Keçid linkləri

Təcili xəbərlər

Moskvada beynəlxalq rəqəmsal oyun sərgisi açılıb


“İqroMir”
“İqroMir”

-
Rəqəmsal oyun dünyası bu gün- okyabrın 3-də Rusiyada cəmləşib.

İndiyə qədər 1 milyondan çox oyunsevəri birləşdirən “İqroMir” (oyun dünyası) beynəlxalq oyun sərgisi Rusiyanın paytaxtı Moskvada açılıb.

Bu barədə sərginin rəsmi saytında məlumat verilir.

Paytaxtdakı “Krokus Ekspo” sərgi mərkəzində baş tutan sərgi yüzlərlə oyun firması və minlərlə rəqəmsal oyun həvəskarını bir araya gətirir.

Bu il 9-cu dəfə keçirilən sərgidə Sony şirkətinin “Play Station 4”ü təqdim edəcəyi gözlənilir.

Skyforge ve Obsidian Entertainment tərəfindən anons edilən “Armord Warfare” oyunları da bu sərgidə tanıdılacaq.

Bu il də böyük maraqla gözlənilən sərgiyə gələnlər son texnoloji oyunları oynamaq fürsəti qazanırlar. Eyni zamanda, Batman, Darth Vader, Luke Skywalker ve onlarla virtual qəhrəmanlar sərgidə iştirakçıları gözləyir. Sərgi 5 oktyabra qədər davam edəcək.

XS
SM
MD
LG