Keçid linkləri

Bu barədə çox fikirləşmişəm. Çoxları ölkədə müsbət dəyişikliklərin olmamasını insanların savadsızlığında, nələrin baş verdiyindən xəbərsiz olmalarında görür. Mən də son zamanlara qədər belə düşünürdüm.

...demokratikləşmənin olması üçün heç də bütün xalqın savadlı (siyasi və ya digər şəkildə) olması və prosesə qoşulması şərt deyil.

Amma reallıq tam fərqlidir. İlk növbədə demokratikləşmənin olması üçün heç də bütün xalqın savadlı (siyasi və ya digər şəkildə) olması və prosesə qoşulması şərt deyil.

Digər tərəfdən düzdür, heç zaman xalq barəsində ümumiləşdirmələr aparmağı düzgün hesab etməmişəm, amma xalqın əksər hissəsinin nələrin baş verdiyindən az da olsa məlumatı var. Sadəcə müəyyən dönməz passionar kəsimin (50-100 min adam olar) olması dəyişikliklər üçün bəs edir. Bəs problem nədədir?

Ən böyük problem əksər insanımzıın fərdiyyətçi olmağıdır. Ətrafınıza diqqətlə baxın. İnsanlardan arzularını soruşun. Hansı biri arzum demokratik, hüquqi bir dövlətdə yaşamaqdır deyəcək. Ən yaxşı halda bir ovuc insan. Çox az bir hissəsi. Əksəriyyətimiz bahalı maşın, bahalı ev, uğurlu karyera və s. arzusundadır. Bunlar olmalı deyilmi? Təbii ki, olmalıdır. Ancaq öncəliyimiz bu olmalı deyil.

Bu məmləkətdə insanların fərdi maraqlarının təmini ümumi maraqlara görə hər zaman prioritet olub.

Biz heç zaman ümumi mənafelər, maraqlar yönündən çıxış edib, yuxarıda saydığım komforta qovuşmağı düşünməmişik. Problem də elə budur. Bu məmləkətdə insanların fərdi maraqlarının təmini ümumi maraqlara görə hər zaman prioritet olub. Yəni, şəxsi mənafe>toplum mənafeyi formulu bizdə əsl söz sahibidir. Ümumilikdə şərq insanının portreti budur.

Qərb ölkələrinin bugünki inkişaf səviyyəsinə çatmaqları isə zamanında toplum maraqlarına öncəlik verməsi ilə bağlıdır. Bu səbəbdəndir ki, bugün orada ümumi rifahdan hər kəs öz üzərinə düşən payı alır. Necə deyərlər, zəhmətlərinin bəhrəsini görürlər.

Nəticə olaraq, nə zaman ki, insanımız xaricə qaçmaq, canını qurtarmaq yerinə toplum marağı üçün çalışacaq, etiraz edəcək, bax o zaman biz düzəlməyə başlayacıyıq. Belə bir mühit isə üfüqdə görsənmir. Təəssüf ki, səmimi olaraq nələrisə düzəltməyə, insanımıza daha layiqli bir mühit qurmaq üçün çalışan 1000-2000 dəyərli insanımıza heyfim gəlir. Başqa heç nə.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG