Keçid linkləri

Təcili xəbərlər

Dini məzhəbə gürcü yanaşması


Gürcü ortodoks dindarlar erməniləri sevmirlər. Qatı dindar olan Gürcü dostum deyir ki, ermənilərin qriqoriyan məssəbi ümumiyyətlə xrisiançılığa küfrdür.

Deyir ki, ermənilər İsusu (İsanı) tam ilahi varlıq sayırlar. Bu isə o deməkdir ki, çarmıxa çəkilmiş İsa ilahi varlıq olaraq heç bir əzab çəkməyib...

Deyir ki, ermənilər İsusu (İsanı) tam ilahi varlıq sayırlar. Bu isə o deməkdir ki, çarmıxa çəkilmiş İsa ilahi varlıq olaraq heç bir əzab çəkməyib. Halbuki, İsa bütün insanların günahlarını yumaq üçün onların əzablarını özü çəkməyə, onların ruhunu bununla xilas etməyə nail olub. İlahi varlıq olsaydı əzabları hiss etməzdi və bütün deyilənlər yalan olardı. Provoslavlar hesab edir ki, İsa həm dünyəvi, həm də ilahi varlıqdır.

Ortodox xristianlarlar İsanın doğumunu bir gün, katolik və protestantlar tamam başqa gün qeyd edirlər. İsanın zühuru və Pasxada da eynilə. Nə az, nə çox, 13 gün fərq var.

Hələ başqa ehkamları hərəsinin bir ayrı cür anladığını demirəm.

Kitablar da çox. İslamdakı kimi 1 kitab yox, elə 4 dənə Yevangeliya var. Həm də bunlar səma kitabları kimi elan olunmayıblar. Nə isə...

... kimsə Ramazan bayramına 1 gün tez, o biri bir gün gec başladı, və sairə. Camaat eyni şəxsin doğum və zühur gününü 13 gün fərqlə qeyd edir.

İndi bizdə başlayıblar ki, kimsə Ramazan bayramına 1 gün tez, o biri bir gün gec başladı, və sairə. Camaat eyni şəxsin doğum və zühur gününü 13 gün fərqlə qeyd edir. Siz deyirsiz 1 gün.

Ümumiyyətlə, məhzəblər arasındakı fərq çox vaxt dinlər arası fərqdən daha dərin olur. Məsələn, götürək elə Suriya ələvilərini. Onların inancına görə də Məhəmməd c.a. peyğəmbərdir. Amma Əli allahdır.

Elə bu fərqlərə görə onları Ərəbistanda həmişə qanun dışı elan ediblər. Başları bəlalar çəkib.
İŞİD-ə imkan versəydilər onların hamısını qıracaqdı. 21-ci əsrin dəhşətli genosidi olacaqdı.

Məhzəblər arası fərqlilik, çəkişmə, bir-birini bəyənməmək qaçılmazdır. Dindarlar bir-birinə həmişə şübhəynən, incik baxacaqlar.

Konfliktlərdən qaçmanın bircə yolu var.

Gürcü dindarlığında ən çox müsbət sayılan şey odur ki, onların dini Nazaret, Yerusəlim, İordan çayı, Konistantinopoldan yüz dəfələrlə artıq məhz gürcü torpağı saydıqları ərazilərlə bağlıdır.

Gürcü dindarlığında ən çox müsbət sayılan şey odur ki, onların dini Nazaret, Yerusəlim, İordan çayı, Konistantinopoldan yüz dəfələrlə artıq məhz gürcü torpağı saydıqları ərazilərlə bağlıdır. Əksər dini rəvayətləri, dini məzmunla bulaşmış hekayələri ölkənin daşı, torpağı, tarixi, insanları, binalarıyla bağlıdır. Adama təlqin edirlər ki, buranın dağları da, çayları da, bulaqları və tarixi insanları da ilahi ruha bulaşıblar. Elə bil Məkkələri də, Mədinələri də, Kərbəla və Məhşədləri də elə Gürcüstandır.

Bəlkə də elə birləşdirici dəyərləri də budur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG