Keçid linkləri

Təcili xəbərlər

Separatçılığa iki fərqli yanaşma


Seperatçı Cənubi Osetiya əhalisi Gürcüstan dövlətinin təmin etdiyi publik tibbi sığortasından istifadə hüquqlarına malikdirlər.

Ğürcü dostum deyir ki, hətta bir çox hallarda onlar daha böyük imtiyazlardan istifadə edirlər. Və buna narazılıq edənlər var ki, bu separatçılara niyə belə imkanlar verirsiniz. Osetiyadan gəlib bu imtiyazlarından istifadə edənlər də var - deyir dostum.

Ümumiyyətlə, gürcü rəsmiləri də, mətbuat da abxaz və osetinləri düşmən kimi təqdim etmirlər. Siyasiləri, düşmənçilik salanları və təbii ki, Rusiyanı günahlandırırlar, əsasən.

Ümumiyyətlə, gürcü rəsmiləri də, mətbuat da abxaz və osetinləri düşmən kimi təqdim etmirlər. Siyasiləri, düşmənçilik salanları və təbii ki, Rusiyanı günahlandırırlar, əsasən. Hətta öz səhvlərini də saya bilirlər. Biz bunu etmədik, belə etdik və s.

Yəni bu orta gürcü mövqeyidir, bugünkü. Dostuq, qardaşıq deyirlər. Eşitməmişəm ki, kiməsə aşağılayıcı anlamda abxaz və ya osetin damğası vursunlar.

Zarafatla, meqrel, svan, hətta erməni dediklərini eşitmişəm. Tatar-filan da deyirlər, güman ki. Amma mətbuatda yox. Amma əmindirlər ki, imkan olan kimi gürcü ordusu bu ərazilərdə Gürcüstanın suverenliyini təmin edəcəkdir.

Bizdə acığını çıxan o birinin qanında erməni izi axtarır. Ermənilər bizim əzəli düşmənimizdir kimi bəyanatlar səsləndirirlər. Televiziyalarda, qəzetlərdə, kitablarda. Bunu yüksək çinli rəsmilər deyir.
Siyasi partiyalar, Qafqaz Müsəlmanları İdarəsi, Yazıçılar Birliyindən tutmuş məktəb direktorunadək.

Bəlli dərəcədə anlaşılandır. Erməni işğalı, müharibə, qan, qaçqınlar, itkilər. Ermənilər də eyni təbliğatı aparırlar. Amma bu onlar üçün tam sərfəli...

Bəlli dərəcədə anlaşılandır. Erməni işğalı, müharibə, qan, qaçqınlar, itkilər. Ermənilər də eyni təbliğatı aparırlar. Amma bu onlar üçün tam sərfəli. Onlar deyir biz birlikdə yaşayammarıq. Boşanırıq.

Sərkisyan da, digər erməni mənbələri də seperatçılığa haqq qazandırmağa çalışarkən bizim bütün ermənilərə düşmən kimi yanaşdığımızı önə çəkirlər.

Ermənilərə addımbaşı nifrət ifadə etməyimizin başqa, daxili ilhamlandırıcıları da var. Öz millətinə sədaqət və xidmət göstərisi kimi.

Məsələn, Əhəd Abiyev bir rayonu aşağı-yuxarı minib-çapır, miskin günə qoyur. Sonra da erməni bayrağı şəklinə hücum edib dağıdır. Həmin minib-çapdıqlarına sədaqət və xidmət göstərisi kimi.

Yaxud, başqası qaçqınlara ayrılan nə var hamısını mənimsəyib yerbəyer edir, sonra hər şeyin günahkarı ermənidir deyib boğazını yırtır.

Yaxud, başqası qaçqınlara ayrılan nə var hamısını mənimsəyib yerbəyer edir, sonra hər şeyin günahkarı ermənidir deyib boğazını yırtır.

Başqa birisi ətrafında baş verən oğurluq, haqsızlıqlar kimi "ümumi düşmənlər" barədə danışmaq riskini anlayaraq risksiz temada "millət sevgisi" izhar etməli olur.

Beləcə dəyirman fırlanır-fırlanır, və sonda bəlli olur ki, bu dəyirman elə ermənilərə ötürürmüş unun çoxunu.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG