Keçid linkləri

Təcili xəbərlər

Yeni neft müqaviləsinin texniki və iqtisadi detalları: ancaq faktlar


  • Yeni müqaviləyə kapital qoyuluşu 40 mlrd. dollar olacaq, bunun 10 mlrd. dolları Azərbaycanın payına düşür,
  • Yeni müqavilə 2018-dən işə düşəcək, ilk neft 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlində olacaq, deməli biz yaxın 4 ildə həmin 10 mlrd. dollar olan öz payımızı maliyyələşdirməlik. Ya borc artacaq, ya Neft Fondundan bu vəsait götürüləcək,
  • Yeni müqavilə işə düşənə qədər ölkədə neft hasilatı hər il, ortalama, 10% azalacaq, 2022-ci ildə, ən yaxşı halda günə 400-450 min barel neft hasil olunacaq. Yəni, qiymət aşağı, hasilatın da azalması dövrü olan yaxın 4-5 ildə valyuta gəlirləri kəskin azalacaq,
  • Yeni müqavilə ilə hasılat başlayanda artım olmayacaq, sadəcə azalmanın qarşı alınacaq, hasilat günə 500 min barel civarında sabitləşəcək, qısası, bu gün olan hasilatdan 20% aşağı neft çıxaracağıq,
  • Ölkəyə verilən 3,3 mlrd. dollarlıq bonus birdəfəyə verilməyəcək, bir neçə il hissə-hissə ödəniləcək,
  • Yeni müqavilə hasilatın maya dəyərini xeyli artıracaq, bir barel neftin hasilat (əməliyyat) xərcləri 18-19 dollar civarında olacaq. Yəni, neft, hətta 70-80 dollara qalxsa belə, hasilatın az, maya dəyərinin yüksək olması rentabelliyi və qazancı azaldacaq,
  • Hasilatın pay bölgüsü (75% Azərbaycan, 25% digər şirkətlər) yaxşıdır, amma qoyulan vəsait tam çıxandan sonra bu formul işlək olacaq,
  • Qoyulan vəsatin çıxması qiymətdən asılı olaraq 8-12 il arası çəkəcək, qiymət baha olsa 8 ilə, 45-50 dollar olsa 12 ilə baş verəcək,
  • Yeni müqavilədə də səmt qazı ölkəyə pulsuz veriləcək,
  • Əgər müqavilə dövründə neftin ortalama qiyməti 75 dollar olsa, ölkəyə əlavə 140 mlrd. dollar (32 ilə, yəni ilə cəmi 4-4,5 mlrd. dollar) vəsait daxil olacaq. İdarəetmə sistemi dəyişməsə, nəzarət mexanizmləri işləməsə bu vəsait də ilk müqavilədən gələn 130 mlrd. dollar kimi, ancaq kəmiyyət dəyişikliklərinə səbəb olacaq, keyfiyyət dəyişikliyi baş verməyəcək, ölkə bir növbəti mərhələ keçə bilməyəcək, bu vəsait də, əsasən, korrupsiyanın qurbanı olacaq. Daha vacibi, əhali artır, tələblər artır, borcumuz artır, neftdən gələn pul ehtiyacların heç 25%-ni belə qarşılamayacaq.
  • Nəhayət vacib qeyd: Yeni müqaviləyə ən böyük təhdid dünyada baş verən texnoloji inqilabdır. Dünya nəinki post-neft, hətta post-industrial dövrünü yaşaylr. Bütün ümidini yenə neftə-qaza bağlayan hökumətlər və dövlətlər yaxın 10 ildə dünyanın ən geridəqalmış ölkələrinə çevriləcəklər. Belə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG