Keçid linkləri

Təcili xəbərlər

Ölkədə əslində nə qədər sahibkar var?


Göstərəcəyim son dərəcə maraqlı statistikadır, ölkədə sahibkarlığın durumunu, insanların hansı hissəsinin potensial olaraq pensiya hüququ qazanmaq şansının olduğunu əks etdirir.

Təəssüf ki, Nazirlik bu rəqəmin nə qədər hissəsinin fəal (faktiki işləyən) vergi ödəyiciləri olduğu barədə məlumat yaymır.

Deməli, Vergilər Nazirliyinin məlumatına görə, vergi ödəyicisi kimi qeydiyyatda olan bütün təsərrüfat subyektlərinin sayı 690 minə yaxındır - bura fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq qeydiyyata alınmış bütün vergi ödəyiciləri daxildir. Təəssüf ki, Nazirlik bu rəqəmin nə qədər hissəsinin fəal (faktiki işləyən) vergi ödəyiciləri olduğu barədə məlumat yaymır. Halbuki vacib olan məlumat budur – hər ay lap 10 min ödəyici VÖEN alsın, real fəaliyyəti olmayandan sonra onların iqtisadiyyata nə faydası?

Sosial Müdafiə Fondundan gələn məlumat isə mənzərəni bir qədər aydınladır. Fondun məlumatına görə, 2016-cı ilin sonuna işəgötürən (sahibkar) qismində faktiki işləyən ödəyicilərin sayı təxminən 147 min olub. Bu o deməkdir ki, vergi uçotunda olan sahibkar ödəyicilərin ən yaxşı halda 21%-i (hər 5-dən 1-i) faktiki ödəyicidir - çalışır, işçi işlədir, pul qazanır, büdcə ondan xeyir görür. Kağız üzərində deyillər, canlıdırlar.

85 min fiziki şəxs ödəyici kimi uçota alınmış, 103 min nəfər fiziki şəxs isə fəaliyyətini dayandırmışdı - fəaliyyətini dayandıranların sayı fəaliyyətə başlayanlardan təxminən 20% çox olub.

Fondun başqa bir məlumatına görə, 2016-cı ilin 10 ayında 85 min fiziki şəxs ödəyici kimi uçota alınmış, 103 min nəfər fiziki şəxs isə fəaliyyətini dayandırmışdı - fəaliyyətini dayandıranların sayı fəaliyyətə başlayanlardan təxminən 20% çox olub.

Hüquqi şəxslər üzrə dövlət reyestrinə isə 5517 subyekt daxil olmuş, 19550 subyekt isə fəaliyyətini dayandırmışdı - bağlanan müəssisələrin sayı açılanlardan 3.5 dəfə çox olub.

Muzdlu işçi kimi sığorta olunanların sayı isə 1,37 milyon nəfərdir ki, bu da iqtisadi fəal əhalinin cəmi 29%-ni təşkil edir. Bu o deməkdir ki, hazırki rəqəmlərlə əmək qabiliyyəti olan insanların ən yaxşı halda hər 100 nəfərindən orta hesabla 25 nəfərinin potensial olaraq pensiya hüququ əldə etmək imkanı var.

Məlumata görə, həmin 1,37 milyon nəfərin 605 min nəfəri və ya 44%-i büdcə təşkilatlarının payına düşür. Büdcə sektorunda sığorta olunan işçilərin sayı 2015-ci ilə nisəbətən 2016-cı ildə təxminən 10 min nəfər azalıb.

Qeyri-büdcə təşkilatlarının sığorta etdirdiyi işçilərin sayı 2015-ci il üzrə 780 min, 2016-cı ildə 764 min olub - 15 min nəfərdən çox azalma oub.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG