Rəsmi məlumat: Parlament Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib. Vergi Məcəlləsinə 115 yeni maddə əlavə edilib, 83 dəyişiklik edilib.
Şərh: Normal bir ölkədə vergi məcəlləsinə bir gündə bu qədər əlavə və dəyişikliklər olsaydı, biznes etiraz edər, orta və kiçik sahibkarlar bəyanatlar yayar, böyük biznes isə hökumətdən izah tələb edərdi. Nə TV kanallarda, nə mediada bu yeni maddələrin təsnifatı, izahı olmayıb, bizneslə məsləhətləşmələr aparılmayıb.
Normal iş adamı, xarici investor dəyişikliklərin məğzi bir qırağa, eşitsə ki, Məcəlləyə 115 yeni (!!!) maddə əlavə edilib, dabanına tüpürüb ölkədən qaçar...
Normal iş adamı, xarici investor dəyişikliklərin məğzi bir qırağa, eşitsə ki, Məcəlləyə 115 yeni (!!!) maddə əlavə edilib, dabanına tüpürüb ölkədən qaçar - necə ki, son həftələrdə onlarla xarici şirkətin nümayəndəlikləri bağlanır, otel bredlərinin adları binalardan silinir. Bu faktın özü belə sübut edir ki, bizdə iqtisadiyyat, biznes, bazar iqtisadiyyatı yoxdur, məmur var, onların biznesi var, bir də onların maraqları...
Rəsmi məlumatlar:
1) Ərzaq Təhlükəsizliyi Komissiyası yaradılacaq,
2) Aqrar sahədə nəzərdə tutulan tədbirlər 2020-ci ildə real ÜDM-i 1,2 mlrd. manat artıracaq,
3) Azərbaycanda aqrar sığorta fondu yaradılacaq,
4) Kənd təsərrüfatı kreditləri ilə bağlı risklərin azaldılması məqsədilə zəmanət fondu yaradılacaq,
5) Ekoloji təmiz kənd təsərrüfatının inkişafı üzrə dövlət proqramı hazırlanacaq.
3 dəfə "Regionların İnkişaf Proqramı" qəbul edib , hər il kənd təsərrüfatına subsidiyalar ayırıb, aqrar sahəyə kreditlər verilub - bütün bu layihələrə 10 mlrd. dollara yaxın vəsait sərf edib - nəticə SIFIR.
Şərh: Hökumət son 15 ildə 3 dəfə "Regionların İnkişaf Proqramı" qəbul edib , hər il kənd təsərrüfatına subsidiyalar ayırıb, aqrar sahəyə kreditlər verilub - bütün bu layihələrə 10 mlrd. dollara yaxın vəsait sərf edib - nəticə SIFIR.
Hökumət hələ də anlamır ki, problem idarəetmə sistemindədir, hesabatlılığın olmamağındadır, korrupsiyadır, dövlətin hər sahədə əsas oyunçu, dominant olmağı istəyi və arzusudur. Bunlar öz mənəvi və faktiki müəllimlərindən - SSRİ-ni idarə edənlərdən də dərs çıxartmadılar. SSRİ hər şeyə dövlət nəzarəti tədbiq etdi - nəticədə ərzaq talonla oldu, piştaxta altından, tanışlıqla ərzaq satılmağa başladı. Dövlət iqtisadiyyatda ən pis menecerdir, iqtisadiyyatda birbaşa iştirakdan nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. İndiki hökumət isə köhnə kolxoz sədrləri, zavmaqlarla yenə dövlət iqtisadiyyatı qurmaq istəyir.
Bəzi məsələlərdə artıq 90-lara qayıtmışlq, belə idarəçilik sistemi ilə qorxuram ki, 80-lərə, ərzağın talonla olduğu dövrə də qayıdaq...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.