Keçid linkləri

Təcili xəbərlər

Borc artır, gəlir azalır...


Azərbaycanın dövlət borcu aprel ayının 1-nə 11,1 mlrd. dollara çatıb, 2017-ci dövlət büdcəmiz 10 mlrd. dollardır, yəni artıq dövlətin birbaşa borcu büdcədən artıqdır. Bu borcların əsas hissəsi, yəni 58%-i 10 illik müddətə götürülüb, intensiv qaytarılması 2020-dən sonra olacaq. Bu hələ birbaşa sırf dövlət borcudur, dövlət zəmanəti ilə alınan borclar da var: SOCAR, ABB-ı, AZAL, Azərsu, Kaspar, Azərenerji, Dəmir Yolları və s. - bunların toplam borcu 13-14 mlrd. dollardır, əksəriyyətinin də vaxtı dolur-dolacaq. Heç bir dövlət şirkətinin də öz pulu yoxdur ki, borcları qaytarsın, ABB-la vəziyyəti gördünüz, 2,2 mlrd. borc qaldı dövlətin boynunda (Bankın borcu 3,2 mlrd. dollardır, amma bunun 1 mlrd. dolları Neft Fondunadır, yəni 1 mlrd. artıq batıb).

Yəni yaxın 2-3 ildə həm borclar artacaq, həm də hər il ödənilməli olan məbləğ çoxalacaq.

Bu il büdcənin 14%-ni borca yönəltməli olduq, çox böyük rəqəmdir, 2020-ci ildən sonra büdcənin 25-30%-ni borca verməli olacağıq. 2020-də ölkənin gəliri də ciddi azalacaq, neftin hasilatı düşəcək, qaz gəlirinin isə xərci-borcunu ödəməyəcək.

Cəmi 2-3 ildən sonra məmləkətdə bu boyda problemlərin altına girmək siyasətçilərdə sağlam ürək, dəmir kimi də başqa orqanlar istəyəcək, camaat kasıblaşacaq, qəzəbli olacaq, tez dəyişiklik istəyəcək, yaxşılaşma isə zaman alacaq, bu gün dözən xalq o zaman sürə tanımayacaq, dözməyəcək - əsl "konsert" o vaxt başlayacaq.

Bu 2-3 ili də günə versək, itirsək məmləkət üçün çox ağır və qaranlıq dövr başlayacaq. Vəziyyət budur, istəyirsiniz yaltaqlanın, istəyirsən yaltaqlığı ləğv edin - bunun heç bir əhəmiyyəti olmayacaq....

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG