Keçid linkləri

Təcili xəbərlər

Taleyimiz hələ də neftin əlindədir


Hətta ucuz vaxtlarında belə iqtisadiyyatımızın taleyi neftin əlindədir…

2017-ci ilin birinci rübünün yekunlarına görə Azərbaycana daxil olan təxminən 7.5 mlrd. USD valyuta vəsaitlərinin 72.5%-i neft-qaz sektoru vasitəsilə daxil olub. Cari əməliyyatlar hesabı çərçivəsində ölkəyə gələn 4.930 mlrd. USD-nin 3.361 mlrd. USD-i (68.1%) neft sektorunun ixrac gəlirləridir.

Maliyyə hesabı çərçivəsində Azərbaycana gələn 2.654 mlrd. USD-dən 2.080 mlrd. USD (78.2%) neft sektoruna yönəldilən sərmayələrdir. 3 ay ərzində neft sektoruna birbaşa investisiya formasında 1.6 mlrd. USD, 955 mln. USD portfel investisiya formasında, 491 mln. USD kreditlər formasında daxil olub.

Amma iş orasındadır ki, Azərbaycandan kənara çıxarılan təxminən 6.9 mlrd. USD vəsaitin də əsas hissəsi (57.5%) neft-qaz sektoru vasitəsilə çıxıb. Cari hesablar çərçivəsində neft sektorunun valyuta ilə əməliyyatlarına 1.845 mlrd. USD xərclənib. Bu vəsaitlərdən 273 mln. USD neft sektorunun ehtiyacları üçün əmtəələrin, 977 mln. dollar xidmətlərin (əsasən tikinti) idxalına, 1.1 mlrd. USD xarici neft şirkətlərinin investisiya və mənfəətinin repatriasiyasına, 453 mln. dollar birbaşa sərmayə formasında xaricdəki investisiya layihələrinə, 1.081 mlrd. USD "depozitlər və nağd valyuta" maddəsi altında neft sektorunun ehtiyacları üçün sərf olunub.

Bu statistikada Mərkəzi Bankın aydınlıq gətirməli olduğu 2 mühüm informasiya var: ölkənin neft sektoruna daxil olan 955 mln. USD portfel investisiyanın təyinatı və ölkədən neft sektorunun adına "depozitlər və nağd valyuta" maddəsi ilə ölkədən çıxan 1.081 mlrd. USD vəsaitin çıxış məqsədi nədir?

Mərkəzi Bankın tədiyyə balansı ilə bağlı hesabatlılığı şəffaflıq baxımından "2"yə layiqdi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG