Xalqımızın toy kimi adəti vardır". (c)
El arasında insanların bir-birinə ən çox dediyi sözlərdən biri, "Allah hamıya övlad toyu görmək qismət eləsin", duası-istəyidir. Doğrudan da ən böyük arzulardan biri oğul-qız toyu görmək, övladının şad günündə iştirak etməkdir. Amma toy artıq çəkilməz yükə, israfçılığın pik nöqtəsinə çevrilir.
Bizim kimi qapalı, özünüifadə məhdudiyyətləri, birja, qiymətli kağızlar bazarı, rəqəbət və ədalət olmayan cəmiyyətlərdə toy (elə yas da, qəbr daşı da) insanın status göstəricisinə, ifadə formasına çevrilib.
Bizim kimi qapalı, özünüifadə məhdudiyyətləri, birja, qiymətli kağızlar bazarı, rəqəbət və ədalət olmayan cəmiyyətlərdə toy (elə yas da, qəbr daşı da) insanın status göstəricisinə, ifadə formasına çevrilib. Varlılar da, kasıblar da məhz toy məsələsində qənaət etmək, rasional düşünmək istəmir.
Devalvasiya da bir dərd olub, manatın güclü vaxtlarında bütün insanlar 100 manat əvəzinə toya 100 dollar salırdılar ki, 22 manat qənaət etsinlər, toya salınan pul isə, sanki, namus borcu hesab olunur, hamı geri qaytarmağı özünün boynunun borcu bilir, 3 il əvvəl toyuna 100 dollar alan, bu gün 100 dollar qaytaranda artıq 170 manatından keçməli olur, 92 manat artıq ödəyir. Ayda 2-3 toya dəvət alan vətəndaş artıq ciddi yük altına düşür, borca girir, evinə xərcləməli olduğu vəsaitə qənaət edir, amma borclu qalmaq istəmir.
Kasıblıqdan toya gedə bilməyəni qohum-qonşu qınayır ki, bəs filankəs sənin övladının toyuna gəlmişdi, pul salmışdı, sən mütləq getməli idin, beləliklə, başqa yerdə olmayan "içtimai qınaq" bu dəfə özünü göstərir.
Halbuki, hamı korrupsiyadan gileylənsə də, bu sahədə ciddi içtimai qınaq tələb olunsa da, istənilən toyda yuxarı başa məhz məmurlar, ya da korrupsiyaya bulaşmış rəislər dəvət alır.
Anlayıram ki, birdən-birə bu "toy adətindən" imtina etmək çətindir, amma toya pul yazılmaq, toy masasını status indikatoruna çevirmək də, ən azı, doğru deyil. Addım-addım bundan imtina etmək, nümunələr göstərmək lazımdır.
Bu "toy biznesi", əsasən, Şadlıq Evi sahiblərinə - elə həmin məmurlara xeyir verir, amma açığı, minlərlə də birbaşa, ya da dolayı iş yeri yaradır. Anlayıram ki, birdən-birə bu "toy adətindən" imtina etmək çətindir, amma toya pul yazılmaq, toy masasını status indikatoruna çevirmək də, ən azı, doğru deyil. Addım-addım bundan imtina etmək, nümunələr göstərmək lazımdır.
Toyun özü bir dərd, amma "ailə dəyərləri" adı altında gənclərin evlənməklərinə qarışmaqdan, ailə həyatına müdaxiləyə qədər, xanımların hüquqlarını tapdamaqdan, ailələrin sağlamlağına qədər böyük problemlər var.
Rəsmi statistika: 1 iyun 2015-ci il - 30 iyun 2017-cı il tarixində ailə qurmaq üçün 291 431 nəfər müayinələrdən keçib, bu şəxslərdən 12036 nəfəri talassemiya daşiyıcısı, 1143 nəfərdə sifilis, 209 nəfərdə QİÇS (SPİD) aşkarlanıb. Dəhşətli statistikadır.
Ailə quranların fiziki sağlamlığı bir qırağa, psixoloji durumları da yaxşı deyil. Əhali kasıblaşdıqca, iş azaldıqca, xanımların təhsil problemi kişilərə nisbətən daha çox artdıqca, ailələrdə münasibətlər də kəskinləşir. Xanımlar iqtisadi cəhətdən daha çox asılı vəziyyətə düşür, bu da onların davranışına təsir edir.
Yəqin ki, hamımız küçədə, parkda, bulvarda öz kiçik yaşlı övladlarını kötəkləyən, acılayan, onlara qışqıran analar görmüsünüz. O xanımlar öz ərlərindən aldıqları iradları, ağrı-acını, söyüş-təhqiri, sadəcə övladlarından çıxırlar, elə stress atırlar, bu da uşaqlara psixoloji pis təsir edir, daha kompleksli və aqressiv nəsil yetişir.
Nə isə, çox uzun alındı, bu mövzu haqda silsilə yazılar yazacağam, problemin tam açılmasına ehtiyac var, qısası: Toy və ailə mədəniyyətinə tam yeni baxışa, yeni iqtisadi vəziyyətə görə bu sahənin təzimlənməsinə ciddi ehtiyac var. Belə....
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.