Keçid linkləri

Təcili xəbərlər

‘Yol xəritəsi’ reallığa dirənəndə


Mərkəzi Bankın rəhbəri bildirib ki, Maliyyə Sabitliyi Şurasında ölkənin yeni iqtisadi modeli ilə bağlı sənəd hazırlanır və Şurada bu istiqamətdə ciddi müzakirələr gedir.

Milli iqtisadiyyatın gələcək inkişafı ilə bağlı "Yol Xəritəsi"nin ilkin draftı da artıq hazırdır.

...bu sənədlərin heç biri ölkə iqtisadiyyatını böhrandan çıxarmağı, dayanıqlı iqtisadi inkişaf modeli formalaşdırmağı təmin etməyəcək. Problem idarəetmə və institusional mühitlə bağlıdır.

Ola bilər bu sənədlər çox keyfiyyətli olacaq - hər 2 sənədi hazırlayan iqtisadçı həmkarların zəhmətini yerə vurmaq ədalətli olmazdı.

Amma bu sənədlərin heç biri ölkə iqtisadiyyatını böhrandan çıxarmağı, dayanıqlı iqtisadi inkişaf modeli formalaşdırmağı təmin etməyəcək. Problem idarəetmə və institusional mühitlə bağlıdır.

"Bu sənədlər niyə kömək etməyəcək" sualının ən sadə cavabını isə "Piter prinsipi" açır. Müəllifinin (Laurence Johnston Peter) adı ilə bağlı olan bu prinsipə görə, hər bir fərd ixtiyari bir problemi həll edə biləcəyi səviyyəyə qədər inkişaf edir, həmin səviyyədən sonra onun inkişafı dayanır, problemi həll eləmək potensialı tükənir. Piter həmin səviyyəni fərdin karyerasının pik nöqtəsi adlandırır və bundan sonra ya eniş, ya da durğunluq var. Müəllif bu halın xüsusilə dövlət idarəetmə orqanlarına aid olduğunu və həmin qurumlarda çoxsaylı qeyri-effektiv və öz işinin öhdəsindən gələ bilməyən insanların aşıb-daşdığını yazır.

İndiki idarəetmənin karyerasının pik nöqtəsi tikinti bumu mərhələsi idi – saysız-hesabsız körpülərin, yol aşırımlarının, yeraltı-yerüstü keçidlərin, magistral yolların tikildiyi dövr. Ondan sonra yalnız eniş var...

İndiki idarəetmənin karyerasının pik nöqtəsi tikinti bumu mərhələsi idi – saysız-hesabsız körpülərin, yol aşırımlarının, yeraltı-yerüstü keçidlərin, magistral yolların tikildiyi dövr. Ondan sonra yalnız eniş var...
İdarəetmə kökündən dəyişməlidir, vətəndaş cəmiyyəti və müstəqil "beyin mərkəzləri" ideya generasiya edən təsisatlar kimi tam dəstəklənməli, tam demokratik əsaslarla formalaşmış yerli və regional idarəetmə formalaşmalı, kommunal sektor qiymətlərin dövlət tənzimlənməsi qalmaq şərtilə konsessiya müqavilələri ilə özəl operatorlara ötürülməli, dövlət sərmayətutumlu layihələri yalnız özəl sektorla partnyorluq əsasında həyata keçirməli, icra hakimiyyətini tam nəzarət altında saxlayan, "beyin mərkəzi" səviyyəsində olan, siyasi baxışların müxtəlif olduğu parlament olmalı, heç bir siyasi basqıya boyun əyməyən, mülkiyyət hüququnu müqəddəs sayan məhkəmə olmalı...

Bunlar yoxdusa, hətta Harvard mütəxəssislərinin hazırladığı iqtisadi modelin belə işləmək şansı yoxdur....

Əsas problem siyasi sənədlərin deyil, onları reallaşdıran təsisatların və mexanizmlərin keyfiyyəti ilə bağlıdır.

Ən son yazılan

XS
SM
MD
LG