Keçid linkləri

Hökumətin aldığı qrantların və kreditlərın məqsədyönlü və səmərəli xərclənməsinə nəzarət məsələsi təkcə qrant və ya kreditverənlərin ümidinə qalanda həmişə belə olur. Korrupsioner və israfçı hökumətlər, məsuliyyətsiz hakimiyyətlər belə pulları tezliklə sovururlar ciblərə və yelə. Sonra xalq bu kreditləri qaytarmalı olur.

Məsələn, reyestr xidmətini aparan qurumun vəziyyətini təsəvvür edin. O, bir-birinə zidd, bir-birinə mane olan iki məqsədə xidmət etməli olur.

Konkret bu mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı. Bu işə hökumət müxtəlif beynəlxalq qurumlardan və xarici ölkələrdən nə qədər qrant alıb! Amma bir fayda olmayıb. Milyonlar havayı gedib. Hələ nə qədər xalqın resursu xərclənib bu işə. Amma xeyri yox. Nədən?

Məsələn, reyestr xidmətini aparan qurumun vəziyyətini təsəvvür edin. O, bir-birinə zidd, bir-birinə mane olan iki məqsədə xidmət etməli olur. Birincisi, onun əsas qanuni funksiyası: iqtisadi münasibətlərin təməlində olan mülkiyyət hüquqlarının qeydiyyatında nizam-intizam yaratmaq.

Bu funksiyanı yerinə yetirmək üçün ona səlahiyyətlər verilib. Amma onun ikinci, qanuni olmayan, amma gerçəkdə qanunidən daha vacib vəzifəsi var. Bəlli məbləğdə rüşvət yığmaq. Həm özlərinə, həm də yuxarılara. 2-ci funksiya 1-cidən daha əhəmiyyətlidir, daha həyatidir. 1-cini yerinə yetirməməyə görə cəzalandırmırlar. 2-ciyə görə isə çox şey itirərsən – həm işini, həm də böyük miqdarda "qazancını".

"Qazanmaq" üçünsə mülkiyyət hüquqlarının qeydiyyatı sahəsində nizam yox, xaos olmalıdır. Haqsızlıqlar olmalıdır ki, insanlar ümisdiz qalıb sadəcə tələb olunan pulu ödəsinlər.

"Qazanmaq" üçünsə mülkiyyət hüquqlarının qeydiyyatı sahəsində nizam yox, xaos olmalıdır. Haqsızlıqlar olmalıdır ki, insanlar ümisdiz qalıb sadəcə tələb olunan pulu ödəsinlər.

Məsələn, yeni tikilmiş binalarda mülkiyyətin qeydiyyatı üçün hər kvadratmetr üçün xeyli şapka verməlisən. Yerləşdiyi yerdən asılı olaraq. Ona görə də bu yeni binaların çoxunda kupça yoxdur. Adamlar orada artıq 10 ildir yaşayırlar.

Hətta Prezident fondundan hansısa şəxslərə xüsusi xidmətlərinə görə fəxri adlarla birlikdə mənzillər hədiyyə edirlər həmin binalarda. Mülkiyyət hüququ qeydə alınmamış mənzillər.

Buna da bax: Ждать ли укрепления доллара и очередного падения нефти?

Təsadüfi deyil ki, mülkiyyət hüquqlarını qeydə alan reyestri aparan qurum normal ölkələrdə çox da gözə çarpmayan bir xidmətdir. Azərbaycanda isə bu xidmət uğrunda həmişə savaş gedib. Pullu yer olduğuna görə. Təkçə rüşvətlər yox, elə rəsmi rüsumlar da soyğunçudur.

Bəzən əhalinin imkansız təbəqəsinə rüşvətsiz sənədləşdirmə imkanı yaradırlar. Bakı kəndlərində adamlar qanuni yolla aldıqları torpaqları və üzərindəki evlərini qeydiyyata sadəcə ona görə aldırmırlar ki, müəyyən olunmuş rüsum və xidmət haqqlarını ödəmək gücündə deyillər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG