Keçid linkləri

Ən peşəkar hazırlanmış proqram və staretegiyalarla belə bəzən nəinki inkişaf etmiş iqtisadiyyat qurmaq, hətta ölkəni düşdüyü iqtisadi tənəzzüldən belə xilas olmaq mümkün olmur. Bu nə zaman olur və nədən belə olur?

...10 ən yaxşı nəşr sırasında yer alan "Dövlətlərin çöküşü" əsərində tarixi nümunələrlə bunun izahı aydın və peşəkar şəkildə əsaslandırılır.

Bu yaxınlarda Facebook-un yaradıcısının da oxumağı məsləhət gördüyü 10 ən yaxşı nəşr sırasında yer alan "Dövlətlərin çöküşü" əsərində tarixi nümunələrlə bunun izahı aydın və peşəkar şəkildə əsaslandırılır.

"Cəmiyyət iqtisadi baxımdan o zaman inkişaf imkanı qazanır ki, inkluziv - yəni hamının maraqlarına eyni dərəcədə ədalətlə yanaşan, plüralist siyasi təsisatlara sahib olur. Bunun əksi olan qurumlar kiçik bir qrupun və ya elitanın maraqlarına xidmət edən "istismarçı siyasi təsisatlar"dır. "İstismarçı siyasi təsisatlar" mövcud olduqda avtomatik olaraq "istismarçı iqtisadi sistemi" formalaşdırır. Əks halda həmin siyasi sistem öz ömrünü davam etdirə bilməz".

Müəlliflərin yanaşması budur ki, istismarçı siyasi təsisatların inkluziv iqtisadi sistem şəraitində mövcudluğu mümkünsüzdür, ona görə də həmin siyasi sistemdən plüralist və azad rəqbətə əsaslanan iqtisadi sistemin qurulacağını gözləmək əbəsdir. Siyasi təsisatlar inkluziv olmayanda siyasi güc adil şəkildə cəmiyyətin müxtəlif qrupları arasında payalışılmır, bu təsisatlar elitanın maraqları naminə sərhəd tanımadan istifadə edilir. Nümunə kimi Cənubi və Şimali Koreya göstərilir. Birincidə siyasi güc cəmiyyətin maraqlarına xidmət edir, ikincidə kiçik bir qrupun - nəticəsi isə göz qabağındadır. Sadə şimali koreyalının iqtisadi imkanı cənublunun cəmi 10%-ni təşkil edir. Dar çevrəli kommunist elitanın çıxarları üçün milyonlarla insan 10 illərdi yoxsulluq girdabında çabalayır.

"İstismarçı siyasi təsisatlar"ın inkluziv iqtisadi sistem qurmaq istiqamətində islahatlar aparması əsla mümkün deyil - əks halda onlar ...öz əlləri ilə öz təməllərini sarsıdacaqlarını düşünürlər.

"İstismarçı siyasi təsisatlar"ın inkluziv iqtisadi sistem qurmaq istiqamətində islahatlar aparması əsla mümkün deyil - əks halda onlar özləri üçün müxalif saydıqları siyasi gücə potensial olaraq imkan tanıya biləcək iqtisadi güc mərkəzlərini əlləri ilə bəsləmiş olacaqlarını, öz əlləri ilə öz təməllərini sarsıdacaqlarını düşünürlər. Tam əmindirlər ki, inkluziv iqtisadi sistem onların siyasi kontrolu tam itirməsi ilə sonuclanacaq.

Başqa bi nümunə kimi Konqo misal göstərilir. Qeyd olunur ki, 17-ci yüzilliyə qədər Krallıq kimi, 1960-cı ilədək Belçikanın koloniyası kimi mövcud olan bu ölkənin modern bir dövlət kimi varlığını davam etdirmək üçün hər cür imkanı vardı. Amma Josef Mobutunun 30 il ara vermədən davam etdirdiyi "istismarçı siyasi yönətim" bu şansları cəmiyyətin əlindən aldı. Mobutu və onun başında durduğu elita cəmiyyətin bütün sərvətlərinə sahib çıxaraq öz həmvətənlərini tam yoxsullaşdırmışdılar. Mobutu hətta hava limanına getmədən, öz bahalı sarayında inşa etdirdiyi nəhəng meydançadan yüksəksürətli təyyarəsi ilə uçuş edə bilirdi. Bunun üçün Air France-dan Concord Jet-i belə kirayələmişdi.

Mobutu bu qədər sərvəti özünə və elitasına deyil, toplumuna qazandırsaydı, ölkəsi son dərəcə zəngin olsaydı, özü də zəngin bir toplumun lideri kimi hazırda sahib olduqlarından daha ötəsinə sahib ola bilməzdimi? Cavab "xeyr"dir.

Müəlllif sual verir: Mobutu bu qədər sərvəti özünə və elitasına deyil, toplumuna qazandırsaydı, ölkəsi son dərəcə zəngin olsaydı, özü də zəngin bir toplumun lideri kimi hazırda sahib olduqlarından daha ötəsinə sahib ola bilməzdimi? Cavab "xeyr"dir. Çünki inkluziv iqtisadi sistemdə kiçik bir qrupun maraqlarına xidmət edən "istismarçı" yaxud "təkəlçi" siyasi-iqtisadi sistemin mövcudluğu və ədalətsiz zənginləşmə imkanı dərhal aradan qalxır.

Suallardan biri budur: konqolular qənaət etdikləri hətta az məbləğdə paradan bir qədər qabaqcıl texnologiyalara vəsait sərf edərək kənd təsərrüfatında məhsuldarlığı artırmaqla daha çox qazanc əldə bilməzdilərmi? Cavab yenə "xeyr"dir. Çünki elə sistem qurmuşdu ki, elitanın əli dara düşən kimi onsuz da insanların əllərində-ovuclarında olanları dartıb ala bilirdi. Hələ krallıq dövründə insanlar yağmaçıların gözündən uzaq düşmək üçün öz işlərini bazarlardan və yollardan daha uzaq məkanlarda görməyə çalışırdılar....

Müəlliflər burda artıq istismarçı sistemin həm də mülkiyyət və sərvətin təhlükəszliyinə ciddi problem olduğuna işarə vururlar...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG