Keçid linkləri

Təcili xəbərlər

Avropa Birliyinin maraqlı statistikası


Bloq yazılarımdan birində Azərbaycanda rəsmi yoxsulluq göstəricisinin hesablanması üçün istifadə olunan yaşayış standartlarının daha çox bir çox ölkələrdə istifadə edilən aclıq həddinə uyğun olduğu barədə yazmışdım.

...məsələn, "maddi məhrumiyyət" (material deprivation), "kəskin maddi məhrumiyyət" (severe material deprivation) və "aşağı əmək intensivliyi" (low work intensity) statistikası ayrıca aparılır.

İndi Avropa Birliyinin statistika orqanının məlumatlarına baxıram, qurum nisbi yoxsulluq səviyyəsi (median gəlirlərin 60%-i) ilə yanaşı insanların yoxsulluq riski ilə üzləşmə səviyyəsini də aşkarlamaq üçün daha bir neçə göstəricidən istifadə edir. Məsələn, "maddi məhrumiyyət" (material deprivation), "kəskin maddi məhrumiyyət" (severe material deprivation) və "aşağı əmək intensivliyi" (low work intensity) statistikası ayrıca aparılır. Bu göstəricilər Avropa ölkələrində əhalinin sosial vəziyyətini qiymətləndirmək üçün komleks göstəricilərdir.

Maddi məhrumiyyət aşağıdakı 9 problem əsasında qiymətləndirilir:

1) Kredit (ipoteka da daxil) və yə icarə haqqına, kommunal xidmətlərə görə ev təsərrüfatının borcunun olması;
2) İldə ən azı 1 dəfə evdən kənarda 1həftə istirahət etmək imkanının olmaması;
3) Hər 2 gündən bir ət (yaxud toyuq, balıq və ya onların tərəvəz ekvivalenti) almaq imkanının olmaması;
4) Gözlənilməz xərcləri qarşılamaq imkanının olmaması
5) Telefon (mobil telefon da daxil) əldə etmək imkanının olmaması;
6) Televizor almaq imkanının olmaması;
7) Mənzili isitmək üçün zəruri imkanının olmaması;
8) Paltaryuyan maşını almaq imkanının olmaması;
9) Maşın almaq imkanının olmaması.

Əgər ailə təsərrüfatı 9 problemdən ən azı 3-ü ilə üzləşirsə, "maddi məhrumiyyət", ən azı 4-ü ilə üzləşirsə, "kəskin maddi məhrumiyyət" içərisində olan ailə kimi statistikanın uçotuna daxil edilir.

Əgər ailə təsərrüfatı 9 problemdən ən azı 3-ü ilə üzləşirsə, "maddi məhrumiyyət", ən azı 4-ü ilə üzləşirsə, "kəskin maddi məhrumiyyət" içərisində olan ailə kimi statistikanın uçotuna daxil edilir. Ən son statistikaya görə, hazırda AB əhalisinin 17%- maddi məhrumiyyət (o cümlədən kəskin maddi məhrumiyyət) içərisindədir. Ən yüksək göstərici Bolqarıstan (49%), ən aşağı göstərici Niderland və Avstriya kimi ölkələrdə (2-3%) qeydə alınıb.

"Aşağı əmək intensivliyi" statistikasına o şəxslər daxil edilir ki, onlar il ərzində 12 aylıq təqvim ilnin 20%-dən azını (təxminən 73 gün) işləmək imkanına malik olur. Ən son statistikaya görə, AB əhalisinin 10.5%-i il ərzində 2.5 aydan az işləmək imkanına malik olub.

Yoxsulluğu həm də belə ölçərlər - insanların gerçək həyatda hansı məhrumiyyətlər çəkdiyini ölçmədən 5% yoxsulluq elan eləməkdən asan nə var ki...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG