Keçid linkləri

Təcili xəbərlər

Valyuta hərracı nədir?


Currency Auction
Currency Auction

Hərrac nədir? Bir mülkün, malın, əşyanın, əmtəənin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması, auksion, yəni açıq artırma üsulu ilə satılması.

Hərracda qiymət necə müəyyən olunur? Hərrac zamanı iştirakçılara ilkin qiymət təklif olunur, qısa zaman ərzində ən çox qiymət təklif edən hərracı udur.

Valyuta hərracı (Currency auction) nədir? Öncədən şirkətlər, banklar, hüquqi şəxslər qeydiyyatdan keçir, hərracda iştirak etmək istəyini bildirir. Hər bir hüquqi şəxs hərrac zamanı ya hesabında olan valyutanı sataraq, öz ölkəsinin milli valyutasına olan təlabatını ödəyir, ya da əksinə, öz hesabında olan milli valyutasını, digər ölkə valyutasına dəyişir.

Valyuta hərracının baş tutması üçün ilk növbədə valyuta satan oyunçuların çox olması əsas şərtdir, digər şərt isə öncədən bazara nə qədər valyuta çıxacağının bilməməkdir ki, spekulyasiyalara səbəb yaranmasın.

Valyuta hərracının baş tutması üçün ilk növbədə valyuta satan oyunçuların çox olması əsas şərtdir, digər şərt isə öncədən bazara nə qədər valyuta çıxacağının bilməməkdir ki, spekulyasiyalara səbəb yaranmasın. Hər bir ölkənin Mərkəzi Bankı hərracların gedişatında öz dövlətinin maraqlarına uyğun olaraq hərraca iqtisadi müdaxilə edə bilər - valyuta satmaqla öz milli valyutasına dəyər qazandırır, almaqla isə milli valyutasını ucuzlaşdırır.

Tam üzən məzənnə nədir? Bu zaman bazarda olan oyunçuların sayı, istəkləri və məqsədləri hərracda tələb-təklif prinsipinə görə məzənnəni müəyyən edir, bazara heç bir müdaxilə olmur, MB-lar bu prosesdən kənarda qalır.

Bizdə valyuta satan 1 oyunçu var - Neft Fondu, hərracı təşkil edən bir oyunçu var - Mərkəzi Bank, valyuta alan 30 oyunçu var - ölkədə fəaliyyət göstərən banklar, hər dəfə hərraca çıxarılan valyutanın həcmi bəlli - bu gündən həftədə 3 dəfə olacaq, hər dəfə 75 mln. dollar vəsait satılacaq və bütün bundan sonra hələ də deyirlər ki, bizdə tam üzən məzənnəyə keçdilər. Alış kişi haqqında məşhur lətifəni bir az dəyişdirərək sual vermək istəyirəm ki, nəynən keçdiniz, necə keçdiniz, harda keçdiniz Elman müəllim...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG