Keçid linkləri

Təcili xəbərlər

Uğurlu ölkə modeli


Karikatura Gündüz Ağayevindir
Karikatura Gündüz Ağayevindir

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, tərəqqi və rifah üçün mütləq bir neçə şərt vacibdir: 1) Demokratiya (geniş anlamda); 2) Ədalət; 3) Seçki; 4) Təhsil və 5) Rəqabətli azad iqtisadiyyat.

Avropa, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya – buralarda 5 şərtin hamısı var və dünyanın ən çox inkişaf etmiş ölkələri də məhz bu ölkələrdir.

İnkişaf və tərəqqi üçün bu 5 şərtdən, heç olmasa, üçü olmalıdır.

İnkişaf və tərəqqi üçün bu 5 şərtdən, heç olmasa, üçü olmalıdır.

Məsələn, Sinqapurda demokratiya, seçki yox idi, amma ədalətli məhkəmə, səviyyəli təhsil, rəqabətli iqtisadi mühit olduğu üçün ölkə inkişaf etdi və artıq normal seçki keçirib, müxalifətin parlamentdə təmsil olunmasına nail oldu.

Çin - bu ölkədə 5 önəmli faktordan 2,5-i var deyə (təhsil var, rəqabət var, amma ədalət yarımçıqdır) ölkə potensialını tam aça bilmir, iqtisadi sistem artıq siyasi sistemə dirənib, onu aşa bilmədiyinə görə problemlərlə üzləşib.

Bəzi insanlar əhalisi yaxşı dolanan ərəb monarxiyalarını misal gətirə bilərlər. Amma o ölkələrdə də, 5 faktorun bir neçəsinin elementləri var - hakimiyyət legitimdir, biznes azaddır, məhkəmənin öz ədaləti var – amma var, təhsil pis deyil - yəni, əsas 5 elementin müəyyən cücərtiləri var, amma bu ölkələrin inkişafı dayanıqlı deyil və mütləq o ölkələrdə sistem kollapsı olacaq.

Azərbaycanda bu 5 şərtin heç biri yoxdur, hətta hər bir sahə üzrə ötən hər il daha da geri gedirik.

Azərbaycanda bu 5 şərtin heç biri yoxdur, hətta hər bir sahə üzrə ötən hər il daha da geri gedirik. Yəni, demokratiya və seçki qalsın bir qırağa, heç olmasa rəqabətli iqtisadi mühit, ədalətli məhkəmə, keyfiyyətli təhsil olsaydı ölkə belə dərin quyuya düşməz, inkişaf edərdi.

Uğurlu ölkə modelenin şərtləri bəlli, yolu bəlli, hökumət 23 il hakimiyyətdə olduqdan sonra nə axtarır axı?! Bax belə, düşünün, xanımlar və cənablar, düşünün...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG