Keçid linkləri

Təcili xəbərlər

Ziya(lı)nın yarısından qayıtmaq da xeyirdi


Ziyalı anlayışı (intellegensiya) Rusiya imperiyasının, sonra da SSRİ-nin yaratdığı, zaman-zaman neqativ, bəzən də pozitiv anlamda istifadə edilən anlayışdı. Qərb dünyasında belə bir anlayış yoxdur, amma daha vacib bir tanımlama var - intellektuallar.

Rusiya imperiyası ziyalı anlayışını ədəbiyyat səviyyəsinə saldı, ancaq yazıçı, şairləri bu kateqoriyaya aid edirdi. Amma, həm də o kəsimi dinləyir, oxuyur, hörmətlə yanaşırdı.

Rusiya imperiyası ziyalı anlayışını ədəbiyyat səviyyəsinə saldı, ancaq yazıçı, şairləri bu kateqoriyaya aid edirdi. Amma, həm də o kəsimi dinləyir, oxuyur, hörmətlə yanaşırdı.

Bolşevik Rusiyasının ilk illərində "ziyalı" qavramı "anti-inqilabçı ünsür" yanaşması ilə eyni idi. Sonradan bolşeviklər anladılar ki, yeni istinad və təbliğat mənbəyi, xalqa mesaj ötürmə aləti kimi ziyalı təbəqəsi çox vacibdir. Bolşeviklər dinə qarşı mübarizəyə qalxdılar, kilsələr, senaqoqlar, məscidlər dağıdıldı, din adamları sinfi düşmən elan edildilər, ciddi bir mənəvi avtoritet boşluğu yarandı. Həmin o boşluğu ziyalı təbəqəsi ilə doldurmağa başladılar.

Cəmiyyətdə "mənəvi səs" (moral voice) rolu ziyalıya yükləndi, hakimiyyətin yanında olaraq təbliğata xidmət edənlər təltif edildilər, maddi üstünlüklər qazandılar.

Sovet "ziyalı" qavramı və yanaşması intellektual çevrəni məhv etdi, əslində sovetlərdə dissident hərəkatı da SSRİ-nin "ziyalı" siyasətindən doğdu, intellektualların hərəkatı oldu.

SSRİ dağılsa da, keçmiş respublikaların əksəriyyətində "sovet ziyalı konsepsiyası" davam edir. Əsasən, yazıçı, şair, mədəniyyət adamları müxtəlif birliklər şəklində hər yerdə "saraya", sistemə xidmət etməkdə davam edirlər.

Müstəqillikdən üzü bəri bu sistem ziyalılardan rupor kimi istifadə edib. Amma son günlər ilk dəfədir ki, ziyalılarla hakimiyyətin bir qolu arasında konflikt yaşanır, açıq publik "müharibə" gedir.

Azərbaycanda SSRİ dönəmində dissident hərəkatı çox zəif olub, şərq təfəkkürü isə həmişə "saray şairi" obrazını önə çəkib. Müstəqillikdən üzü bəri bu sistem ziyalılardan rupor kimi istifadə edib. Amma son günlər ilk dəfədir ki, ziyalılarla hakimiyyətin bir qolu arasında konflikt yaşanır, açıq publik "müharibə" gedir. Səbəbləri çox banal da ola bilər, amma faktın özü maraqlıdır.

Bizim ölkəyə məhz intellektuallar lazımdır, ziyalılarımız da ziyanın yarısından qayıtsalar, haqqın, ədalətin yanında olsalar sovet ziyalısından intellektuallara çevrilə bilərlər. Bu şansı qaçırsalar, elə "orden-medallı" sistemdaxili zilalı kimi bu dünyadan köçəcəklər.

Belə, düşünməyə həvəsi olanlar düşünsünlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG