Keçid linkləri

Təcili xəbərlər

“Optik yanıltma”, və ya “Porsche effekti”


İnsan övladı həmişə çalışıb ki, ətrafda istədiyini görsün, məhz bu səbəbdəndir ki, stəkanla bağlı geniş yayılmış deyim meydana çıxıb – stəkan yarıya qədər boşdursa, digər yarısı doludur. İnsan özü düşüncələrinə, dünya görüşünə, məsələlərə şəxsi münasibətinə və maraqlarına görə stəkanın ya dolu, ya da boş tərəfini görür. Bu gün bizim ölkədə də eyni proses baş verir, hakimiyyət yanlıları deyir ki, hər şey əladır, müxalif düşüncəli insanlar isə hər şeyin çox pis olduğunu söyləyir, həqiqət isə haradasa ortadadır və əsas məsələ trenddir, ölkənin hansı yönə doğru getməsidir, məhz bu trendə baxdıqda ölkənin ciddi problemlər burulğanının tam içinə doğru getdiyini görmək mümkündür.

Cəmiyyət içində ciddi klişelər də var, çalışacağam bunları izah edim.

1-ci klişe. Hamı “cip” sürür, yollarda maşın əlindən tərpənmək olmur, camaat pis yaşayırsa, bu qədər maşın yollarda nə gəzir.

1-ci klişe. Hamı “cip” sürür, yollarda maşın əlindən tərpənmək olmur, camaat pis yaşayırsa, bu qədər maşın yollarda nə gəzir.

Bu yanaşmanın adını mən “Porsche effekti” qoymuşam. Çox adam deyir ki, küçələrdə bu qədər “Porsche” varsa, deməli camaatın dolanışığı yaxşıdır. Bunu mənə hətta çoxlu sayda xarici qonaqlar, jurnalistlər, diplomatlar da deyiblər. Gəlin məsələni araşdıraq: 1) Bakı şəhərində 1 mln. ədədə yaxın minik maşını var. Son illərdə Azərbaycanda cəmi 3500 “Porsche” satılıb, bu ümumi maşın sayının 0,3%-nə bərabərdir. Sadəcə, “Porsche” çox gözəl, gözəgəlimli, yaddaqalan maşın olduğundan, gün ərzində həmin 3500 maşının 4-nü görəndə, insanın yaddaşına həkk olunur və düşünür ki, elə bütün şəhər “Porsche” sürür, 2) Digər bahalı maşınlara, ya da orta sinfə mənsub “cip” adlandırdığımız maşınlara gəldikdə isə, bəli, böyük neft pulları və bank kreditləri dövründə onminlərlə insan özünə 20-40 min arası qiyməti olan maşınlar aldılar, 3) Son 2 ilin rəsmi rəqəmlərinə görə Azərbaycana Gürcüstandan gətirilən maşınlar 27 dəfə (!!!), ölkə ərazisində satılan yeni maşınların satışı isə 7 dəfə (!!!) azalıb. Yəni, son 2 ildə gəlirlər azaldıqca, insanların alım gücü də azalır.

2-ci klişe. Kafe-restoranlarda yer yoxdur, hara gedirsən ağzınacan insanlarla doludur, camaat pis yaşayırsa bu qədər kafe-restoranlarda niyə boş yer yoxdur.

2-ci klişe. Kafe-restoranlarda yer yoxdur, hara gedirsən ağzınacan insanlarla doludur, camaat pis yaşayırsa bu qədər kafe-restoranlarda niyə boş yer yoxdur.

İlk baxışdan çox haqlı sözlərə bənzəyir, doğrudan da, çox zaman kafe-restoranlarda xeyli adam olur, bəzən masaların boşalmasını 30-40 dəqiqə gözləməli olursan. Bu “optik effekt” yaradır, heç kim bunun səbəbləri haqqında düşünmür, sadəcə vizual görüntüyə görə nəticələr çıxarır.

Keçək məsələnin izah bölümünə. Bakıda 5000-ə yaxın kafe-restoran fəaliyyət göstərir. Bunun 10%-ə yaxını mərkəzdə və mərkəzə çox yaxın yerlərdədir. Həmin o 500 kafe-restoranın 20%-ni “qlamur” adlandırmaq olar – bu da 100 obyekt edir. Bakıda 3,5 milyon əhali yaşayır, bu qədər əhaliyə cəmi 100 “qlamur” obyekt düşür ki, həmin obyektlərin də müştəri tutumu, maksimum, 3500-4000 nəfərdir – yəni, Bakıda yaşayan əhalinin 0,1%-i. Şəhərdə azərbaycansayağı “fast food”, yəni tez-bazar kabab, salatlar, canlı musiqi təklif edən restoranlar da var. Həmin o 3,5 mln. nəfər Bakı sakinlərinin 5%-i ildə 1 dəfə ad günlərini, və ya digər əlamətdar günlərdən birini o restoranlarda qeyd etsələr, bu 175 min insan demək olur, bunu da ilin günlərinə böləndə hər gün 480 nəfər edir, hərəsi də öz ad gününə 30 nəfər dəvət etsə bu da 14500-ə yaxın insan dəmək olur ki, bu da restoranların dolmasına səbəb olur.

Bax belə bir “optik yalanla” qarşı-qarşıya qalmışıq, yəni, maşınların sayına, restoranların dolmasına görə ölkədə əhalinin dolanışıq səviyyəsi haqqında fikir söyləmək, yümşaq desəm, doğru deyil. Əsas indikatorlar başqadır və bu indikatorlara görə əhali sürətlə kasıblaşır, gəlirləri və dolanışığı azalır. Əsas olan budur, küçələrdə şütüyən bir ovuc məmur və onların yaxınlarına məxsus “Porschelər”, elə həmin adamların hər gün getdiyi restoranların dolu olması ciddi bir indikator deyil. Mən yazdım, siz oxuyun və düşünün...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG