Keçid linkləri

Təcili xəbərlər

Dünyada fərdi kompüterlərin satışı xeyli azalıb


İllüstrasiya
İllüstrasiya

-

2015-ci ildə fərdi kompüterlərin qlobal satışında kəskin azalma olub

“IDC” analitik şirkətinin məlumatına əsasən, ötən il PC-lərin – fərdi kompüterlərin satışı 2014-cü illə müqayisədə 10.6 faiz azalaraq 276 milyon 200 minə düşüb. 2014-cü ildə 308 milyon ədəd PC satılmışdı.

2008-ci ildən bəri ilk dəfə 300 milyon ədəddən aşağı satış qeydə alınıb.

Analitiklər PC satışının azalmasını bir neçə səbəbə bağlayır, amma başlıca səbəb kimi smartfon və planşetlərə üstün diqqətin üzərində dayanırlar. İnsanlar həmin cihazlara daha çox maraq göstərirlər.

PC satışının azalmasında onların ömrünün uzanması da rol oynayır. İstifadəçilər fərdi kompüterlərini uzun müddət işlədir və nadir hallarda yeniləyirlər.

Analitiklərin fikrincə,daha bir səbəb də iri şirkətlərin bu sahəyə yatırımının azalmasıdır.

XS
SM
MD
LG