Keçid linkləri

Bizimkilərin rus (rus imperializmi nəzərdə tutulur) sevgisi də bir başqa dərddi. Hər dəfə belə hallarla qarşılaşanda müxtəlif bənzətmələr beynimdə canlanır. Belə anomaliyaya ən uyğun gələni isə qurbanın öz cəlladına sevgisidir. Ola bilməz deməyin, bal kimi də olur.

Hələ də əksəriyyətimiz tarixə xronoloji əzbərçilik kimi baxırıq. Halbuki xalq olaraq tarixini bilmək, keçmişini öyrənib onun əsasında gələcəyinin yönünü daha aydın müəyyən edə bilməkdir.

Rusu yerə-göyə sığışdırmayıb tərif vuranlar və hələ də sovet nostalgiyası ilə yaşayan milli qürur hissindən məhrum kölələr, yəqin ki, aşağıdakı suallarımı da cavablandırmaq iqtidarında olarlar:

Rusu yerə-göyə sığışdırmayıb tərif vuranlar və hələ də sovet nostalgiyası ilə yaşayan milli qürur hissindən məhrum kölələr, yəqin ki, aşağıdakı suallarımı da cavablandırmaq iqtidarında olarlar:

1828-ci il 10 fevral Türkmənçay müqaviləsi ilə Azərbaycanımızı iki yerə bölən iki böyük qəsbkardan biri çar Rusiyası, rus imperializmi deyildimi?

Xristian təəssübkeşliyi edərək Quzey Azərbaycan ərazisinə (əsasən də Naxçıvan, İrəvan və Qarabağa) İrandan və Osmanlıdan 100 minlərlə erməni köçürərək, demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişdirərən, Azərbaycan türklərini öz dədə-baba yurdlarından didərgin salan rus imperializmi deyildimi?

Xristian təbəələrə (ermənilərə və gürcülərə) lazımi miqdarda məhsuldar xəzinə torpaq sahəsinin ayrılacağına, 6 il müddətinə hər cür vergidən və 3 il ərzində zemstvo mükəlləfiyyətlərindən azad olunacaqlarına dair təminat verən, köçürülən ailələlərə maddi yardım göstərən, bunun qarşılığında isə soydaşlarımızı addımbaşı əzən rus imperializmi deyildimi?

Gürcü zadəganlarının bütün torpaq və silki hüquqlarına sərbəstlik verdiyi halda, müsəlmanları öz irsi torpaq hüquqlarından məhrum edərək özlərindən asılı vəziyyətə salıb, mütiləşdirən rus imperializmi deyildimi?

Çar Rusiyasının qəddar müstəmləkə siyasətinə etiraz olaraq 1826-cı ildə Gəncədə, 1830-cu ildə Car-Balakəndə və 1837-ci ildə Qubada baş verən üsyanları amansızlıqla yatızdıran, yüzlərlə vətənpərvər soydaşımızı edam etdirən rus imperializmi deyildimi?

Çar Rusiyasının qəddar müstəmləkə siyasətinə etiraz olaraq 1826-cı ildə Gəncədə, 1830-cu ildə Car-Balakəndə və 1837-ci ildə Qubada baş verən üsyanları amansızlıqla yatızdıran, yüzlərlə vətənpərvər soydaşımızı edam etdirən rus imperializmi deyildimi?

Xristianların milli kimliklərinə toxunulmadığı halda, türk milli kimliyini aradan qaldırmağa çalışaraq məqsədli surətdə azərbaycan türklərini “məhəmmədi”, ”müsəlman-tatar” adlandıran rus imperializmi deyildimi?

Azərbaycan ədəbiyyatının korifeyi, el arasında “Həkim Nizami”, “Şeyx Nizami” olaraq tanınan Nizami Gəncəvinin xüsusi bir sənətkarlıqla qurulmuş, XIX əsrin əvvəllərinə qədər bütün Gəncəbasar mahalının ən böyük ziyarətgah yeri olan məqbərəsini 1828-ci ildən sonra ziyarət etməyi yasaqlayan, böyük şairin məqbərəsini rus hərbçilərinin atları üçün samanlığa çevirən, xalqın silahlı müqavimətinə baxmayaraq Rus imperatorluğunun köməyilə onun sənət nümunəsi olan başdaşının fransızlar tərəfindən sökülüb Parisə aparılmasına göz yuman rus imperializmi deyildimi?

Ərdəbildə yerləşən, Orta Şərqin zəngin kitabxanalarından sayılan qiymətli yazılı abidələrlə zəngin Şeyx Səfiəddin kitabxanasını oğurlayıb, xalqı maarifləndirmək üçün rus dilinə tərcümə edilməsi adıyla Moskvaya aparıb, tarixi irsimizi oğurlayan rus imperializmi deyildimi?

1905-ci ildə Azərbaycan türklərinin erməni qəsbkarları tərəfindən genosidə məruz qalmasına göz yuman, əksinə bunun üçün şərait yaradan rus imperializmi deyildimi?

1905-ci ildə Azərbaycan türklərinin erməni qəsbkarları tərəfindən genosidə məruz qalmasına göz yuman, əksinə bunun üçün şərait yaradan rus imperializmi deyildimi?

1920-ci ildə Azərbaycan Cümhuriyyətinin varlığına son qoyan, bir il ərzində 50 minə yaxın say seçmə soydaşlarımızı gülləlləyən, rəngini dəyişib, mahiyyətini saxlayan rus imperializmi deyildimi?

Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev kimi qaymaqları erməni cəlladlarına öldürtdürən rus imperializmi deyildimi?

Orconikidze, Kirov, Mikoyan, Sarkis, Mirzoyan, Lominadze, Yeqorov və başqaları kimi bolşevik-daşnak cəlladlarının xalqımıza qarşı genosidinə imkan yaradan rus imperializmi deyildimi?

Şərur-Dərələyəz, Zəngəzur (Mehri) kimi əzəli türk yurdu torpaqlarımızı ermənilərə peşkəş çəkən rus imperializmi deyildimi?

Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad kimi say-seçmə ziyalılarımızı repressiya etdirən rus imperializmi deyildimi?

Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad kimi say-seçmə ziyalılarımızı repressiya etdirən rus imperializmi deyildimi?

1918-ci ildə xalqımıza qarşı törədilən genosidin birbaşa təşkilatçısı Stepan Şaumyanı az qala milli qəhrəman kimi bizə sırımağa çalışan rus imperializmi deyildimi?

Qarabağın işğal olunmasında erməni quldurlarına hər cür köməkliyi göstərən rus imperializmi deyildimi?

Bugün də Ermənistanı hər cəhətdən ayaqda saxlayan iki nəfəslikdən biri (digəri İran) olan rus iperializmi deyilmi?

Bu qədər fakt milli qürurunuza toxunmurmu, əgər qürurunuz varsa?!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG