Keçid linkləri

Təcili xəbərlər

Bədniyyət qonşunun bəd proqnozları


Levon Ter-Petrosyanı Azərbaycanla sülh planına razılıq verdiyi üçün 1998-də istefaya göndərdilər. 1997-ci ildə irəli sürülmüş və həm Azərbaycanın, həm də Ermənistanın razılıq verdiyi bu təkliflər mərhələli həll planını nəzərdə tuturdu. Əvvəl DQ ətrafındakı rayonlar qaytarılırdı. Məcburi köçkünlər yerlərinə qayıdırdı. Sonra DQ-nın statusu həll olunacaqdı. Həmin vaxt Dağlıq Qarabağın “prezidenti” vəzifəsindən Ermənistanın baş naziri vəzifəsinə gətirilmiş Robert Köçəriyan buna qarşı çıxdı və tezliklə Levonu devirdilər.

Sülh planını müdafiə edən Levon deyirdi ki, bu Ermənistana çox gərəkdir. Hər zaman yeni müharibə qorxusu yaşayırıq. ...Güclənəcəklər, qarşılarında dura bilməyəcəyik.

Sülh planını müdafiə edən Levon deyirdi ki, bu Ermənistana çox gərəkdir. Hər zaman yeni müharibə qorxusu yaşayırıq. Özümüz də qalmışıq blokadada. İnkişafımız əngəllənir, və s. Azərbaycana baxın. Neft kontraktları bağlayıb. İnvestisiyalar gəlir. İqtisadi potensial, var-dövlət gözləyir onları. Güclənəcəklər, qarşılarında dura bilməyəcəyik.

Hakimiyyətə gəlmək hərisliyiylə alışıb-yanan Köçəriyan onunla razılaşmadı. Onu qorxaq və panikyor adlandırdı. Dedi ki, sən Yerevanda yaşamısan, mənsə Azərbaycanda. O hakimiyyətdəkiləri də mən yaxşı tanıyıram. Dediklərində doğru olan odu ki, neft pulları gələcək. Ondan sonrası doğru deyil. Nə iqtisadiyyat olmayacaq, nə də ordu-filan. Neft pullarının hamısını oğurlayıb daşıyacaqlar xaricə. Korrupsiya baş alıb gedəcək. Narazılıq da, yoxsulluq və səfalət də. İran şahından artıq olmayacaqlar ki. Gözləyin görərsiniz.

Azərbaycana nifrət və paxıllıq dolu bir şəxsdən başqa nə gözləyəsən ki?

Nə isə, Levon’u yola saldılar getdi. Robert Köçəriyan gəldi oldu prezident. Sonra da yerini verdi silahdaşı Serj Sərkisyana.

Verməyib yenə otura da bilərdi. Nə var ki? Müxalifəti əz axırına çıx. Medianı, jurnalistləri əz, öldür, pulla ələ al. Gömrüyə, vergiyə elə adam qoy ki, heç kimi işləməyə qoymasın. Hakimləri məcbur elə qərarları və hökmləri pulla satsınlar...

Verməyib yenə otura da bilərdi. Nə var ki? Müxalifəti əz axırına çıx. Medianı, jurnalistləri əz, öldür, pulla ələ al. Gömrüyə, vergiyə elə adam qoy ki, heç kimi işləməyə qoymasın. Hakimləri məcbur elə qərarları və hökmləri pulla satsınlar. Hər yerə büdcəni talayanları təyin et. Hər şeyi ələ alıb monopoliyalar yarat. Nazirlər, icra başçıları, rəislər elə olmalıdır ki, millət gözünü aça, başını qaldıra, dodağını tərpədə bilməsin. Elələrini qoy ki, camaatı soyub-döyüb-alçaldıb-talayıb gətirsinlər.

Əsas da məktəbləri, universitetləri rüşvət və ləyaqətsizlik yuvalarına çevir. Qoy uşaqlardan pul yığsınlar. Gözdən düşsünlər. Yeni müti, qorxaq və mağmun insanlar yetişdirsinlər. Müəllimləri seçkiləri saxtalaşdırmağa cəlb elə.

Müstəqil düşünə bilən, söz deməyə cəsarət edən hər kəsi susmağa məcbur elə.

Ölkədən oğurlanan pullardan xaricdəki lobbilərə də xərclə. Qalanlarını da hər kəs bilir.

Amma Robert bunları etməyə can atsa da, edə bilmədi. Bilmirəm niyə, amma nədənsə etmədi. Əlindən gəlmədi yəqin...

Amma Robert bunları etməyə can atsa da, edə bilmədi. Bilmirəm niyə, amma nədənsə etmədi. Əlindən gəlmədi yəqin. Sonra ağzı ətə çatmayan pişiklər kimi bu bacarıqsızlığına bəzəkli, bəlağətli sözlərdən don geydirməyə çalışdı. Nə bilim erməni xalqı belə böyükdü, onunla pis rəftar edə bilməzdim. Nə bilim milli ruh belə getdi, müasir millət ordan gəldi. Hətta qatıqlayıb əlavə etdi ki, bəs biz geridə qalmış köçəri türklər deyilik ki, konstitusiyanı-filanı dəyişib bir ailənin hökmranlığını bərqərar edək. Nə isə, paxıllıqdan doğan hər cür belə sərsəmləmələr. Elə bil Köçəriyan familyası onun deyil, bu türklərin imiş. İraq olsun.

İndi də atını minib Yerevan küçələrində o başa-bu başa çapır, dəli kimi. “Gördüz, mən sizə dedim ki, gözləyin? Dedim? Pul çox olmaqla deyil ki? Pul məsuliyyətdir. Qabiliyyətin varsa puldan faydalanacaqsan. Yoxdursa, əksinə ziyan çəkəcəksən. Dedim ki, o millət pulu göyə sovuracaq, oğurlayıb dağıdacaqlar, sonra düzdə qalacaqlar. İnanmırdız. Gördüz!”

Nə isə boş-boş danışır. Müvəqqəti çətinlik yaşadığımızı görüb bizi çırnatmaq istəyir. Ona baş qoşmayın.

Düşmənin buynuzumu olur, bəyəm?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG