Keçid linkləri

Təcili xəbərlər

Myanmarda nələr olur, niyə olur?!


Myanmarda son günlər müsəlmanlarla buddistlər arasında çıxan münaqişə, bu ölkədə müsəlmanların kütləvi qətli, dinindən asılı olmayaraq yaşanan insanlıq dramı gündəmə gəlir, amma ciddi müzakirə olunlur, səbəblər araşdırılmır, ölkədə də normal müzakirə ortamı, normal TV-lər yoxdur ki, heç olmasa belə mövzularda normal diskussiya eşidəsən. Hamı Türkiyənin ağzına baxır, onlarda da rasional düşüncə artıq bitib, ancaq emosional pafosdan başqa bir şey qalmayıb.

Çalışacağam ki, olan-bitənlər haqqında fikirlərimi bildirim, birlikdə düşünək, müzakirə edək ki, emosional tələyə düşməyək.

Çalışacağam ki, olan-bitənlər haqqında fikirlərimi bildirim, birlikdə düşünək, müzakirə edək ki, emosional tələyə düşməyək.

Myanmar uzun illər Çinin nəzarətində olan hərbi xunta vasitəsi ilə idarə olunurdu, bu gün də Çinin həmin ölkəyə ciddi təsirləri var. 1990-cı illərin əvvəlində məlum oldu ki, Myanmar dünyada ən çox neft-qaz, uran olan 20 ölkədən biridir, bir neçə il öncə Beynəlxalq Enerji Agentliyi elan etdi ki, Myanmar yaxın 30 ildə ən çox yeni neft-qaz yatağı kəşv ediləcək 5 ölkədən biri olacaq.

Artıq 2000 -2010-cu illərdə Çin Myanmara 14 mlrd. dollar sərmayə qoymuşdu.
Təbii ki, Qərb şirkətləri bu mənzərəyə seyrici qala bilməzdilər və yeni bir lider, xanım Aung San Suu Kyi ciddi PR olunmağa başlandı, Nobel mükafatı aldı, formal olaraq hakimiyyətə gəldi (hələ də ordu, polis, məhkəmə, dövlət orqanları, faktiki olaraq Çinin oyuncağı olan xuntanın əlindədir). Xanım San Suu Kyi keçən il neft-qaz yataqları ilə bağlı 25 yeni tender elan etdi və hamısını Avropa, ABŞ, Cənubi Koreya, Hindistan, Malaziya, İndoneziya şirkətləri qazandılar. (Yataqların adı, həcmi haqqında məlumatlarla, rəqəmlərlə sizləri yormaq istəmirəm, hamısı var internetdə)

Çin görəndəki Myanmarda yatırımları əldən çıxır, Qərb üstələməyə başlayır həmən öz xunta və buddist şəbəkəsi ilə dini qırğın saldı, Qərb şirkətlərini oradan uzaqlaşdırmaq üçün "qeyri-sabit" ölkə imici yaratmağa başladı.

Myanmarın qaz ehtiyatları 3-5 trilyon m3 civarındadır, illik neft hasilatı 1 mln.tondur, amma 3 mln. tona çıxa bilər.

Çin görəndəki Myanmarda yatırımları əldən çıxır, Qərb üstələməyə başlayır həmən öz xunta və buddist şəbəkəsi ilə dini qırğın saldı, Qərb şirkətlərini oradan uzaqlaşdırmaq üçün "qeyri-sabit" ölkə imici yaratmağa başladı.

Daha bir böyük siyasi hədəf isə odur ki, Çin öz xalqına və ətraf xalqları demokratiyanın pis bir şey olduğunu, seçkinin xaosa apardığını, demokrat xanım San Suu-nun isə əslində qaniçən cani olduğunu sübüt etməyə çalışır. Bu işdə Rusiya da ona yardım edir - Myanmarla bağlı Britaniyanın təklif etdiyi paketə BMT-də məhz Rusiya veto qoydu. Paketdə Myanmara BMT qoşunlarının getməsi də yer alırdı, Çin anlayır ki, ora Qərb ordusu BMT mandatı ilə gəlsə, bütün ölkə əlindən çıxacaq.

Çox təəssüf ki, bizdə də emosional şərhlər öndədir, məzlum əhalinin, insanların niyə qətl edildiyi, bunun arxasında nə dayandığı araşdırılmır.

Çox təəssüf ki, bizdə də emosional şərhlər öndədir, məzlum əhalinin, insanların niyə qətl edildiyi, bunun arxasında nə dayandığı araşdırılmır.

Təbii ki, nədəni nə olursa-olsun günahsız insanların qətl edilməsi bir faciədir, insanlıq dramıdır. Amma dünya buna susmur, Qərb mediası hər gün bundan yazır, sadəcə Çin bilərəkdən Şimali Koreyadakı "dəli oğlanı" oynadaraq dünyanın diqqətini məhz bu problemdən - Myanmarda müsəlmanların qətlindən yayındırmağa çalışır.

Myanmarda baş verənlər Çin kimi, Rusiya kimi dövlətlərin, Qərbin böyük şirkətlərinin nə qədər acımasız, qansız, insanlıq düşməni olduğunu bir daha üzə çıxardı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG