Keçid linkləri

Təcili xəbərlər

Müəmmalı Prezident Administrasiyası


Türkiyədə son referendumdan sonra yaranmış durumla bağlı (möhürsüz bülletenlər keçərli sayılması) hüquqşünaslar arasında qızğın debatlar gedir. Son dərəcə səviyyəli və peşəkar müzakirələrə baxdım bu arada. Ana Yasanı A-dan Z-ə qədər incələyirlər, insanlar da gerçəkləri anlayır - hamının hüquqçu olmaq imkanı yoxdu deyə cəmiyyət bu müzakirlərdən həddən artıq fayda görür.

...bunun ardınca Prezident Administrasiyasının əsas hüquqçusu açıqlama verdi ki, Prezident Administrasiyası ölkə Konstitusiyasında nəzərdə tutulan təsisatdı və hansısa qanun onu ləğv edə bilməz.

Bu məqamı niyə yazıram? Dünən bizim media məlumat yaydı ki, Prezident Adminstrasiyası ləğv edilir. Medianın hansı hüquqi əsaslandırmadan çıxış edərək bu qənaətə gəlməsi və həmin qənaəti xəbərə çevirməsini özüm üçün aydınlaşdıra bilmədim. Amma bunun ardınca Prezident Administrasiyasının əsas hüquqçusu açıqlama verdi ki, Prezident Administrasiyası ölkə Konstitusiyasında nəzərdə tutulan təsisatdı və hansısa qanun onu ləğv edə bilməz.

Hüquqşünas deyiləm, hansı arqumentin haqlı olduğunu demək sahənin mütəxəssislərinin işidir. Amma Konstitusiyaya baxdım, Prezident Administrasiyasının adına yalnız bir yerdə rast gəldim. "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri" adlanan 109-cu maddənin 13-cü bəndində yazılır: "Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasını təşkil edir və onun rəhbərini təyin edir".

Nazirlər Kabinetindən fərqli olaraq Prezidentinin Adminstrasiyasının statusu, strukturu və. s məsələlərlə bağlı heç bir müddəa Konstitusiyada müəyyən edilmir.

Yəni bu qurumu yaratmaq, onun rəhbərini təyin və azad etmək ölkə prezidentinin səlahiyyətidir. Amma Nazirlər Kabinetindən fərqli olaraq Prezidentinin Adminstrasiyasının statusu, strukturu və. s məsələlərlə bağlı heç bir müddəa Konstitusiyada müəyyən edilmir.

İndi hüquq ekspertlərimizdən öyrənmək istədiyim budur: əgər Konstitusiya ölkə prezidenti üçün səlahiyyətlər müəyyən edibsə, 1-ci şəxsin təcrübədə 109-cu maddədə sadalanan bütün səlahiyyətləri həyata keçirmək məcburiyyəti var, yoxsa sadəcə həmin məsələlər prezidentin müstəsna səlahiyyət dairəsini müəyyən edir və zərurət yarandığı hallarda o bu səlahiyyətlərdən istifadə edir? Səlahiyyət həm də öhdəlikdirmi, yoxsa hüquq? Məsələn, 109-cu maddədə "əfv etmək", "fövqəladə və hərbi vəziyyət elan etmək" də prezidentin səlahiyyətləri kimi müəyyən edilib. Amma aydındır ki, bu səlahiyyətlərdən hansısa prezident hakimiyyəti dövründə yararlanmaya da bilər. Əslində bu müqaisənin özünün nə qədər qüsursuz olduğunu hüquqşünaslarımız deyə bilər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG