Keçid linkləri

Təcili xəbərlər

Kiçik addımlar - Böyük hədəflər


Cəmiyyətin motivasiyası yoxdur, ya da, son 300 ildə adı, forması dəyişsə də mahiyyəti və fəlsəfəsi dəyişməyən idarəçilik sistemi insanları səhv yöndən motivasiya edir. Bu gün yaranan süstlüyün və inamsızlığın ən böyük səbəblərindən biri məhz budur.

Cəmiyyət kiçik uğur hekayələrinə acdır, hakimiyyətli-müxalifətli ölkəmiz adına uğur hekayələri qura bilməmişik deyə insanlar ruhdan düşüb, günlük problemlərinin, günlük həlli ilə məşğuldurlar.

Cəmiyyət kiçik uğur hekayələrinə acdır, hakimiyyətli-müxalifətli ölkəmiz adına uğur hekayələri qura bilməmişik deyə insanlar ruhdan düşüb, günlük problemlərinin, günlük həlli ilə məşğuldurlar.

Hakimiyyət uzun illər "Analoqu olmayan inkişaf" hekayəsi qururdu, uğuru belə təqdim edirdi - indi məlum oldu ki, qurulan model zaydı, görüntüdür, dayanıqlı deyil.

Müxalifət isə uzun illərdir tam güc yığmadan "istefa" deyir, böyük hədəflər qoyur, hər dəfə bu hədəfə çatmayanda xalqın gözündən daha da düşür, heç bir uğur hekayəsi qura bilmirdi.

Bu anlamda həm hakimiyyət, həm də ənənəvi müxalifət eyni yanaşma ortaya qoyur – hakimiyyət pafoslu ritorika əvəzinə dünyada müsbət örnəyi, "analoqu olan" məsələn, təhsil, səhiyyə, yerli özünüidarə sistemi qursaydı, yəni kiçik addımlarla böyük işlər görsəydi, indi bol uğur hekayəsi olardı.

... Bunun örnəkləri də var, sistemdən kənar müxalif düşüncə - gənclik "əsgərimiz ölməsin" dedi, müdafiə nazirini dəyişə bildi.

Ənənəvi müxalifət də reallaşdıra bilməyəcəyi "istefa" şüarı əvəzinə kiçik addımlarla, məsələn, hər hansı bir qurumun, nazirliyin, dövlət idarəsinin üstünə gedib, hər hansı bir nəaliyyət əldə edə bilsəydi, böyük hədəflərə doğru getmək üçün kiçik uğur hekayələri yarada bilərdi. Bunun örnəkləri də var, sistemdən kənar müxalif düşüncə - gənclik "əsgərimiz ölməsin" dedi, müdafiə nazirini dəyişə bildi.

Hədəflər və şüarlar motivasiya üçün çox önəmlidir. Bu cəmiyyətdə oyun qaydaları elə qurulub ki, korrupsiya ciddi qıcıq doğurmur. "Talana son" süarı işləmir, çünki, cəmiyyətin 1%-i birbaşa talanda iştirak edirsə, 97%-i kənarda donquldanır (qalan 2%-də hər şeyi anlayır, bu sxemdə özünü görmür, ya ölkədən getmək istəyir, ya da, bizlər kimi usanmadan yazır-danışır), amma ürəyində arzulayır ki, bir gün həmin o 1%-in içində ola, o da "talaya" bilər. Çünki, başqa cür bu sistemdə varlanmaq, demək olar ki, mümkün deyil. Varlanmaq, yaxşı yaşamaq isə insanın təbii hissidir. Məhz buna görə o 97% oğluna məmur qızı almaq, qızını məmur oğluna vermək istəyir, məhz ona görə toyuna-yasına "talayan məmur" gələndə onu yuxarı başda otuzdurur, ən böyük hörməti ona göstərir. Bu onların günahı deyil, cəmiyyətdə "oyun qaydası" belədir.

Bizim ən böyük işimiz kiçik addımlarla uğur hekayələri yaradaraq, böyük hədəflərə getmək olmalıdır. Bunun mexanizmləri haqqında növbəti dəfə yazacağam...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG