Həbsdən azad olduqdan sonra heç vaxt Kürdüxanıda keçirdiyim 1 ay haqqında yazmamışam. Açığı, cəmi 1 ay həbs yatıb, sonra bu haqda yazmağa utanıram. Ölkədə 4 ildən çox günahsız həbs yatan İlqar Məmmədov varsa, bir aydan nə yazasan axı?! İlkin Rüstəmzadə, Seymur Həzi və digər insanlar hələ də həbsdədirsə, cəmi 1 aydan yazmağı ayıb sayırdım. Onlarla indi azadlıqda olan dostlarım illərlə həbsdə olublarsa, mən 30 gün haqda nə deyim axı?!
Kürdəxanıda kameralar elə qurulub ki, hərəsini öz gəzinti yeri var, həmin yerin də üstü açıqdır. İsti, küləksiz havalarda məhbuslar gəzinti yerinə çıxıb, "hay-huy", "hay-huydu brat", deyə o biri kamerada olanları söhbətə çağırırdılar.
Bu gün yazmağımın məqsədi başqadır. Kürdəxanıda kameralar elə qurulub ki, hərəsini öz gəzinti yeri var, həmin yerin də üstü açıqdır. İsti, küləksiz havalarda məhbuslar gəzinti yerinə çıxıb, "hay-huy", "hay-huydu brat", deyə o biri kamerada olanları söhbətə çağırırdılar. Bir-birlərindən siqaret, çay, qənd, çörək istəyirdilər, amma çox zaman sadəcə 2-3 kəlmə söhbət etmək, hal-əhval tutmaq üçün "hay-huya" çıxırdılar. Yəni, hətta ən qapalı yerdə belə insanın danışmağa, söhbət etməyə ehtiyacı, hətta çörəyə olan ehtiyacından belə az olmur.
İnsafən Kürdüxanı işçiləri də buna mane olmurdular, onlar da insanların danışmaq hissini başa düşürdülər, bu anlamda onlara təşəkkür də düşür.
Ölkəmizdə ən çatışmayan məsələ - dialoqdur, danışmaq üçün müstəvinin olmamağıdır.
Ölkəmizdə ən çatışmayan məsələ - dialoqdur, danışmaq üçün müstəvinin olmamağıdır. Hökumət, məsələn, İlqarın işi ilə bağlı bütün dünya ilə, Avropa institutları ilə danışır, amma İlqarın özü ilə yox, söhbət siyasi danışıqlardan gedir. Qərb də hökuməti bu məsələdə sıxır, sonra da dövlətimizin iqtisadi maraqlarına uyğun gəlməyən bəzi güzəştlər alır, bir müddət susur, sonra yenə təzyiqlərə başlayır ki, növbəti güzəştlər alsın.
Biz dəfələrlə demişik ki, dövlətlə hökumət bizim üçün ayrı qavramlardır, hökumət işləyə bilmir, hökuməti dəyişmək istəyirik, amma dövlət bizimdi, dövlətin maraqlarını məmurlardan daha yaxşı anlayır və qoruyuruq.
Ölkə indi elə vəziyyətdədir ki, acilən "hay-huy" modelindən, sivil dialoq modelinə keçmək lazımdır, bu dövlətimiz üçün çox vacibdir. Çünki, "hay-huyun" axırı mütləq "hay-küylə" bitir. Sivil siyasi dialoqun sonu isə dövlətin güclənməsi ola bilər. Düşünün xanımlar və cənablar, düşünün...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.