Keçid linkləri

Təcili xəbərlər

Dövlət maraqları


Dövlət müqəddəs varlıq deyil, dövlət institutdur, tarixən dövlətlətlərin yaranmasının öz məntiqi və qaydaları olub.

Dövlət o zaman effektiv institut olur ki, həmin dövlətdə vətəndaş olur. Vətəndaş öz vergisi və birbaşa, dolayısı ödənişləri ilə dövləti saxlayır, öz səlahiyyətlərinin bir qismini dövlətə verir.

Dövlət o zaman effektiv institut olur ki, həmin dövlətdə vətəndaş olur. Vətəndaş öz vergisi və birbaşa, dolayısı ödənişləri ilə dövləti saxlayır, öz səlahiyyətlərinin bir qismini dövlətə verir. Yəni, hərə özünə bir silah alıb təhlükəsizliyini müdafiə etməyə başlasa xaos yarana bilər, ortaq ağla və məntiqə görə vətəndaş dövlət adlanan instituta səlahiyyət verir ki, onu, mülkiyyətini, əsayişi dövlət qorusun, bunun əvəzində isə vətəndaş dövlətə pul versin.

Ya da, hərə əlinə bir alət alıb yol çəkə, körpü tikə bilməz, bu qeyri-effektiv olar, ona görə də, vətəndaş dövlətə pul verir ki, mənə yol çək, su çək, işıq-qaz çək, körpü tik, onların normal fəaliyyətini təmin elə.

Başqa misal, vətəndaş hərə öz övladına ayrıca təhsil verə, vətəndaş özü-özünü müalicə edə bilmir, bu çətindir, dövlətə pul verir ki, məktəb, xəstəxana tik, normal təhsil və tibb xidmət göstər.

Ya da, vətəndaş hərə öz evinin sərhəddini qorumaz, bu xarici düşmənə qarşı mənasız olar, vətəndaş özü orduya gedib qulluq edir, həm də pul verir ki, dövlət onu və sərhədlərini qorusun.

Misalları uzatmaq da olar, qısası budur ki, dövlət vətəndaşın pulu ilə, vətəndaşa xidmət edən institutdur, daha məmurlar üçün "müqəddəs inək" deyil ki, sağıb-dolansınlar.

Misalları uzatmaq da olar, qısası budur ki, dövlət vətəndaşın pulu ilə, vətəndaşa xidmət edən institutdur, daha məmurlar üçün "müqəddəs inək" deyil ki, sağıb-dolansınlar.

Tez-tez "dövlət maraqları" sözü eşidirik - nədir dövlət maraqları? Çox sadə izahı var - vətəndaşın marağının cəmi dövlət marağıdır. Vətəndaş dövlət marağının formalaşmasında seçki və vergi ilə iştirak etməlidir. Dövlətin marağı vətəndaşların çoxluğunun maraqlarını ifadə edən siyasi hakimiyyətin seçki yolu ilə formalaşmasından keçir.

Hər hansı bir ölkədə seçki yoxdursa dövlət marağı əvəzinə dövlətdə təmsil olunanların şəxsi maraqları mümkündür.

Nə qədər ki, vətənsaşın marağı təmsilçilik yolu ilə təmin edilməyib, bu ölkədə dövlət marağı yoxdur, ola da bilməz. Məhz buna görə də, hakimiyyət hökumətin tənqidini dövlət əlehinə addım kimi qiymətləndirir, çünki, hələ də dövlət və hökumət ayırımı yoxdur, çünki dövlət institutlaşmayıb.

Ona görə də 21-ci əsrdə ailə-klan, qohum-əqrada dövləti yaradılıb, tam şəxsi loyallıq üzərində qurulan feodal münasibətləri bərqərar olub. Feodalizmdə dövlət marağı ola bilməz, çünki vətəndaş olmur, vətəndaş olanda, dövlət də olacaq, dövlətin maraqları da.

Belə, düşünməyə həvəsi olanlar düşünsünlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG