Keçid linkləri

Təcili xəbərlər

Mersiz şəhər, sə(Y)lahiyyətsiz başçı


Azərbaycan Avropa Şurasına üzv olanda öz üzərinə könüllü olaraq (bir daha, könüllü) öhdəliklər götürmüşdü.

Öhdəliklərdən biri də mer seçkisi, Böyük Şəhər Bələdiyyələrinin yaradılması idi.

Bütün öhdəliklər kimi (texniki şərtlərdən başqa, məsələn biometrik pasport, maliyyə ödənişləri və s.) bu şərt də yerinə yetirilmədi. Tam tərsinə bələdiyyələr ölü doğulmuş orqan oldu, hakimiyyət bilərəkdən bu institutu "torpaqsatan" səviyyəəsinə saldı ki, yerli özünüidarərtmə fəlsəfəsi gözdən düşsün.

Bütün öhdəliklər kimi (texniki şərtlərdən başqa, məsələn biometrik pasport, maliyyə ödənişləri və s.) bu şərt də yerinə yetirilmədi. Tam tərsinə bələdiyyələr ölü doğulmuş orqan oldu, hakimiyyət bilərəkdən bu institutu "torpaqsatan" səviyyəəsinə saldı ki, yerli özünüidarərtmə fəlsəfəsi gözdən düşsün.

Bu sistem çox gözəl bilirdi ki, bircə dənə uğurlu, seçilmiş, iş görən, camaatın səsindən asılı olan kənd bələdiyyəsi olsa belə, bu çox "pis" örnək olacaq, insanlar seçib-seçilmək istəyəcək, seçici onun səsindən asılı olan orqanın olduğuna inanacaq. Bu isə indiki sistem üçün faciə olardı, məhz buna görə bələdiyyələri elə beşikdəcə boğdular, məzmunsuz bir quruma çevirdilər.

Böyük şəhərlərdə mer seçkisi isə, ümumiyyətlə sistemin oyun qaydalarına ziddir. Təsəvvür edin ki, 4 milyonluq Bakı özünə mer seçir, şəhər parlamenti və hökuməti qurulur və bu institutlar məhz təyinatlı deyil də, seçkili olur. O zaman bütün oyun qaydaları dəyişməli idi, ölkədə ən çox seçici səsi ilə seçilən ikinci post yaranardı.

Sual verə bilərsiniz ki, seçki var ki, "Pənahov-Kopperfild" qutudan Abutalıbovu çıxarda bilər, adı da seçki olar, amma hər şey belə sadə deyil, bu zaman bütün şəhər infrastrukturu yenidən qurulmalı, dövlət şirkətlərinin və nazirliklərin əl-ayağı yığışmalıdır. Bu isə məqbul deyil, indi təyinatlı, sistemin aktyor karyerasını məhv etdiyi "mer" var, şəhər infrastrukturuna 100 orqan baxır, kimin "fleşkası" kimin "kompyuterindədi", bilinmir. Beləcə mənasız idarəetmə qurulub, mənasız amma qazanclı və vətəndaş nəzarətindən tam uzaq - sistemə elə də bu lazımdı. Belə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG