Keçid linkləri

Təcili xəbərlər

İnformasiya, xəbər və hakimiyyət


Xəbərləşmə, informasiya ötürülməsi insanlığın ilk kəşflərindən biridir. Qədim Yunanıstanda şəhərlər və kəndlər arasında xəbərləşmə, təhlükələr və bayram şənlikləri haqqında informasiya ötürmək üçün tonqallardan istifadə edilirdi. Tonqalların sayı, çıxan tüstünün rənği özündə informasiya daşıyırdı. Bizim mənəvi istinad yerlərimizdən biri olan "Dədə Qorqud" əsərində də tonqalların informasiya daşıyıcısı olduğu qeyd edilib.

İlk tonqal "messengerdən" teleqraf və telefona qədər, təqribən, 5000 il keçdi, 19-cu əsrin ortalarından sonra teleqraf və telefon yarandı.

Teleqrafın yaranması hərbi ehtiyaclardan doğdu, ümumiyyətlə, yeni texnologiyaların yaranması 20-ci əsrin sonuna qədər, əsasən, hərbi üstünlük qazanılması ehtiyacından doğurdu. Maraqlıdır ki, teleqrafın ilk geniş istifadəsi ABŞ-da Vətəndaş müharibəsində baş vetdi, sonradan yayılmağa başladı.

Cəmi 80-90 il sonra yerin ilk süni peykləri yarandı, informasiyanın ötürülməsi sürətləndi. 19-cu əsrdə heç kimin ağlına gəlməzdi ki, artıq 20-ci əsrin ortalarında TV kəşv olunacaq, canlı yayımla informasiya online rejimdə minlərlə km məsafəyə ötürüləcək. Çünki, tonqaldan teleqrafa keçməyə 5000 il zaman lazım oldu, amma teleqrafdan sputnik rabitəsinə keçid üçün cəmi 90 il bəs etdi.

İnternetin kəşfi və geniş yayılması, sosial şəbəkələrin popularlığı isə xəbər və informasiya ötürülməsini fantastik hədlərə, kosmik sürətlərə çatdırdı.

Cəmi 150 il öncə Avropadan ABŞ-a məktub, şəkil, məlumat, ən yaxşı halda, hava yaxşı olanda, gəmilər gecikməyəndə 30-40 günə çatırdı, bu gün isə məktub, xəbər saniyənin onda-birinə çatır.

Sosial media və internet məlumat ötürülməsini, xəbərləşməni o qədər sürətləndirdi ki, ənənəvi media artıq tənəzzül dövrünə qədəm qoydu. "Vətəndaş jurnalistikası" anlayışı yarandı və oturuşdu. Ağıllı hökumətlər bu fenomeni nəzərə almağa, sosial mediayaya önəm verməyə, böyük yayım şirkətləri, TV-lər, agentliklər sosial medianı effektiv istifadə etməyə başladılar. Bu da həm xəbər və informasiyanın operativ çatdırılmasına, həm də reklam bazarından daha çox pay almağa səbəb oldu. Təsadüfi deyil ki, son 30 ildə internet reklam bazarı 100 min dəfədən çox artıb.

Bizim hökumət isə hələ də "tonqal" əsrindədir, hələ də informasiya ötürülməsini "tonqal qalamaq" kimi qavrayır, əlində qələm deyil də, "kibrit" tutanları ələ aımaq, onları nəzarətdə saxlamaq istəyir - səhv, hətta iqtisadi cəhətdən səmərəsiz yanaşmadır. Yazısını öz saytında, qəzetində gündə cəmi 17 nəfərin oxuduğu birinə 170 minlik ev verir - məntiqsizlikdir, ictimai fikrə, cəmiyyətə təsiri olmayan kimilərisə niyə ələ alasan ki?! Ümumiyyətlə, sosial media dövründə nədən bunu etməyə çalışasan ki?! O məntiqlə hökumət gərək Marka ev yox bina versin ki, onun vasitəsi ilə ictimai rəy yaratmağa nail olsun.

Nə isə, nə bəşəriyyətin, nə də texnologiyaların inkişafı tarixindən dərs çıxarda bilməyən hökumətimiz, sistemimiz var...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG