Keçid linkləri

Azərbaycan hökumətinin Avropa Birliyi ilə müqaviləni bağlamaqdan qaçmasının 1 mühüm səbəbi var.

Yəni, milləti oyatmayın! Haqq-filan tələb etməsin! Nə seçki? Nə vətəndaş? Qoyun paramızı qazanaq.

Hakimiyyət Avropa Birliyinin insan haqları, demokratiya, azad seçkilərlə bağlı şərtlərinə yaxın durmaq istəmir.

Yəni, milləti oyatmayın! Haqq-filan tələb etməsin! Nə seçki? Nə vətəndaş? Qoyun paramızı qazanaq.

Vəssalam.

Ay Rusiyadan qorxur-filan. Bunlar oynamaq istəməyənin bəhanələridir.

Hakimiyyətin əl-ayağını yuyanlar da var ki, deyir guya biz bu müqaviləni bağlasaydıq iqtisadi zərər çəkəcəkdik. Guya ucuz Avropa Malları bazarımızı dolduracaqdı. Bizim mallar onlarla rəqabətə girə bilməyəcəkdi-filan.

Soruşmaq istəyirsən ki, ayə, hansı malları deersən?

Nə mal ürədirsən ki, Avropa ona rəqib olsun?

İqtisadçılar doğrusunu deyə bilərlər, təbii.

Azərbaycanda meyvə-tərəvəz ucuzdur avropadan. Yəni qapı açılsa avropa meyvə-tərəvəzi yox, Azərbaycanınkı girəcək bu bazara.

Gürcüstan belə sazişi bağladı. Oranın bazarında daha keyfiyyətli avropa malları çoxdur indi. Amma gürcülər də xeyli mal satırlar. Kənd təsərrüfatı. Hətta çaxır, xeyli. 1000 tonlarla üzüm aldılar gürcülərdən ötən il, bu il. Tanıdığım şəxslər bununla məşğul idilər.

Azərbaycanda meyvə-tərəvəz ucuzdur avropadan. Yəni qapı açılsa avropa meyvə-tərəvəzi yox, Azərbaycanınkı girəcək bu bazara. Hökumətimizin qabiliyyəti çatıb daha çox kvota alsa kənd təsərrüfatımız üçün yaxşı bazar olacaq.

Gürcüstanda bir fermer - balçı deyirdi ki, avropaya bal satacaqlar. İndi kvota azdır. Amma avropa Türkiyədən kəsib Gürcüstana verəcək. Onda daha çox satacaqlar. Üstəlik AB kənd tısərrüfatı üçün milyonlarla qrant və demək olar faizsiz kreditlər verir gürcü fermerlərinə.

Yalançı hökumətin yalançı mirzələrinə inanmayın.

Azərbaycan xalqı AB ilə sazişdən yayınmaqla yalnız uduzdu.

Hakim elitanın maraqları ilə xalqın maraqlarının bir-burinə zidd olduğu aydın nümunələrdən biri.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG