İnsan kapitalı – insanın cəmiyyətdə özünürealizə etmək və cəmiyyətin imkanlarından tam istifadə etmək üçün insanın biliyinin, bacarığının, peşəkarlığının cəmidir. Bu intellekt, sağlamlıq, bilik, keyfiyyətli əmək və keyfiyyətli həyat şəraitidir. İlk dəfə termin Teodor Şuls tərəfindən işlədilib, sonradan davamçısı Heri Bekker tərəfindən inkişaf etdirilib. İsbat edilib ki, insan fəaliyyətinə effektli iqtisadi baxış çox vacibdir.
Bir nəfər yaxşı mütəxəssisin yetişdirilməsi üçün dövlət 100 min dollara yaxın vəsait sərf edir. Sonradan həmin mütəxəssis ölkəyə ortalama 1 mln. dollar qazandırır.
Bir nəfər yaxşı mütəxəssisin yetişdirilməsi üçün dövlət 100 min dollara yaxın vəsait sərf edir. Sonradan həmin mütəxəssis iş həyatı boyu ölkəyə birbaşa və dolayı yolla, ortalama, 1 mln. dollar qazandırır. Əgər hər hansı bir ölkədən mütəxəssis, beyin axını olursa, bu hal həmin ölkənin iqtisadiyyatına, gələcəyinə ciddi ziyan vurur.
Azərbaycanda ən böyük problemlərdən biri köçdür, ölkədən mütəxəssislər, iş adamları, təhsilli insanlar köç edirlər, bu da bizə milyardlarla dollar ziyan vurur. Həm də zaman itiririk, bir mütəxəssisin formalaşması 15-20 il alır (məktəbə gedən dövrdən sayılmaqla).
Ölkədən köçmək istəyənlərinin sayının kəskin artmasının səbəbi gələcəklə bağlı qayğılar, qapalı sistem, özünürealizə imkanlarının məhdud olması, azadlıqların azlığıdır. İnhisarçı və ədalətsiz sistem təşəbbüsləri boğur, insanın potensialının açılmasına imkan vermir.
Bu sistem həm də daxilində olan məmurların, vəzifə sahiblərinin də potensialını qapadır. Məsələn, elə səfir var ki, çox gözəl müğənnidir, dünya şöhrətli musiqiçi ola, dünyada konsertlər verə, milyonlar qazana, ölkəni tanıda bilərdi, amma işi bütün potensialını məhv edib.
Bu sistem həm də daxilində olan məmurların, vəzifə sahiblərinin də potensialını qapadır. Məsələn, elə səfir var ki, çox gözəl müğənnidir, dünya şöhrətli musiqiçi ola, dünyada konsertlər verə, milyonlar qazana, ölkəni tanıda bilərdi, amma işi bütün potensialını məhv edib. Elə icra başçıları var ki, gözəl konditer, aşpaş, şirniyyatçı, və ya, komik aktyor ola bilərdi, dünyada məşhur insanlara çevrilə bilərdilər, amma sistem onlara öz potensialını açmağa imkan vermədi. Elə nazirlər var ki, çox məşhur iş adamları ola bilər, rəsmi milyonçu olub həm özünə, həm ölkəsinə xeyir verə bilərdilər. Elə deputatlar var ki, yaxşı idman müəllimi olub şagird yetişdirə bilərdilər - siyahını uzada da bilərəm, amma məsələnin məğzi budur ki, insanların öz potensialını açmağa imkan verməyən bir sistemimiz var və bu sistem ölkənin də potensialını açmağa imkan vermir.
Bax belə, düşünün xanımlar və cənablar, düşünün...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.