Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan internetə hökumət senzurasının astanasında


Hacılı Rəşid, Media Hüququ İnstitutu

Azərbaycan prezidenti “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna Milli Məclisin etdiyi dəyişiklikləri imzalamaqla Azərbaycanda İnternet üzərində hökumətin geniş və sərt nəzarətinə yamyaşıl işıq yandırmış olacaq. Qanunu imzalayarkən prezident eyni zamanda İnternetdə yayılan məzmunları qayçılamaq funksiyasını yerinə yetirməli olan hökumət qurumunun (Internet Senzorun) da adını açıqlayacaq. İnternet Senzor saytlarda məzmunu monitorinq edəcək, yayılmasını qanunsuz sayacağı məzmunları aşkar edib onların saytdan çıxarılması və ya bloklanması üçün tədbirlər görəcək.

Dəyişikliklər qanunsuz saydığı məzmunun geniş dairəsini cızıb, Websaytlar və ya Web 2.0-lar üzərində senzuranı həyata keçirəcək olan İnternet Senzorunun səlahiyyətlərini müəyyən edib. Hökumətin qanunsuz elan etdiyi məzmunun yayılmasının qarşısını almağa, İnternet senzorun göstərişlərini yerinə yetirməyə məsul tutulacaq şəxs və qurumların vəzifələrini və məsuliyyətlərini təsvir edib.

İNTERNET SENZOR HANSI İŞLƏRİ GÖRƏCƏK?

Dəyişikliklər Websayt, Web 2.0 platformaların sahibləri ilə yanaşı, host provayderi (internet informasiya ehtiyatının istifadəsinin təmin edilməsi üçün öz informasiya sistemlərində yerləşdirilməsi xidmətini (hostinq) göstərən təchizatçıları) və hətta İnternet servis provayderləri da qanunsuz sayılan məzmunun internetdə yayılmasının qarşısını almağa yönəlmiş tədbirlər görməyə məsul tutulacaq şəxslər sırasına aid edib.

İnternet Senzor həm “az” domenində, həm də başqa domenlərdə olan, həm Azərbaycan daxilində yaradılan və yayılan, həm də Azərbaycandan kənarda yaradılan və ya yayılan məzmunlara, bir sözlə Azərbaycanda girişin mümkün olduğu bütün məzmunlara nəzarət edəcək.

İnternet Senzor həm “az” domenində, həm də başqa domenlərdə olan, həm Azərbaycan daxilində yaradılan və yayılan, həm də Azərbaycandan kənarda yaradılan və ya yayılan məzmunlara, bir sözlə Azərbaycanda girişin mümkün olduğu bütün məzmunlara nəzarət edəcək.

Websaytın sahibi və domen adının sahibi saytda yayılan məzmuna nəzarət etməli, onu yoxlamalı, qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona hər hansı şəxsdən müraciət daxil olduqda həmin informasiyanı saytdan götürməlidir. Qanunun 13-2.5.-cü maddəsi oxşar vəzifələri Host provayderlər üzərinə qoyur.

İnternet Senzor internetdə qadağan edilmiş məzmunları aşkar etmək üçün daimi monitorinq aparacaq. Belə məzmunları aşkara çıxarmaqda ona digər dövlər qurumları, özəl şəxslər və qurumlar da yardım edəcəklər. İnternet Senzor qanunsuz məzmunlarla bağlı şikayətçi şəxslərin, eləcə də oxuduğu məzmunu qanunsuz sayılmalı olduğunu güman edən neytral şəxslərin müraciətlərini qəbul edib yoxlayacaq.

Dəyişikliklər Senzora qadağan edilmiş məzmunun yayaılmasının qarşısını almaq üçün böyük səlahiyyətlər verir. Senzor yayılması qadağan edilən informasiyanın yayılması hallarını bilavasitə aşkar etdikdə və ya başqa şəxs və qurumlardan aldıqda, bu barədə Websayt və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Göstərilən məsul şəxslər bu xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində həmin informasiyanı saytdan götürməlidir.

İnformasiya çıxarılmazsa, Senzor məhkəməyə müraciət edir, ya da özü dərhal qadağan olunmuş informasiyanın yayıldığı sayta girişi bağlamaq haqqında qərar çıxara bilər.

İnformasiya çıxarılmazsa, Senzor məhkəməyə müraciət edir, ya da özü dərhal qadağan olunmuş informasiyanın yayıldığı sayta girişi bağlamaq haqqında qərar çıxara bilər. Senzor hesab etsə ki, yayılan informasiya “Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaradır”və ya “insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallar” vardır, o halda həmin Websayta girişi “müvəqqəti olaraq məhdudlaşdır”an qərar verəcəkdir. Bu qərarı qəbul etdikdə Senzor eyni zamanda Websayta girişin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. Sayta girişin məhdudlaşdırılması barədə İnternet Senzorun qərarı məhkəmə tərəfindən ləğv edilənədək qüvvədə qalır.

Məhkəmə Websayta girişin bağlanması barədə Senzorun verdiyi müraciətə sürətli prosedur qaydasında 5 günədək müddətdə baxır və qərar qəbul edir. Bu qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

Məhkəmə qərarı və ya Senzorun öz qərarı ilə girişi bağlanmış saytlar sensor tərəfindən “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edilir.

Qanuna əsasən, İnternet Senzor Websaytın adını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra Host Provayder (HP) və İnternet Provayderlər Websayta müraciəti məhdudlaşdırmalı və bu barədə saytın sahibinə məlumat verməlidirlər.

QANUNDAKI “EYNƏKSİZ” GÖRÜNƏN BOŞLUQLAR

Qanun Websayta “müraciətin məhdudlaşdırılması” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.Yalnız qanunsuz sayılan informasiyanınmı, yoxsa bütün Websaytın və ya onun bir hissəsinin bloklanmalı olduğunu deməyib. Belə aydınlığın olmaması təcrübədə Websayta “müraciətin məhdudlaşdırılması” işini həyata keçirəcək İnternet Senzorun, Host və İnternet Provayderlərin yanlış addımlar atmasına, sui-istifadəyə yol verməsinə yol açır.

“Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na Senzor hansı informasiyaları daxil edəcək, bu Siyahıdakı informasiyalar açıq olacaqmı, Senzorun qərarları və əsaslandırıcı sənədləri də dərc ediləcəkmi kimi suallara Qanun cavab verməyib.

“Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na Senzor hansı informasiyaları daxil edəcək, bu Siyahıdakı informasiyalar açıq olacaqmı, Senzorun qərarları və əsaslandırıcı sənədləri də dərc ediləcəkmi kimi suallara Qanun cavab verməyib. Qanunda eləcə də İnternet Senzorun bu qərarın icrasına hansı qaydada nəzarət edəcəyi, kimlərə hansı əmrlər verəcəyi, onların bu əmrləri yerinə yetirməsi qaydaları, məsuliyyətləri və başqa hallar kimi də önəmli məsələlər qanunda tənzimlənməyib. Qanun bu vacib məsələlərin tənzimlənməsini Prezidentin təyin edəcəyi hökumət qurumuna həvalə edib.

Qanun habelə Senzor funksiyasını yerinə yetirəcək qurumun təşkili, tərkibi, qərar qəbul edəcək şəxslərə verilən tələblər, qərarların qəbul edilməsi proseduru, qərarların dərci, qurumun şəffaflığı və hesabatlılığı ilə bağlı hər hansı müddəa müəyyən etməyib.

Dəyişikliklər Senzorla yanaşı başqa şəxslərə də saytlara qarşı hüquqlarını pozduğunu güman etdikləri informasiyaların yayılmasının qadağan edilməsi barədə iddialarla məhkəməyə müraciət etmək hüququ tanıyır.Belə informasiyanın yayıldığını aşkar etdikdə şəxs (fiziki və hüquqi şəxslər, eləcə də məhkəmədə iddia qıldırmaq səlahiyyəti olan qurumlar) saytın sahibinə həmin informasiyanın çıxarılması tələbi ilə müraciət edir.Bu tələbə əməl edilmədikdə şəxs informasiyanın yayılmasının qadağan edilməsi tələbiylə məhkəməyə müraciət edə bilər.Məhkəmənin hüquqi hüvvəyə minmiş qərarını əldə etdikdən sonra şəxs onu icra etmək üçün senzora təqdim edir. Senzor bu saytı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir.

Dəyişikliklər İnternetdə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı Websayt sahibinin, domen adının sahibinin, HP və İP-lərin qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdığını bəyan etsə də konkret məsuliyyət nəzərdə tutan müddəalar müəyyən etməyib.

SENZURA VƏ İFADƏ AZADLIĞI

Bu qanunla İnternet saytlardakı məzmuna nəzarət etməli olan quruma verilən səlahiyyətlər onu İnternet saytları üzərində dövlət senzorasını həyata keçirən quruma çevirir.

Azərbaycan Respublikasının Konstitusiyası dövlət senzurasını qadağan edir. Konstitusiyanın 50-ci maddəsinin II hissəsinə əsasən kütləvi informasiya Anchorvasitələrində dövlət senzurası qadağandır.

Senzura kitabın, filmin, qəzet və ya jurnalın və başqa yayım məhsulunun hər hansı bir hissəsinin pozucu, nalayiq, siyasi baxımdan qəbuledilməz, təhlükəsizlik və ya asayişə qorxu yaratması güman edildiyindən qadağan edilməsi və ya bunun müəllifi və yayanların basqıya məruz qoyulmasıdır.

Azərbaycan Respublikasının Konstitusiyası dövlət senzurasını qadağan edir.

Konstitusiyanın 50-ci maddəsinin II hissəsinə əsasən kütləvi informasiya vasitələrində dövlət senzurası qadağandır. Bu o deməkdir ki, kütləvi informasiya vasitələri üzərində qanunla hər hansı senzura müəyyən oluna bilməz, belə qanun əsasında hər hansı senzura istər dövlət qurumu, istərsə də qeyri-dövlət qurumu tərəfindən həyata keçirilə bilməz.

İfadə azadlığı mütləq hüquq deyil və o qanunla müəyyən edilmiş məhdudlaşdırmaların subyekti ola bilər. Bu məhdudlaşdırmalar dövlətin ərazi bütövlüyü və təhlükəsizliyi, cinayətlərin qarşısının alınması və ictimai asayişin qorunması, ictimai əxlaq və əhalinin sağlamlığı, başqa şəxslərin hüquqları və qanuni mənafelərinin qorunması, konfidensial informasiyaların qorunması, ədalət mühakiməsinin tərəfsizliyinin və normal həyata keçirilməsinin təmin edilməsi məqsədiylə, güdülən məqsədə mütənasib olaraq və demokratik cəmiyyətdə zəruri dərəcədə məhdudlaşdırmalara məruz qala bilər.

Bu müddəa Azərbaycanda İnsan Hüququ və Azadlıqlarının tənzimlənməsi haqqında Konstitusiya Qanununun 3.4-cü maddəsində əksini tapıb. Bu müddəalar eləcə də Azərbaycanın tərəf olduğu Avropa İnsan Haqları Konvensiyasının 10-cu da, eləcə də İnsan Hüququ və Azadlıqlarının Qorunması haqqında Beynəlxalq Paktin 19-cu maddələrində təsbit edilib.

HÖKUMƏTİN İNTERNET SENZOR YARATMAQDA HƏDƏFİ NƏDİR?

Bu Dəyişiklikləri etməkdə hökumət yayılması ciddi ictimai təhlükə doğuran, böyük ziyanlar vura biləcək informasiyaları qanunsuz elan etməklə operativ olaraq saytlardan çıxarılması və ya onlara girişin bağlanmasını hədəfləyirmi? Bütünlükdə ifadə azadlığına, insanların öz düşüncə və ideyalarını yaymaq, istədiyi məlimatları qanuni yolla əldə edə bilmək, müzakirələr aparmaq, tənqidi rəylər, o cümlədən hökumətin siyasəti, ayrı-ayrı hökumət üzvlərinin davranışları və başqa məsələlər barədə tənqidlər bildirmək huquqlarını məhdudlaşdırmaq məqsədi alt niyyət olaraq güdülmürmü?

Birinci suala “hə”, ikinciyə “yox” cavabı verilərsə, o halda:

Birincisi, belə informasiyaların siyahısı dəqiq, aydın və konkret olmalıdır. Ikincisi, bu siyahı çox dar cızılmalı, yalnız və yalnız ciddi ictimai təhlükə törədən informasiyaları əhatə etməlidir. Qanuna dəyişikliklərdə verilən yayğın müddəalar göstərilən məqsədə yox, başqa məqsədlərə məhdudlaşdırmalar üçün yol açır...

Birincisi, belə informasiyaların siyahısı dəqiq, aydın və konkret olmalıdır.

Ikincisi, bu siyahı çox dar cızılmalı, yalnız və yalnız ciddi ictimai təhlükə törədən informasiyaları əhatə etməlidir. Qanuna dəyişikliklərdə verilən yayğın müddəalar göstərilən məqsədə yox, başqa məqsədlərə məhdudlaşdırmalar üçün yol açır.

Üçüncüsü, bu funksiyanı yerinə yetirməli olan qurum hər hansı siyasi, iqtisadi və başqa təsirlərdən azad olmalı, peşəkar və məsuliyyətli olmalı, qərarlarını hərtərəfli əsaslandırmalı və şəffaf fəaliyyət göstərməlidir.

Dördüncüsü, bu qurumun səlahiyyətləri açıq uclu yox, konkret və dar olmalı, sui-istifadə imkanlarını aradan qaldırmalıdır.

Senzor funksiyasını yerinə yetirəcək qurum bir neçə mühüm vəzifə və səlahiyyətləri yerinə yetirəcək.

Birinci, İnternet saytları onlarda qanunsuz sayıla bilən məzmunların olub-olmadığını yoxlamaq üçün daimi monitorinq etmək. Bu məqsədlə bu qurum habelə müxtəlif şəxslərdən, qurumlardan daxil olan məlumatları qəbul edib araşdıracaq.

İkincisi, qanunla yayılması qadağan edilmiş sayıla bilən materialları öyrənmək, onların yayılması qadağan olunmuş məlumat sayılması barədə qərar vermək.

Üçüncü, bu məlumatların saytdan çıxarılmasını sayt sahibindən tələb etmək. Sayt sahibi bu tələbə əməl etmədikdə məhkəməyə müraciət edərək bu materialın yayılmasının qanunsuz sayılması qərarını çıxarmağı məhkəmədən xahiş etmək.

Dördüncü, məhkəmə materialın yayılmasını qanunsuz saymaq barədə qərar çıxaran kimı bu məlumatın “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edərək dərhal sonra host provayder və internet provayderlərdən sayta girişi məhdudlaşdırma tədbirləri görməyi tələb etmək.

Beşincisi, təxirəsalınmaz hesab etdiyi hallarda məlumatın qanunsuz sayılması barədə qərar verdikdən sonra sayta girişi məhdudlaşdırmaq, daha sonra məhkəməyə müraciət etmək.

Altıncısı, sensor habelə məhkəmələrin başqa şəxslərin müraciəti əsasında məlumatın yayılmasının qanunsuz sayılması barədə qərarlarının da icrasını təmin edəcəkdir.

Bütün hallarda məlumatın yayılmasını qanunsuz saymaq qərarını məhkəmə verəcəkdir.Birinci instansiya məhkəməsi bu işə 5 gündən gec olmayaraq ən qısa zamanda baxacaq.Onun qərarı qüvvəyə minmədən Senzorun özü tərəfindən dərhal icra olunacaqdır.

HOST PROVAYDER (HP), YOXSA SENZOR N 2?

Qanuna dəyişikliklər HP və İP üzərinə də vəzifə və məsuliyyət qoyur. 13-2.5-ci maddəyə əsasən, HP hosting xidməti göstərdiyi saytda “yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür.”

Qanunun bu tələbinin HP-lər üçün böyük maddi və hüquqi öhdəliklər yaradacağı göz önündədir. HP hosting xidməti göstərdiyi saytda məzmunun “yayılması qadağan edilən informasiya” olub-olmamasına diqqət etməlidir. Bu onun üzərinə monitorinq aparmaq öhdəliyi qoyur.

Qanunun bu tələbinin HP-lər üçün böyük maddi və hüquqi öhdəliklər yaradacağı göz önündədir. HP hosting xidməti göstərdiyi saytda məzmunun “yayılması qadağan edilən informasiya” olub-olmamasına diqqət etməlidir. Bu onun üzərinə monitorinq aparmaq öhdəliyi qoyur.

İkincisi, HP saxladığı məzmunda “yayılması qadağan edilən informasiya”lar barədə müraciətlərə açıq olmalı, onları öyrənib, yoxlayıb, dəyərləndirməlidir. Üçüncüsü isə, gərəkli mütəxəssislərə sahib olmalıdır ki, saxladığı məzmunun “yayılması qadağan edilən informasiya” olması barədə qərar verə bilsin.

HP üzərinə qoyulan dördüncü vəzifə isə daha mürəkkəb və dolaşıqdır. Qanun deyir ki, HP “yayılması qadağan edilən informasiya”nın dərhal saytın sahibi tərəfindən götürülməsi üçün “tədbirlər görür”.HP-nin hansı tədbirlər görməli olduğunu qanun demir. Bu sadəcə sayt sahibinin xəbərdar edilməsi deyil. Çünki, bu halda Qanunda “tədbirlər görür” əvəzinə “xəbərdar edir” yazılardı. Bu müddəa HP-ni məcbur edəcək ki, o ya müqavilə şərtləri vasitəsilə sayt sahibini belə məzmunu saytdan çıxarmağa məcbur etsin. Ya da özü sayta girişi məhdudlaşdırsın. Əks halda yayılan məzmuna görə məsul tutulanlardan olmaq riski qaçılmazdır. Göstərilən hal HP-ləri də senzora çevirəcəkdir və təbii ki, onun bu statusda ifadə azadlığını məhdudlaşdıran addımları bütün hallarda qanunsuz olacaqdır.

YAYILMASI QADAĞAN EDİLƏN MƏZMUN: YAYĞIN, AÇIQ UCLU VƏ YANLIŞ TƏNZİMLƏMƏ

Qanunun 13-2.3-cü maddəsi “yayılması qadağan edilən informasiyanın” geniş siyahısını müəyyən edib. Onlar aşağıdakılardır:

13-2.3.1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;

13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;

13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar;

13-2.3.4. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar;

13-2.3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;

13-2.3.6. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

13-2.3.7. qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;

13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;

13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;

13-2.3.10. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;

13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya.

Bu siyahıda göstərilən “yayılması qadağan edilən informasiya”lar yeni deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri bu siyahıdakı məlumatları yaymağa görə cinayət cəzaları müəyyən ediblər, bəzi istisnalarla. Bu siyahının tam və əhatəli olmadığını bəyan edərək Qanun siyahıya qeyri-müəyyən, yayğın bir “və sair” bəndi də (13-2.3.11.) əlavə edib – “Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya”.

Bu siyahı ilə bağlı bir neçə mühüm məsələni nəzərdən keçirmək lazımdır.

Birincisi, Qanuna əlavə edilmiş 13-2.3.1-dən 13-2.3.8-ə qədər olan bəndlərdə nəzərdə tutulan müddəalar məqbul görünsə də təcrübədə belə informasiyalarla bağlı bəzi hallarda qərar vermək o qədər asan olmayacaq. Üstəlik, bu bəndlərdə ifadə olunan terminlərin bir çoxu ilə bağlı nə qanunvericilikdə, nə də məhkəmə təcrübəsində aydın anlayışlar yoxdur. Məsələn, “dini-ekstremizm”in nə olduğu, onun təbliğinin nədən ibarət olması barədə aydın müddəalar yoxdur.

İnformasiyanın təhqir və ya böhtan xarakteri daşıyıb-daşımaması barədə hər kəsin gümanı ola bilər. Bu gümanlar hüquqi önəm daşımır.Yalnız böhtan və ya təhqirdən zərər çəkmiş şəxsin iddia və ya xüsusi ittihamı məhkəmə baxışı üçün əsasdır.

İkincisi, 13-2.3.9 və 13-2.3.10-cu bəndlərdə nəzərdə tutulan “təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar”ın və “əqli mülkiyyət hüquqlarını pozan məlumatlar”ın “yayılması qadağan edilən informasiya” sayılması barədə qərar verilməsi səlahiyyətinin Qanunda göstərildiyi hallarda Senzora və bəzən hətta Host Provayderlərə verilməsi hüquqi məntiq baxımından yanlışdır və xüsusilə birinciyə kateqoriyadan olan informasiyalara münasibətdə digər qanunvericiliyə zidddir.

İnformasiyanın təhqir və ya böhtan xarakteri daşıyıb-daşımaması barədə hər kəsin gümanı ola bilər. Bu gümanlar hüquqi önəm daşımır.Yalnız böhtan və ya təhqirdən zərər çəkmiş şəxsin iddia və ya xüsusi ittihamı məhkəmə baxışı üçün əsasdır. Yalnız bu şəxslərin işitirakı və tələbi ilə məhkəmə informasiyanı təhqir və ya böhtan saya bilər. Çünki, nəyi təhqir, nəyi böhtan saymağa yalnız informasiyanın yönəldiyi şəxs qərar verə bilər.

Bu şəxsi həyatın toxunulmazlığını pozan məlumatlara da aiddir. Senzor hansısa məlumatın kiminsə şəxsi həyatı ilə bağlı olub-olmaması və ya bu toxunulmazlığı pozub-pozmaması barədə öz yanından qərar verə bilməz. Bunun üçün hüquqi pozulduğu güman olunan şəxsin iddiası və əsaslandırması ortada olmalıdır. Belə iddiası olan şəxslərin isə özləri məhkəməyə Mülki Prosessual və ya Cinayət Prosessual Məcəllərə uyğun olaraq iddia və ya xüsusi ittiham şikayətləri verə bilərlər.

Müəllif hüquqlarının pozulması güman olunan hallarda da bu barədə pretenziya və şikayətlər vermək hüququ həmin müəllif hüquqlarının qanun və ya müqavilə əsasında fəaliyyət göstərən sahiblərinə məxsusdur. İnformasiyanı yayan saytla və ya onu sayta vermiş başqa şəxslə müəllif hüququn sahibi arasında hansı özəl hüquqi münasibətlərin, müqavilə və şərtlərin olduğunu Senzor bilə bilməz və bilməməlidir də. Belə bir pozuntunun olduğu halda məhkəmədə iddiaçı və şikayətçi kimi Senzor yox, məhz müəlliflik hüququ barədə iddia vermək hüququ olan şəxsin özü çıxış edə bilər.

Üçüncü çox mühüm məsələ bu siyahının sonuncu bəndindəki “qanunvericilikdə göstərilən başqa hallarda” normasıdır. Bu yayğın bəndin təcrübədə xeyli çətinlik, sürpriz və bəzən sui-istifadələr doğura biləcəyi ehtimalı az deyil.

Üçüncü çox mühüm məsələ bu siyahının sonuncu bəndindəki “qanunvericilikdə göstərilən başqa hallarda” normasıdır. Bu yayğın bəndin təcrübədə xeyli çətinlik, sürpriz və bəzən sui-istifadələr doğura biləcəyi ehtimalı az deyil.

Sayta girişin məhdudlaşdırılması: sayta girişin bütöv, yaxud qanunsuz məzmunun olduğu hissəsinin bağlanması deməkdir?

Qanun bu barədə hər hansı aydınlıq verməyib. Məntiqi olaraq belə düşünmək olar ki, əgər söhbət qanunsuz sayılan məzmuna başqalarının girişini mümkünsüz etməkdən gedirsə, o zaman yalnız həmin informasiyaya giriş bloklanmalıdir. Bu halda saytın tamamilə qanuni məzmun yayaın başqa hissələrinə də girişin bloklanması ifadə azadlığı hüququnun pozulmasıdır və qanunsuz olacaqdır. Senzor saytdakı başqa məzmunlara girişi mümkünsüz edən və ya çətinləşdirən belə bloklama hallarının olmaması üçün bütün zəruri tədbirləri görməlidir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG