Keçid linkləri

Dünyanı yenə "müstəqillik" eyforiyası bürüyüb, irili-xırdalı xalqlar, etnik qruplar 21-ci əsrdə "suverenlik paradında" növbəyə düzülüblər.

Bu gün Kataloniyada referendumdur, rəsmi Madridin etirazına, müqavimətinə baxmayaraq yerli hökumət (bəli, Kataloniyanın öz parlamenti, öz hökuməti, öz bələdiyyələri artıq var) referendumda israr edir.

Mən də sual verdim ki, ayrıca dövlət olsanız öz polisinizə, öz ordunuza, öz məhkəmə sisteminizə, öz təhlükəsizlik xidmətlərinizə, xaricdə açacağınız səfirlik, konsulluqlara (indi bu xərcləri mərkəzi hökumət ödəyir) nə qədər pul xərcləməli olacaqsınız?

Bir neçə il öncə Barselonada olarkən yerli hökumətin nazirləri, yüksək vəzifəli məmurları ilə söhbətim oldu. Əksəriyyəti Kataloniyanın müstəqil olması tərəfdarı idi, səbəbini soruşanda dedilər ki, biz mərkəzi hökumətə daha çox vergi veririk, yəni mərkəzə verdiyimiz, İspaniya büdcəsindən aldığımızdan çoxdur. Mən də sual verdim ki, ayrıca dövlət olsanız öz polisinizə, öz ordunuza, öz məhkəmə sisteminizə, öz təhlükəsizlik xidmətlərinizə, xaricdə açacağınız səfirlik, konsulluqlara (indi bu xərcləri mərkəzi hökumət ödəyir) nə qədər pul xərcləməli olacaqsınız? Nazirlərdən biri duruxdu, çox güman belə sual gözləmirdi, detallı cavabdansa pafosla, "vətən-millət-azadlıq" havasına girdi. Mən dinlədikdən sonra dedim ki, Katalon bölgəsinin qazancı, əsasən, iki sahədəndir - turizm və dəniz limanına bağlı logistika. Əgər Madridlə gərginlik artsa, Barselona və digər şəhərlərinizdə qeyri-sabitlik olsa, təhlükəsizlik zəifləsə bura turist daha az gələcək, hələ bir İspaniya hökuməti viza və digər hüquqi prosedurları önə çəkib Katalon bölgəsinə səyahət yasağı gətirsə, turist sayı dəfələrlə azalacaq. İkinci böyük gəlir yeriniz limandır, logistikadır, sizin limana gələn yüklərin 90%-i İspaniyanın digər bölgələri və digər AB ölkələri üçün nəzərdə tutulub, əgər İspaniya hökuməti sizə yaxın digər bölgələrdə, sahildə olan limanlarını inkişaf etdirib yükləri ora yönəltsə, limandan və daşımacılıqdan gələn gəlirininiz də dəfələrlə azalacaq. Əhalinizin də 70%-ə yaxını bir-başa, və ya dolayısı ilə bu iki sektorda çalışır, bəs işsiz qalan insanlara nə cavab verəcəksiniz? Onlara pafos yedizdirəcəksiniz? Lap tutalım müstəqil oldunuz, yenidən AB üzvlüyə müraciət edəcəksiniz, o zaman AB qaydalarını qəbul edəcəksiniz, indi də həmin qaydalar, maliyyə və təhlükəsizlik qaydaları işləyir, o zaman nə dəyişəcək ki?!

Bir neçə yüksək çinli Katalon məmuru bu suallara cavab verə bilmədilər, ancaq "vətən-bayraq" deyib, pafoslu cümlələr qurdular. 21-ci əsrdə torpaq artıq çoxdan pafos predmeti olmamalı, ancaq fərdi hüquqi mülkiyyət məsələsinə çevrilməlidir.

Bir neçə yüksək çinli Katalon məmuru bu suallara cavab verə bilmədilər, ancaq "vətən-bayraq" deyib, pafoslu cümlələr qurdular.

21-ci əsrdə torpaq artıq çoxdan pafos predmeti olmamalı, ancaq fərdi hüquqi mülkiyyət məsələsinə çevrilməlidir. Yəni, sənin fərd olaraq torpağın, mənzilin, evin varsa, onun "kupçası" sənin adınadırsa, o torpaq sənindir. Qalan məsələlər məntiq, iqtisadi səmərə çərçivəsində, xalqın rifahı naminə həll edilməlidir.

Çox təəssüf ki, 21-ci əsrdə yenə etnik millətçilik, populizm, separatizm, pafos, insanların ülvi hissləri ilə oynamaq dəbə minib. Separatizmdən ən çox əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycan bu məsələlərdə həssas olmalıdır. "Kürdüstan" referendumuna etiraz edib, İran ərazisində etnik dövlət qurmağı arzulamaq, bunu dəstəkləmək absurddur, məntiqsizlikdir. Ya da, Kosovanın müstəqilliyini alqışlayaraq, "Kürdüstanın" müstəqillik addımlarını təhdid görmək qeyri-səmimi yanaşmadır.

21-ci əsrin yeni "ideologiyası" ancaq Rifah Dövlətinin qurulması, xalqın və cəmiyyətin Rifaha qovuşması olmalıdır. Əsas məsələ iqtisadi səmərə, bu səmərənin xalqa və topluma gətirəcəyi rifah yüksəlişidir.

İnkişaf və rifah fərqlidir, inkişaf - fiziki artım və dəyişiklikdir, rifah - keyfiyyət dəyişikliyi, məhz keyfiyyətdə bir üst səviyyəyə çıxmaqdır.

İnkişaf və rifah fərqlidir, inkişaf - fiziki artım və dəyişiklikdir, rifah - keyfiyyət dəyişikliyi, məhz keyfiyyətdə bir üst səviyyəyə çıxmaqdır.

Məsələn, bizdə fiziki inkişaf, kəmiyyət dəyişikliyi var (3500 məktəb tikilib, təmir edilib), amma keyfiyyət dəyişikliyi yoxdur, hətta təhsilin səviyyəsi daha da geri gedib.

Dünyada yayılan populust, pafosla dolu, insanların ülvi hisslərini istismar edən siyasətin və siyasətçilərin yerinə rifaha köklənən, təhsilə-elmə söykənən keyfiyyətli cəmiyyət qurulmasını təbliğ-təklif edən, bunun yollarını göstərən siyasi cərəyanlar almasa, bəşəriyyət növbəti böyük müharibələrə doğru gedəcək. Bu dəfə həlak olanları sayı yüzmilyonlarla ola bilər. Düşünün xanımlar və cənablar, övladlarınızın gələcəyi üçün düşünün....

P.S. Səslənə biləcək "arqumentə" həmən cavab verim: Bizim müstəqillik mücadiləmiz təbii idi, çünki 1920-də işğal olunmuşduq, ADR kimi istinad nöqtəmiz var idi. ADR olmasaydı, bu gün müstəqil dövlət ola bilməzdik.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG