Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan və Gürcüstan - sistem fərqi


Rəsmi rəqəmlərin dili ilə:

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 365,5 mln. dollar olub. Hesabat dövründə Azərbaycan Gürcüstandan 81,5 mln. dollar məbləğində məhsul idxal etdiyi halda, Azərbaycanın Gürcüstana ixracı 283,9 mln. dollar dəyərində olub.

İlk baxışdan insan fərəhlənir, qürurlanır, amma gəlin ölkələrin bir-birlərinə ixrac etdikləri malların strukturuna baxaq:

İlk baxışdan insan fərəhlənir, qürurlanır, amma gəlin ölkələrin bir-birlərinə ixrac etdikləri malların strukturuna baxaq:

Gürcüstan 81,5 mln. dollarlıq bizə mal ixrac edib, tərkibi: 10,5 mln. dollarlıq dərman vasitələri, 4,9 mln dollarlıq kartof, 2,5 mln. dollarlıq şərab, 300 min dollarlıq mineral su, 2 mln. dollara yaxın meyvələr və s. ixrac olunub.

Azərbaycan Gürcüstana 283,9 mln. dollarlıq ixracat edib, tərkibi: Qaz və digər qaz halında karbohidrogenlər - 160 mln. dollar, neft və neft məhsulları - 37,5 mln. dollar və elektrik enerjisi - 28,5 mln. dollar, bunların cəmi: 226 mln. dollar edir. Bundan əlavə 50 mln. dollara yaxın da Gürcüstan ərazisində həyata keçirilən iri layihələrə xammal və material ixrac olunub. Bir daha: Cəmi ixracatımız 283,9 mln. dollar, real iqtisadiyyatımızın ixracı isə 7,9 mln. dollar təşkil edir.

İstənilən qalstuklu müəllimi canlı yayımda sübut edə bilərəm ki, Gürcüstanın ixrac etdiyi 81,5 mln. dollarlıq məhsulun onların əhalisinə verdiyi xeyir, bizim 276 mln. dollarlıq xammal ixracatından daha çoxdur.

İstənilən qalstuklu müəllimi canlı yayımda sübut edə bilərəm ki, Gürcüstanın ixrac etdiyi 81,5 mln. dollarlıq məhsulun onların əhalisinə verdiyi xeyir, bizim 276 mln. dollarlıq xammal ixracatından daha çoxdur. Real iqtisadiyyat məhsulu olan həmin 81,5 mln. dollarlıq ixracat minlərlə insan arasında paylanıb, minlərlə insana multiplikativ effek sahəsində gəlir gətirib. Bizdə isə xammaldan gələn 276 mln. dollar dövlətin cibinə gedib, sonra da vəsaitin böyük bir hissəsi qeyri-effektiv və korrupsiya sxemləri ilə mənimsənilib, və ya, məsələn, Kislovodska, İsrailə investisiya şəklində qoyulub və kifayət qədər dar çərçivədə insanlara xeyir gətirib.

Bax belə, real iqtisadiyyat həmişə multiplikativ effet, xammal iqtisadiyyatı isə tək multfilm yaradır...

P.S. Vacib qeyd: Bu ilin ilk 6 ayı ərzində Gürcüstan iqtisadiyyatı 4,6% (ÜDM), xarici ticarət dövriyyəsi isə ötən illə müqayisədə 13,5% artıb, tək iyun ayında Gürcüstanda 4 474 müəssisə qeydiyyatdan keçib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 15,8% çoxdur.

Bizdə isə ilk 6 ayda iqtisadiyyat 1%-ə yaxın azalıb...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG