Keçid linkləri

Vahid Qazi

çərşənbə 26 İyul 2017

“Yalama” sənədli povestini axır ki, mən də oxudum. İstiqlal savaşımızdan danışır. Şərəfli tarixi olaydan bəhs edir.

Arif Əliyevin ”Yalama” kitabından qanadlanan konqlemerat fikirlər

“Yalama” sənədli povestini axır ki, mən də oxudum. İstiqlal savaşımızdan danışır. Şərəfli tarixi olaydan bəhs edir.

Arif Əliyev 96 il bizdən gizlədilən bir həqiqəti gün işığına çıxarıb. Elə bir həqiqəti tapıb ki, xəbər tutan hər vətənsevərin əti ürpəşir, fərəhdən ürəyi coşur, gözü yaşarır.

Arif Əliyev 96 il bizdən gizlədilən bir həqiqəti gün işığına çıxarıb. Elə bir həqiqəti tapıb ki, xəbər tutan hər vətənsevərin əti ürpəşir, fərəhdən ürəyi coşur, gözü yaşarır.

Həm də qəlbi sızlayır…

Arif bəyin tapıntısı bilirsən nəyə bənzəyir?

Təsəvvür elə, uzun illər səni inandırıblar ki, anadangəlmə sağalmaz xəstəliyin var. Sən də ömrün boyu uğursuzluqlarının səbəbini bunda görmüsən. Gün gəlir, sappasağlam olduğunu öyrənirsən.

Sən demə, biz rusun Qırmızı ordusunu gül-çiçəklə, duz-çörəklə qarşılamamışıq. Bizim bu orduyla vuruşanlarımız olub. 350 əsgərimiz Yalama sərhəd məntəqəsində 70 minlik ordunun qabağına çıxıb, dirigözlü ölümə gedib.

İnsanı vətən yolunda vuruşmağa sövq edən şərəfidi. Şərəf duyğusu olmasa adam döyüşə bilməz. Demək, yalan yazıbmışlar, bizim şərəfimiz, ləyaqətimiz, vətən sevgimiz, vətəni qorumaq üçün ölüm qorxusunu belə enən duyğumuz varmış.

”Yalama”nı mütaliə boyu neçə dəfə nənəmin söhbətlərini xatırladım. Kitabın xeyli hissəsi Cümhuriyyət ordusunun Qarabağda ermənilərlə savaşından bəhs edir. Nənəm danışırdı ki, türklər gələndə Həbib babam Ağdamda dost-tanışla, qohum-əqrəbayla dəstə düzəldib onların qabağına çıxıbmış. O vaxt bizimkilər orduya getməzmişlər. Yevlaxda türk zabitinin orduya qoşulmaq istəməyən bir kişiyə şallaq çəkməsi xəbəri babamgili də pərt edibmiş. “Kişilər bizi qorumağa gəlmişdi, biz də girmişdik evə” – sonralar nənəmə danışarmış bunu.

Beləcə qoşulubmuş Müsavat ordusuna. Əsgəran tərəfdə dizindən yaralanıbmış. Yarasının yeri uzun illər göynəyirmiş.

İndi oturub fikirləşirəm. Fikirləşirəm, müstəqilliyin bərpasından 26 il keçib, müstəmləkə boyunduruğu görməyən yeni nəsil də yetişib, bəs, bu qədər zülmün qarşılığında bizdəki ”ruscanlığın” səbəbi nədi!?

Kitabı oxuyub bitirmişəm. İndi oturub fikirləşirəm. Fikirləşirəm, müstəqilliyin bərpasından 26 il keçib, müstəmləkə boyunduruğu görməyən yeni nəsil də yetişib, bəs, bu qədər zülmün qarşılığında bizdəki ”ruscanlığın” səbəbi nədi!?

Gücü çatan-çatmayan dövlətlər Rusiyadan uzaq durmağa can atır, biz hələ də ona pənah yerimiz kimi baxırıq. Kimi inandırır, kimi aldadırıq?

Psixologiyada ”Stokholm sindromu” deyilən termin var. Zora məruz qalıb şok yaşamış adamlar onlara zülm edənə duyğusal hisslər bəsləyirlər. Bu termin həbsdən qaçmış bir soyğunçunun 1973-cü ildə Stokholmda ”Kreditbank”ın dörd içşisini altı gün girov saxlaması olayından sonra yaranıb. Azad olunanlar onları girov götürmüş şəxsi məhkəmədə müdafiə edirlər. Deyilənə görə, girov qadınlar sonra həbsxanaya məktublar da göndərirmişlər. Bir qadın hətta sevgilisini atıb, türmədən çıxanacan onun yolunu gözləyibmiş.

Qəribə haldı insanın ona zülm edənə pərəstişi!

Bizim Rusiyaya münasibətimiz də bu sindroma bənzəyir. Bizimkinin adı ”Rusiya sindromu” olsun gərək – xilas ola bilmirik.

Tək bizə nifrət edən, bizi publik aşağılamaqdan çəkinməyən Rusiyanın imperiyapərəst siyasət, mətbuat, ədəbiyyat adamlarının yüksək səviyyədə qəbulundan danışmıram.

Evdə balasıyla, işdə işçisiylə, kafedə sevgilisiylə, xidməti yerində müştərisiylə rusca danışan, bundan olmazın fəxarətini duyan, bununla özünü xalqın “elit” kəsimi hesab edən, əslində isə snobizmin ən gülünc halını yaşayan sarkastik kəsləri deyirəm.

Evdə balasıyla, işdə işçisiylə, kafedə sevgilisiylə, xidməti yerində müştərisiylə rusca danışan, bundan olmazın fəxarətini duyan, bununla özünü xalqın “elit” kəsimi hesab edən, əslində isə snobizmin ən gülünc halını yaşayan sarkastik kəsləri deyirəm.

Millət milli şüuru olan adamların məcmusudu. Milli şüuru olmayan insan yığnağı sosial kütlədən başqa bir şey deyil. Sovet vaxtı Moskvada çap olunan rusdilli qəzetlər – “Pravda”, “İzvestiya” və s. – Baltik respublikalarında saralanacan köşklərdə qalarmış. Estonlar, latışlar, litovlar milli şüurun inkişafı baxımdan başqa sovet xalqlarından bir neçə baş yüksək idilər.

1981-ci ilin yayında Tiflisə gəzməyə getmişdik. “Detiskiy mir” univermağında satıcı gürcü qızın mənə rəngli karandaş alan anamla rusca danışmaqdan imtina etdiyini yaxşı xatırlayıram.

Bir əsr 100 ildi. Ötən əsrin neçə ilini ”rusiyasız” yaşadıq?

Saydım, üç ildən artıq eləmədi. İkisi əsrin əvvəlində, biri sonunda…

Dinlərin Qiyamət günü olmasa bu əsr də 100 il olacaq. 17 ilini artıq yaşadıq. Bircə ilimiz belə “rusiyasız” ötüşmədi.

Elə bil “Rusiya” tək ölkə adı deyil, həm də ideologiyadı, qibləsi bəlli dindi – virusdu, tutuldun ölüncə buraxmaz.

Uzağa getməyin, 26 il qabaq istiqlalın bərpasına səs vermiş millət vəkillərini yada salın. Hərəsi bir cür o səsin cəfasını çəkir. Hələ bu yola həyatını qoymuş dərbədər minləri, onminləri demirəm.

Uzağa getməyin, 26 il qabaq istiqlalın bərpasına səs vermiş millət vəkillərini yada salın. Hərəsi bir cür o səsin cəfasını çəkir. Hələ bu yola həyatını qoymuş dərbədər minləri, onminləri demirəm.

Müstəqilliyin səfasını isə onun əleyhinə əl qaldırmışlar sürür. Deməyin, bunun ”Rusiya sindromu”na dəxli yoxdu. Birbaşa dəxli var!

Beləmi olur, müstəqillik?

Bu gün Azərbaycan tarixi növbəti ”rusiyalı” dönəmini yaşayır. Cəmiyyətin bunu dərk və dərd edən kəsimi mətbuatda, sosial şəbəkələrdə müzakirələr açır. Rus dilinin qeyri-rəsmi dominanta çevrilməsindən narahatlığını dilə gətirir.

Bu dəm Arif Əliyev Rusiya işğalına qarşı ölümünə döyüşmüş 350 vətənpərvər haqda kitab yazır. Axına qarşı üzənlərə hay verir.

10 milyona yaxın vətəndaşı olan ölkənin uzun illər gizli qalmış şərəfli bir savaşından bəhs edən kitab isə 200 tirajla nəşr olunur.

Olsun! 200 nəfər olsun! Təki millətin qabağa duran 200 vətən sevdalı əzmkar düşünəri olsun.

Milli özünüdərkin ən uca mərhələsi – Azərbaycan Xalq Cümhuriyyətini quranların sayı heç bunun yarısı qədər də deyildi.

***

Arif bəyin kitabından yazırdım səki, huşum qarışdı, fikrim getdi rusa, Rusiyaya – yaxın-uzaq ellərə, illərə.

Özümüzə sindromsuz vətən arzulayıb, müəllifə sağ ol deyib yazını bitirim.

Çox uzağa getməyim, vətən uzaqda deyil, yaxındadı. Yalamadan bəridə…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ötən ay İsveçin Karlskrona şəhərində “Kitab və dəniz” (“Bok och Hav”) adlı ədəbiyyat festivalı oldu. Skandinaviyanın, başqa ölkələrin əlliyədək yazıçı-şairinin qatıldığı üç günlük festivala məni də çağırmışdılar.

Ötən ay İsveçin Karlskrona şəhərində “Kitab və dəniz” (“Bok och Hav”) adlı ədəbiyyat festivalı oldu. Skandinaviyanın, başqa ölkələrin əlliyədək yazıçı-şairinin qatıldığı üç günlük festivala məni də çağırmışdılar.

Festival ölkənin gəmiçilik tarixini əks etdirən muzeydə – Marinmuseumda keçirilirdi. Qaydalarına görə iştirakçılar özləri barədə, yazı-pozuları haqda danışmalı, kitablarını təqdim etməliydilər. Mövzunu konkretləşdirim deyə dəvət göndərən təşkilatçıya yazıb nədən danışmağımı istədiyini əvvəlcədən xəbər aldım. Göndərdiyi dörd sual ətrafında çıxış etməyimi istədi.

Dediyi kimi də elədim. Çıxışı həmin suallar üzərində qurdum.

Elə bu yazı da o çıxışdan ərsəyə gəldi.

***

Birinci sual: “Yazmağa necə başladın?”

Məndə yazmağa inamı anamın məktubları yaratdı.

Sovet ordusunda xidmət edirdim. Bilirəm, Sovet ordusu deyəndə isveçlilərin təsəvvüründə qorxunc bir ordu canlanır, elə bu muzeyin ikinci mərtəbəsində “Soyuq müharibə: SSRİ-NATO” bölməsində nümayiş olunan şəkillər də çox şey deyir. Sovet ordusu işğalçı orduydu, mənim də vətənimi işğal edib, çox qan töküb. Bundan danışmıram.

Dünyanı lərzəyə gətirən bir ordunun xidməti boyu bir güllə belə atmayan minlərlə məsum əsgərindən birinin anasından aldığı məktublardan danışıram.

Əsgərlik vaxtı anamdan aldığım bütün məktublar “Anan sənə qurban…” sözləriylə başlayırdı. Təzə vaxtlarda məktubu alan kimi kazarmamızın arxasındakı meşəyə qaçırdım, açıb orda oxuyurdum.

Həyətimizdəki güllərin açmasından, ağacların çiçəkləməsindən, qonşu qızın ərə getməsindən, toyuğumuzun cücə çıxarmasından, daha nə bilim, nələrdən yazırdı. Nə yeyib, nə içdiyimi soruşurdu, əynim qalındımı, nazikdimi, üşüyürəmmi – xəbər alırdı.

Nədən yazırdı yazsın, onun məktublarını hekayə kimi, nağıl kimi oxuyurdum.

Cavabım elə o məktubların ovqatında olurdu. Onları duyğuların bədii təsviriylə yazırdım. Maraqlı alınırdı. Sonra daha həvəslə yazmağa başladım. Bəzən bir məktuba iki, üç cavab göndərirdim.

Evə dönəndə gördüm ki, anam bütün məktublarımı bir qutuya yığıb saxlayıb. Elə təsirlənmişdim ki..

Mən isə onun heç bir məktubunu saxlamamışdım.

İllər sonra öz köhnə məktublarını oxuyanda elə bilirsən, onları başqasına yox, elə özünə yazmısan. Özünün başqa zaman və məkandakı məqamına yazmısan.

Əsgərlikdən döndüyüm yay onları keçmişdən bu günümə göndərdiyim məktublar kimi bir də oxudum.

Elə o məktubların təsiriylə ilk hekayəmi yazdım. Sonra daha bir neçə hekayə qaraladım. Qarabağda müharibə başlayanda o məktublar da, o hekayələrin əlyazmaları da evimizin zirzəmisində qaldı. Başqa lazımsız şeyləri çıxarıb onları unutmağımı özümə bağışlamıram.

Mənə yazmağı öyrədən anamın məktubları ermənilərlərin şəhərimizə vurduqları odda yandı.

İkinci sual: “Sən niyə yazırsan?”

Mənim üçün yazmaq içimdəki ikinci “mən”lə – o biri Vahidlə ünsiyyət qurmaqdı. Şərqin böyük panteist şairi və filosofu Yunus İmrə belə deyirdi: “Bir mən vardır məndə, məndən içəri”.

Ünsiyyət insana hava kimi, su kimi lazımdı. Ünsiyyət olmasa insan dəli olar. Ünsiyyətə adam tapmasanız gedin meşəyə ağaclarla danışın. Hərdən mən belə edirəm.

Robinzon Kruzo adada tək qalanda özünə gəlincik düzəldir, onunla danışır. Tanıyırsınız onu, Daniel Defonun qəhrəmanını deyirəm.

Mən İsveçdə öz ölkəmdəkindən daha çox yazıram. Dostlarım bunu burada vaxtın daha çox olmasına bağlayırlar. Amma bu həqiqətin yarısıdı. Qürbət eldə hər istədiyində ünsiyyətə adam tapmırsan. Söhbət eləməyə biri olmayanda içindəki adamla danışırsan. Mən də “onunla” danışıram və bu söhbətdən yazı alınır.

Yazılarım özümlə söhbətlərimdi.

Üçüncü sual: “Nədən yazırsan?”

Yazar iki ünvanda yaşayır, biri ətraf mühitdi, digəri onun daxili aləmidi. Yazı mövzularını ona həm də cəmiyyət diqtə edir, həm də qəlbi söyləyir. Mən ikisini birləşdirirəm. Məni narahat edən suallar elə insanların cavab axtardığı suallardı.

Kitablarımın əsas qəhrəmanı tənha insandı. Məni yalqız insan, yaxud, insan yalqızlığı düşündürür. Müxtəlif situasiyalarda o özüylə, ətrafıyla necə davranır?

Azadlıqlara açıq cəmiyyətdə yaşayan insanla qapalı cəmiyyətlərin adamı fərqlidi. Bu fərq özünü nələrdə göstərir?

İnsan yaşadığı cəmiyyətin yetirməsidi, amma yaşadığı cəmiyyəti də insan özü formalaşdırır. Onda cəmiyyət yetirdiyi insana, yaxud əksinə, insan qurduğu cəmiyyətə bənzəyirmi?

“Kuba dəftəri”ində bu suallara cavab verməyə cəhd eləmişəm.

Zaman və məkan nədi? Mən məkana da, zamana da insan kontekstindən yanaşıram. İnsandan kənarda zaman yoxdu. İnsandan kənarda məkan yoxdu. Zaman da, məkan da insanla məzmun alır. “Çöl Qala” povestinin qəhrəmanları mövcud dünyadan kənarda, öz zaman və məkanlarında – üçüncü dünyada yaşayırlar. Üçüncü dünyada zaman da, məkan da fərqlidi, onu hər insan öz zövqünə görə özü yaradır.

İsveçli Azərbaycan insanından fərqlidimi? Bu fərqin qaynağı nədi? Bu suallar gələcək kitabın yazılmasına stimul verə bilər. Görək!

Dördüncü sual: “Niyə yaşamaq üçün İsveçi seçdin?”

Kitab festivalının bu paneli “Dəniz üzərindən köç” (“På flykt över havet”) adlanır. Miqrasiya bu gün dünyanın ən böyük problemlərindəndir. İsveç xalqı özünün “böyük köç” dövrünü yaşamış xalqdı. O ağır həyatı daha dərindən duymaq üçün 1971-ci ildə çəkilmiş “Miqrantlar” (“Utvandrarna”) adlı İsveç filminə baxmanızı tövsiyyə edərdim.

Heç bir normal insan vətəni sevinərək tərk etməz. Qəriblik daim nostalji ovqata köklənmiş ömür deməkdi. Onda dərin bir kədər var. Kimsə özünə kədərli həyat arzulamaz. Amma bəzən insan köçməyə məcbur olur. 150 il əvvəl Amerikaya köçən bir milyon isveçli kimi, bu gün müharibələrdən qaçıb İsveçə sığınanlar kimi.

İsveç uzaq şimalda yerləşir. Xəritədə baxsanız, görərsiniz ki, o yuxarıdadı, elə bil dağın zirvəsindədi. Bilirsiniz, zirvədən ətraf aydın görünür. Mən İsveçdən öz ölkəmi də, dünyanı da daha yaxşı görə, duya bilirəm.

***

Uzaqdan adam özünü də görə bilər. Hərdən mən də özümü görürəm.

Xüsusən də, yad rus meşəsində doğma anasının məktublarını oxuyan oğlanı…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Davamı

XS
SM
MD
LG