zamanlarda polulist, aşırı uclarda olan siyasətçilərin önə çıxma şansı yaranır. Onlar topluma bütün problemlərin bir kəsimdən qaynaqlandığı fikrini aşılamağa, etnik, dini, sinfi, xarici – fərq etməz, düşmən obrazları yaradılmasına çalışacaqlar.

Çox məsuliyyətli dövr gəlir, hətta gəlib də, bütün siyasi kimliyi olan insanlar öz məsuliyyətlərini dərk etməli, dünyada yaranmış yeni trendlərin zərərli tərəflərindən ölkəmizi sığortalamağa çalışmalıdırlar. Belə olmasa, “yağışdan çıxıb çox pis bir yağmura düşəcəyik”. Düşünün, xanımlar və cənablar, düşünün...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG